Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-140/2024 19.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında 19 yanvar 2024-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay İddiaçı xeyrinə ödənilən, azyaşlı uşaqları xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X1 üçün alimentin miqdarını artırılaraq hər uşağa görə 300 manat olmaqla cəmi 600 manat pulun alınaraq İddiaçı xeyrinə verilməsinə və ödədiyi rüsumun cavabdehdən alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, evladlarının saxlanılması üçün Cavabdeh 130 manat sabit pul məbləğində aliment kəsildiyini, 130 manat alimentin uşaqlarının maddi təminatını ödəmədiyini, uşaqlarını kursa qoyduğunu, özünün tibb bacısı işlədiyini, 350 manat əməkhaqqı aldığını, Cavabdeh 4 il dir Polşada yaşadığını, orada işlədiyini, aylıq gəlirinin 3-4 min manat olduğunu, xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X2 üçün alimentin miqdarı artırılaraq hər uşağa görə 300 manat olmaqla cəmi 600 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki İddiaçı xx.xx.1983-cü ildə anadan olmuşdur . İş materiallarına əlavə edilmiş Göygöl rayon Qırıxlı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki Cavabdeh Pasport qeydiyyatında yazılmasına baxmayaraq inzibati ərazidə yaşamır, atasının dediyi şifahi məlummata əsasən hal hazırda Polşa Respublikasında yaşayır. İşdə olan mediasiya sessiyasında iştirak edilməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı müraciət etmiş, İddiaçı tərəfindən ilkin mediasiya sessiyası xərci olaraq 55 manat ödənilmişdir. İşdə olan AZ-İİİ № 356017 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə doğulmuş atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İV № 064465 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə doğulmuş atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Göygöl rayonu Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(066)-1411/2020 nömrəli qətnamənin surətindən görünür ki xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X2 üçün hər bir uşaq üçün 130 manat olmaqla cəmi 260 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir . Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın Maqsimum dərəcədə cəmiyyətdə normal inkişafına tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcldərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatının artmasını və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq, cavabdehin əlavə gəliri barədə məhkəməyə rəsmi məlumat təqdim edilmədiyindən iddianın qismən təmin edilərək uşağın saxlanılması üçün alimentin miqdarının artırılaraq sabit məbləğdə 200 manat aliment qət edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, Göygöl rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(066)- 1411/2020 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən mediasiya xidmətinə görə ödənilmiş 55 manat xidmət haqq Cavabdeh alınıb İddiaçı verilməli və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən məhkəmə aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 50 manat alınaraq Respublika büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göygöl rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(066)-1411/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 200 manat, cəmi 400 manat müəyyn edilərək İddiaçı xeyrinə tutulsun. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh mediasiya xidmətinə görə ödənilmiş 55 manat xidmət haqqı alınıb İddiaçı və dövlət rüsumu hesabına 50 (əlli) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra 03 dekabr 2020-ci il tarixli 2(066)- 1411/2020 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatina xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 2(066)-140/2024 19 yanvar 2024-cü il Cavabdeh Göygöl rayonu Qırıxlı kəndinə İddiaçı Samux rayonu Sərkar kəndinə Məhkəmənin 19 yanvar 2024-cü il tarixli 2(066)-140/2024 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-140/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-140/2024
19.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver