Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1292/2025 20.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İŞİN HALLARİ: 1.Əhmədov X6 İlhamə İlham qızı ilə qeyri-rəsmi nikah münasibətlərində olmuşdur. İddiaçı məxsus fərdi yaşayış evi xx.xx.2025-ci il tarixdə yanmış, nəticədə fərdi yaşayış evi və içərisindəki əşyalar məhv olmuşdur. İddiaçı ona məxsus olan evi arvadı Cavabdeh yandırdığını iddia edir və hazırki ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə icraat: 2.İddiaçı Cavabdeh qarşı ““maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş ziyanın əvəzi olaraq 84500 manat pulun və 343,50 manat ödənilmiş dövlət rüsumunun, cəmi 84,843, 50 manatın cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasının xahiş etmişdir. 3.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonun Pərizamanlı kəndində yaşayır. Cavabdeh ilə 2019-cu il tarixdə el adəti ilə ailə qurmuşdur. Onların birgə ailəlikdən xx.xx.2020-ci il tarixdə X13 adlı bir oğlu olmuşdur. Onlar bir ailə kimi birgə yaşasalar da cavabdehin hərəkətlərindən onun pisixi durumunda problem olduğunu hiss etmişdir. Onu dəfələrlə müalicə etdirmək təklifi etsə də cavabdeh bununla razlaşmamışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında səhəti pis olduğuna görə Gədəbəy rayon Mərkəzi xəstəxanasına gəlmişdir, həmin günü saat 10:30 radələrində özünə məxsus ***-***-**-** mobil nömrəsinə bacısı zəng edərək yaşadıqları evin əşyaları ilə birlikdə yanaraq kül olması barədə məlumat vermişdir. O, adını bilmədiyi şəxsin avtomobili ilə hadisə yerinə gedib, evinin yanar konstruksiyası, əşyaları ilə birlikdə tam şəkildə yanaraq kül olmuşdur. Həmin evin yanması nəticəsində cavabdeh ona 84500 manat məbləğində ziyan dəymişdir. Gədəbəy rayon Polis Şöbəsinin 17 mart 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında yanan əşyaları qeyd edilmişdir. Həmin əşyalar aşağıdakılardan ibarətdir: Həmin yanmış evdə olan və yanaraq kül olmuş əşyalarından-keçmişin əl ilə toxunma 22 ədəd istifadə olunmuş xalçalar, onlarından 10 ədəd 2x3, 6 ədədi 3x5 və 6 ədədi 3x3 ölçülərdə olmaqla hər birinin dəyər qiymətləri 100-150 manat olmuşdur. Hazırda satışda olan 4 ədəd təzə istifadə olunmamış xalçalar, onlar 2x3 ölçülərdə, hər birinin dəyər qiymətləri 150 manat, 8 ədəd az işlənmiş 4x5 xalçalar onların hər birinin dəyər qiymətləri 250-300 manat, 35-40 ədəd, 10- 12 kq çəkidə, tək nəfərlik az istifadə edilmiş yun döşəklər, onların hər birinin dəyər qiyməti 25 manat, 45-50 ədəd tük yastıqlar, hər birinin çəkisi 2 kq olmaqla, qismən istifadə edilmiş vəziyyətdə və hər birinin dəyər qiymətləri 8-10 manatİ, 1 ədəd, köhnə markalı soyuducu, istifadə edilmiş vəziyyətdə olduğu üçün dəyər qiyməti 50 manat,108 ekran LG televizor, istifadə edilmiş vəziyyətdə dəyər qiyməti 700 manat 1 ədəd istifadə edilmiş divan dəyər qiyməti 400 manat 3 ədəd, 2x2 ölçüdə, köhnənin paltar yığmaq üçün olan şfanerləri, hər birinin dəyər qiymətləri 50 manat 1 ədəd, qab və paltar yığmaq üçün, 3x4 ölçüdə istifadə edilmiş şfaner dəyər qiyməti 350 manat 100 əoəd istifadə edilmiş yemək boşqabları, hər birinin dəyər qiyməti 1 manat 100 ədəd stəkan hər biri 50 qəpik 100 ədəd orta boşqab hər biri 2 manat və 100 ədəddən çox kiçik həcmli boşqablar hər biri 1 manat 12-13 ədəd köhnənin dəmir çarpayıları hər biri 20 manat 5 ədəd 3 və 4 metrlərdə qabaq stolu hər biri 250-300 manat 20*25 ədəd az istifadə edilmiş stullar hər biri 25 manat 2500 kq orta ölçüdə kartof, hər bir kiloqramı 70 qəpik 1 ton heyvan üçün yemləmək üçün arpa 1 ton isə heyvan yemi üçün çiyid, hər birinin tonuna 450 manat olmaqla 2 ton yem 9000 manat 10- 12 ədəd keçmişin alüminium məclis qazanları, hər biri 50 litr tutumda olmaqla dəyər qiymətləri 150-200 manat 10-12 ədəd 15-20 litr tutumda az istifadə edilmiş şirəli qazanlar hər birinin dəyər qiymətləri 100-120-150 manat 5 tay. hər biri 30 kq çəkidə olmaqla hər birini 32 manata aldığı çörək bişirmək üçün un 1 ədəd çörək bişirmək üçün bişirmə sobası (dıxovka) 1 ədəd az istifadə edilmiş ət çəkən maşın və dəyər qiyməti 50-60 manat 1 ədəd təzə süd maşını, az istifadə edildiyi üçün deyər qiyməti 250 manat 45-50 ədəd, hər biri 3 kq çəkidə, təmiz qoyun yunundan az istifadə edilmiş tək və cüt nəfərlik yorğanlar, hər biri 25 manat 1 ədəd köhnənin 30 litr tutumda nəhrəsi mütəmadi istifadə edilmiş və dəyər qiyməti 50 manat 5 ədəd. 25 litrlik alüminium qazanlar və hər birinin dəyər qiymətləri 50 manat 15-20 ədəd köhnənin istifadə edilmiş kilimləri hər birinin dəyərləri 20 manat 30-40 ədəd köhnənin adyalları, az istifadə edilmiş və hər birinin dəyərləri 100-150 manat 1 ədəd 10 litr tutumda, köhnənin istifadə edilmiş samovarı, hazırda dəyər qiyməti 150-200 manat Babasından qalmış 10 qramlıq üzərində qızıl dişləri olan düzəldilmə diş Nənəsindən qalmış üzərində 6- 7 qram qızıl olan düzəlmə diş. 10 qram anasından qalmış Rusiya istehsalı olan, qadın üçün qızıl boyunbağı, hazırda dəyər qiyməti 1500 manat 3 ədəd qadın üçun hər biri 4-5 qram çəkidə, Rusiya istehsalı qızıl üzüklər, hər birinin dəyər qiymətləri 450-500 manat özünə məxsus çox sayda geyim əşyaları 1000 manat dəyərində bunlardan başqa evdə olan 11500 manat nəğd pulu və yazmadığı çoxsayda əşyaları və 45000 manat dəyəri olan evi tamamilə yanaraq kül olmuşdur. Həmin ev əşyaları ilə birlikdə ona baba nənəsindən qalmışdır, cavabdehin həmin evin tikilməsində və ya əşyaların alınmasında heç bir maddi mənəvi dəstəyi olmamışdır. Onuda qeyd edib ki, evdə olan 11500 manat nəğd pul cavabdehlə ailə qurmamışdan əvvəl xırda buynuzlu heyvan (qoyun) satmışdır. Səhhəti yaxşı olmadığına gorə gözləyirdi ki, müalicə olunaraq yaxşılaşdıqdan sonra təkrarən qoyun alar. Cavabdehin valideyinləri dəfələrlə onların Göygöl rayonun Quşqara kəndinə köçməklərini tələb etmişdir, onun ora köçmədiyini görən cavabdeh qəsdən evi yandırmışdır ki, o, məcbur olaraq cavabdehin valideyinlərinin göstərdikləri yerdə kirayədə yaşasın. 17 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında cavabdeh evi və əşyaları qəsdən yandırdığını etiraf etsə də ona dəymiş ziyanı ödəməkdən imtina etmiş və valideyinləri ilə birlikdə qeydiyyatda olduğu Göygöl rayonun Quşqara kəndinə getmişdir. İddia ərizəsində qeyd etdiyi sənədlərin və sübutların hər birinin əsillərini məhkəmə iclaslarında şəxsən təqdim edəcək.
4. Məhkəmə iclasında İddiaçı çıxış edərək bildirdi ki, fevral ayının 12-si 244 kv evi yanıb. 9 aydır ki, o, qonşuların evində qalır. Bütün orqanlara məlumat verilib. Evin özü, evdə olan 11500 manat pulu, əşyaları yanıb. Bu ikinci dəfədir ki, hadisə təkrarlanır. Ev babasından qalma yurd idi. 1-ci dəfə anası rəhmətə getdikdən sonra evi odlamışdı. Cinayət işinin başlanılmasının rədd olunmasına dair qərardan şikayət verməyib. O, cavabdehi öz qohumları ilə həkimə göndərib, onlar qayıtdıqda deyiblər ki, heç bir problemi yoxdur. O, həkimə pul xərcləmişdir. Pulu verib ki, müalicə olunsun. Ev ilk dəfə yandıqdan sonra pulu evdən çıxarmayıb, düşünüb ki, ən etibarlı yer evidir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, 4-5 aydır ki qızı onunla qalır. Qızında heç bir problem yoxdur. Onların nikahları yoxdur. Evi qızı yandırmayıb.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkiln çıxış edərək bildirmişdir ki, ıddianı qəbul etmirlər, evin yanması işin mübahisəsiz halıdır. Düşünür ki, iddiaçı öz iddiasını sübut etməlidir. Cavabdehin yüngül dərəcədə əqli problemi var. Ancaq o, məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyətsiz hesab olunmur. Məbləğ müəyyən deyil, iş materiallarında olan məbləğ sadəcə iddiaçının iddiasıdır. Cinayət işinin rədd edilməsi dair qərar vardır, qərar ilə də cavabdehin təqsiri olmadığı bilinir.
Tətbiq edilən hüquq: 7.Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsinə əsasən Hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir.
8.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[ 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1107.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli fiziki şəxs və ya on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayan öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə mülki hüquq pozuntusu törətdikdə vurduğu zərər üçün məsuliyyət daşımır. Əgər zərərçəkənin həyatına və ya sağlamlığına zərər vurulmuşdursa, məhkəmə zərərçəkənin və zərərvuranın əmlak vəziyyətini, habelə digər halları nəzərə almaqla, zərərin əvəzini tamamilə və ya qismən ödəmək vəzifəsini zərərvuranın üzərinə qoya bilər.
9.Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə:
10. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 11.İşin faktiki halıdır ki, İddiaçı ilə Cavabdeh qeyri rəsmi olaraq ailə qurmuşlar və birgə Gədəbəy rayonu Pərizamanlı kəndində iddiaçıya məxsus evdə yaşayırdılar. 12 fevral 2025-ci il tarixdə İddiaçı məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş vermiş, əraziyə Fövqaladə Hallar Nazirliyinin müvafiq əməkdaşları və avtomobili cəlb edilmiş, yanğın söndürülmüşdür. Aparılmış ilkin təhqiqat materialları və sonrakı araşdırma nəticəsində cinayət işinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilmişdir.
12. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 mart 2025-ci il tarixli qərara əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından material üzrə onun barəsində cinayət işi başlanması rədd edilmişdir.
13. Torpağa mülkiyyət hüququna dair JN-0129 saylı, kod 50520038 olan dövlət aktında görünür ki, Gədəbəy rayonu Pərizamanlı kəndində yerləşən 1.53 ha torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2001-ci il tarixli 17 saylı qərarı ilə X3, X4, X7, X10, X11, İddiaçı, X2 mülkiyyətindədir. 14.Gədəbəy rayon İHB-nın Pərizamanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilir ki, verilir Pənzamanlı kənd sakini İddiaçı ondan ötrü ki, onun həqiqətən RİH başçısının Pərizamanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci iləri əhatə edən 01 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 33-cü səhifəsinə 29 nömrəli şəxsi hesaba əsasən aşağıdakı ailə tərkibi var və hazırda ərazidə yaşayır: özü: 1)1985-ci il təvəllüdlü İddiaçı; 2) Arvadı: 1993-cü il təvəllüdlü Vəliyeva llhamə İlham qızı; 3) Oğlu: 2020-ci il təvəllüdlü X13; Qeyd: İddiaçı məxsus olan 144 kv metrlik ev 12 fevral 2025-ci il tarixində yanaraq yarasız vəziyyətə düşmüşdür. 15.İddiaçı Gədəbəy rayon Polis şöbəsinə verdiyi izahatında bildirmişdir ki, Göygöl rayonu Quşqara kənd sakini X8 onun həyat yoldaşıdır. 2019-cu ilin dekabr ayında o, qeyrirəsmi olaraq İlhamə ilə evlənmiş və onu Göygöl rayonundan özü ilə götürərək Pərizamanlı kəndində yerləşən evinə gətirmişdir. Onların qeyri-rəsmi nikahlarından xx.xx.2020-ci il təvəllüdlü bir oğlan övladı dünyaya gəlmişdir. Onlar evləndikdən sonra o, İlhamənin psixoloji xəstə olmasını görüb. Lakin, o, onun psixoloji xəstə olmasını öyrəndiyi vaxt o, hamilə olduğuna görə onunla boşana bilməyib. İlhamə bir neçə dəfə evdən qaçmış və o, bu barədə onun valideynlərinə məlumat vermişdir. Bundan başqa İlhamə 2 il əvvəl o evə olmadığı vaxt evdə olan paltar şkafını yandırmış və həmin yanğını qonşular görüb, dərhal söndürdüyü üçün ev yanmasa da evin bir otağı yanmışdır. Bu səbəbdən o, onu özü ilə götürüb, atası evinə aparmışdır. Lakin, bir müddət sonra İlhamə azyaşlı oğlunu da özü ilə götürərək evə qayıtmış və o, övladına görə onunla məcbur barışmışdır. 12 fevral 2025-ci il tarixdə təxminən səhər saat 09 radələrində Gədəbəy-Pərizamanlı marşurutuna əyləşib, Gədəbəy MRX-na müayinə olunmaq üçün gəlibmiş. Həmin gün təxminən saat 10 radələrində bacısı Elmira ona zəng edərək evinin yanması barədə məlumat verib. O, dərhal tanımadığı taksiyə əyləşib, Pərizamanlıya gedəndə görüb ki, evi yanaraq külə dönmüşdür. Sonradan bilib ki, həyat yoldaşı İlhamə evi özü qəsdən yandırmışdır. 16.Cavabdeh Gədəbəy rayon Polis şöbəsinə verdiyi izahatında göstərilmişdir ki, Göygöl rayonu Quşqara kəndində qeydiyyatda olmaqla Gədəbəy rayonu Pərzamanlı kəndində yaşayır. 2020-ci ildə İddiaçı ilə ailə həyatı qurub Gədəbəy rayonu Pərzamanlı kəndində yaşamışdır. xx.xx.2020-ci il tarixdə Elşadla birgə nikahlarından Elmir adında oğlan övladları dünyaya gəlmişdir. Onlar birlikdə yaşasalar da rəsmi olaraq nikahları olmamışdır. 2024-cü ildən Elşadla münasibətləri pozulmuş və onu döyməyə və təhqir etməyə başlamışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə o, Elşadla nikah bağlamaqlarını tələb etdiyi üçün aralarında narazılıq yaranıb. Həmin vaxt onu yıxıb başını döşəməyə vurub. Bu səbəbdən də o çox əsəbləşib. xx.xx.2025-ci il tarixdə Elşad səhər tezdən Gədəbəy rayon Mərkəzinə getdikdən sonra o, əvvəlcə evin aynabənd hissəsində olan taxta şkafı açıb içərisində olan paltarlara kibritlə od salıb. Daha sonra sakitcə azyaşlı oğlu Elmiri də götürüb heyvanları açıb suya aparıb. O, heyvanları sudan qaytaran zaman evdən alovların çıxdığını və qonşuların oraya töküldüklərini görüb. O, həmin vaxt orada heç kəsə evi yandırmağı barədə bir söz deməyib. Evi ərinin onu döyməsi səbəbindən yandırmışdır. 17.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Eskpertiza və Pataloji Anatomiya Birliyi X22 tərəfindən 27 nömrəli ekspert rəyində Cavabdeh bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. 18.DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş Tələbnamədə Cavabdeh məhkumluğu olmadığı göstərilmişdir. 19.Gədəbəy rayon DYMH tərəfindən verilmiş təqrirdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə 10:08-də Hissənin Növbətçi rabitə məntəqəsinə ***-***-**-** nömrəli mobil telefonla Gədəbəy rayon Pərizamanlı kənd sakini İddiaçı məxsus fərdi yaşayış evində yanğın hadisəsi haqqında məlumat daxil olmuşdur.
20. xx.xx.2025-ci il tarixli Yanğın haqqında tərtib olunmuş ilkin aktda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Gədəbəy rayonu Pərizamanlı kəndində yerləşən yaşayış evində yanğın baş verməsi haqqında məlumat 10:08-də daxil olmuş, yanğın 12:25-də söndürülmüşdür. Ünvana çatan zaman yaşayış evinin çardaq hissəsinin yandığı bildirilib. Ünvana çatan zaman ümumi sahəsi 220 kvm olan kürsülü, bir mərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. 21.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsi tərəfindən 175 nömrəli ekspert rəyində göstərilmişdir ki, Motivləşdirici hissə, yoxlanılan şəxs Cavabdeh hal-hazırda “yüngün dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində)” F70.0 müəyyən edilir. Bunu iş materialları, anamnestik məlumatlar (ilkin psixofiziki inkşafinda həmyaşıdlarından bir qədər geri qalması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhval ruhiyyəsinin dəyişkən olması, emosional sferasının qeyri stabil olması, intellektual inkşafinda yüngül pozuntu aşkar edilməsi və s.) sübut edir. İİ.Yekun hissəsi. İş materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş suallan aşağıdakı kimi cavablandırır: 1-ci sual: Vət. X8 ruhi xəstədirmi, əgər xəstədirsə hansı xəstəlikdən əziyyət çəkir? Cavab: Vət. X8 “yüngün dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində)” xəstəliyindən əziyyət çəkir. X8 “yüngün dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində)” xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri yüngül olması səbəbindən o, qərarın təsviri hissəsində olan yanğını törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. 2-ci sual Vət. X8 qərarın təsviri hissəsində göstərilən yanğın əməlini törədərkən anlaqlı və anlaqsız vəziyyətində olmuşdurmu, yaxud anlaqlı vəziyyətində olan psixi pozuntu vəziyyətində törətmişdirmi? Cavab: X5 hazırkı mərhələdə hər hansı cinayət əməli şamil edilmədiyindən qoyulmuş suala cavab vermək mümkün deyildir.
22. Məhkəmə araşdırılması zamanı iddiaçı ilə dəqiqləşmə aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 mart 2025-ci il tarixli qərardan şikayət vermədiyi və qərarı mübahisələndirmədiyi bildirilmişdir.
23. Məhkəmə qeyd edir ki, hazırki halda baş vermiş yanğın hadisəsi, yanğının cavabdehin təqsiri səbəbindən baş verməsi və baş vermiş hadisə ilə cavabdehin təqsiri arasındaki səbəbli əlaqə aydınlaşdırılmalı haldır.
24. Belə ki, Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün bu şərtlərin mövcud olması tələb olunur:törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
25. Hazırki halda “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 mart 2025-ci il tarixli qərarı ilə Cavabdeh baş vermiş yanğın hadisəsinə dair təqsiri müəyyən edilməsi və sübut edilməmişdir.
26. Digər tərəfdən təqdim edilən materiallara əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsi tərəfindən 175 nömrəli ekspert rəyində Cavabdeh “yüngün dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində)” F70.0 xəstəlikdən əziyyət çəkməsi qeyd edilir. Bu hal AR MM-nin 1107.1-ci maddəsinin tələblərinə əsasən cavabdehin məsuliyyətini istisna edir. 27.Odur ki məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. 28.Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dаir iddiası təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Leyla Hüseynzadə