Məhkəmə qərarları › İş №2(066)-144/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-144/2025

28.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-144/2025 28.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin “X2” X5 Gəncə Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin “X2” X5 Gəncə Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Göygöl rayon Üçtəpə kəndində yerləşən 0.12 ha torpaq sahəsindən istifadəsinə dair yaradılan manelər və müdaxilərin aradan qaldırılması, Göygöl rayon X3 xx.xx.2024-cü il tarixli 23-saylı qərarının ləğv edilməsi, Göygöl rayon X3 xx.xx.2024-cü il tarixli 23-saylı qərarı ilə Göygöl rayon, Üçtəpə kəndində yerləşən ********** qeydiyyat nömrəli çıxarışla müəyyən edilmiş 0.12 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin “X2” X5 Gəncə Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasında keçiriləcək (xx.xx.2024-cü il tarixli) hərracın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onları iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin “X2” X5 Gəncə Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı “maneənin aradan qaldırılması”tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar