Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1460/2025 22.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: 1.İddiaçı Cavabdeh onun tanışı olduğunu, ona maddi ehtiyacı olduğundan 20000 manat məbləğində pul verdiyini, Cavabdeh isə onu qaytaracağına söz verdiyini qeyd edir. Məhkəmədə icraat: 2.İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc müqaviləsi öhdəlikdən irəli gələn 30558,64 (otuz min beş yüz əlli səkkiz manat 64 qəpik) manat borcun və dövlət rüsumu olaraq ödədiyi 181 (yüz səksən bir) manat pulun, cəmi 30739,64 (otuz min yeddi yüz otuz doqquz manat 64 qəpik) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh qonşu kimi tanıyır, onun əri X2 ilə dostluq münasibəti vardır. Bu səbəbdən 2024-cü ilin oktyabr və noyabr aylarında cavabdeh oğlunun işi və özünün həkim müayinəsindən keçmək üçün 10000 (on min) manatı pulu borc istəyib. O, "xxxx" ASC-dən 10000 (on min) manat pulu kredit götürərək Cavabdeh verib. Bundan sonra cavabdeh 2025-ci ilin mart ayında yenidən 10000 (on min) manat lazım olduğunu bildirib. O, yenidən 10000 (on min) manat pulu "xxxx" ASC-dən 10000 (on min) manat pulu kredit kimi götürərək Cavabdeh verib. Cavabdeh onu inandırıb ki, bu pulu yaxın vaxtlarda qaytaracaq, bank öhdəliyindən irəli gələn krediti vaxtından əvvəl ödəyəcəkdir. Lakin cavabdeh bu günə kimi cəmi 654 (altı yüz əlli dörd) manat məbləği "xxxx" ASC-ə ödəmişdir. O, banklardan götürdüyü kreditlərə görə banka 31212,64 (otuz bir min iki yüz on iki manat 64 qəpik) manat məbləği ödəməlidir, bundan ancaq cavabdeh banka 654 manat pul ödəmişdir. Hal-hazıra kimi cavabdehin ona 30558,64 (otuz min beş yüz əlli səkkiz manat 64 qəpik) manat borcu yaranmışdır. O, banklara krediti özü ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh ilə arasında olan borc müqaviləsinə əsasən pulu ona verib, cavabdeh pulu mülkiyyətinə keçirib. Borc müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirib. Cavabdeh, şifahi borc-müqaviləsindən irəli gələn öhdəliyi icra etməyib. O, bununla əlaqədar dəfələrlə cavabdehin mobil telefonu vasitəsi ilə əlaqə yaradaraq, müqavilədən irəli gələn öhdəliyini icra edərək, kreditin ödənilməsini tələb edib. Lakin cavabdeh müqavilə öhdəliyini icra etməyib. O, məcbur olub Göygöl rayon polis şöbəsinə müraciət edib. Cavab olaraq mühakimə icraatı qaydasında məhkəməyə müraciət olunması məsləhət olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. 4.Məhkəmə baxış iclasında İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Bildirdi ki, cavabdehin rayon ərazisində çoxlu şəxslərə borcu vardır, barəsində cinayət işinin başlaması mülki mübahisə olduğu üçün rədd edilir. İddiaçı ağır maddi vəziyyətə düşüb.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı çıxış edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bildirdi ki, cavabdehin evinə gedib-gəlirdi, ürəyi ağrıdığından adına kredit götürüb yardım etdi. Qaytaracağını demişdi, ancaq hamını aldatdı.
6. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərir ki, Elxan xanıma "xxxx" və “Beynəlxalq bank”dan iki dəfə olaraq on min manat kredit götürüb, verib. Xanımda bunun xoş niyyətindən istifadə edib, müəyyən vədlər verərək pulu Elxandan almışdır. Vəd də odur ki, xanım bu pulla borclarını bağlayıb, sonra yenidən kredit götürüb onun borcunu qaytaracaq. Sonra belə bir vəziyyət yaranıb ki, xanım borcu ödəməkdən boyun qaçırıb. Sonra Elxana səslər ataraq xanıma yaraşmayan ifadələrlə Elxana borcu ödəməyəcəyini və onu narahat etməməsini, etdiyi halda isə tədbir quracağını demişdir. Xanım gecə saat 01:00 radələrində Elxana gətirib əmək haqqı kartını vermişdi ki, bankın pulunu maaş köçəndə burdan ödəsin. Bir müddət sonra gece yarısı gəlib Elxanın qapısında səs-küy yaradıb, kartı geri qaytarmağını tələb etmişdi. Elxanın borcunun ona maraqlı olmadığını bildirib. O, aldığı vəsaiti danmır. Elxan dayısı oğludur. Səbəbini bilmir. Xanımın oğlunun köməyə ehdiyacı olduğu üçün Elxandan kömək istəyib. Hec nəyi deyil. Səhv eləmirsə Elxanın dostunun əvvəlki yoldaşıdır. Ordan tanışlıqları var. İddiaçı pulun hamısını cavabdehə verib. İndi bunun ödənişinin bir qismini də, onlar ödəyir. İmkanı çatmır. 7.Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində göstərmişdir ki, Elxan onun sinif yoldaşıdır. Həm də ailəvi dostlar. 2025-ci ildə mart ayında Elxanın uşağının yaşına yığışıblar. Yaşa getməmişdən qabaq Elxan ona deyib ki, “Beynəlxalq bank”da işi var. Bir nəfər pul göndərməli olduğunu deyib, göndərəndən sonra gediblər Elxangilə. Pul hardasa 10 min manat olardı. Məlahətin həyat yoldaşını tanıyır. Bakıda işləyir. Məlahətgil ilə də ailəvi dostu idilər. Gediş-gəlişləri var idi. Bir dənə problemləri Elxanın adına götürdüyü bankı vaxtı-vaxtında ödəməməsidir. Elxan özü deyib ki, bu qədər pul götürüb, borc verib, ödəmir. 8.Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərmişdir ki, 7 mart 2025-ci il tarixdə uşağın ad günü Elxan “Beynəlxalq bank”dan pul çıxardıb. Terminal vasitəsi ilə pulu yollayıb. Pulun dəqiq miqdarını bilmir. Adını eşidib. Şəxsən özünü tanımır. Ona ödəniş olunmur. 300 manat pul yollayıb. Onu da cavabdehin özünə qaytarıb. 9.Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına rəsmi məlumat verilmiş, xəbərnamə geri qayıtmış, Cavabdeh “Elektron kabinet”inə yerləşdirilmiş, buna baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. 10.Məhkəmə iclasında audio yazı tədqiq edildi.
Tətbiq edilən hüquq: 11.Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 125-ci maddəsinin Vİİ.bəndi məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1091.2-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 14.Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı tərəfi dinləyib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
15. İddiaçı Elxan Nəzərov Cavabdeh onun tanışı olduğunu, onun istəyi üzərinə maddi köməklik üçün öz adına noyabr 2024-cü il tarixdə "xxxx" ASC və mart 2025 tarixdə isə "xxxx" ASC dən kredit müqaviləsi üzrə ümumilikdə 20000 manat pul götürərək Cavabdeh verdiyini bildirmiş, bununla bağlı sonuncu tərəfindən pulun qaytarılmaması əsası ilə hazırki tələb ilə məhkəməyə müraciət etmişdir.
16. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli GTZK1473959C183 saylı kredit müqaviləsinə əsasən İddiaçı "xxxx" ASC-dən 48 ay müddətinə illik 23.9 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit götürmüşdür.
17. xx.xx.2025-ci il tarixli BPM**********05 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı "xxxx" ASC-dən 59 ay müddətinə illik 18.9 faiz dərəcəsi ilə 10100 manat məbləğində kredit götürmüşdür. 18.Göygöl Rayon Polis Şöbəsi tərəfindən verilmiş məktubda bildirilir ki, xx.xx.2025ci il tarixdə Göygöl şəhəri H.Əliyev prospekti ev 124A-da yaşayan İddiaçı Göygöl rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, tanışı, Göygöl şəhəri 4 saylı tam orta məktəbdə psixoloq vəzifəsində işləyən Cavabdeh 2024-cü ilin noyabr ayından bugünədək müxtəlif vaxtlarda 20000 manat borca pul verdiyini, lakin sonuncunun ona olan borcunu qaytarmamasından narazılığını bildirərək zəruri tədbir görülməsini xahiş etmişdir. Ərizə, xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-nin dəftərxanasında 77/1-N-15782/25 nömrə ilə qeydə alınaraq icrası həvalə olunmuşdur. Göygöl şəhəri H.Əliyev prospekti ev 124A-da yaşayan İddiaçı, tanışı, Göygöl şəhəri 4 saylı tam orta məktəbdə psixoloq vəzifəsində işləyən Cavabdeh 2024-cü ilin noyabr ayından bugünədək müxtəlif vaxtlarda 20000 manat borca pul verməsi, lakin sonuncunun ona olan borcunu qaytarmamasından narazılığı ilə bağlı Göygöl rayon Polis Şöbəsinə ünvanlanmış müraciəti əsasında araşdırma aparılması üçün izahatı alınmış və o, izahatında ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Araşdırmanın davamı olaraq, Göygöl şəhəri S.Hacıyev küçəsi ev 101-də yaşayan Cavabdeh da tərəfindən izahatı alınmış və o, izahatında İddiaçı həqiqətən də hissə-hissə 7000 manat borca pul aldığını etiraf edərək, yaxın vaxtlarda bankdan kredit götürüb İddiaçı pulunu qaytaracağına söz vermişdir. Odur ki, toplanmış materialda hər hansı cinayət hadisəsi və ya inzibati xəta müəyyən edilmədiyindən material üzrə müraciətin mülki hüquqi münasibətlərinə aid olduğunu nəzərə alıb icraatında olan 77/1-N-15782/25 nömrəli materialın şöbənin dəftərxanasında işə alınması üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. 19.Cavabdeh Göygöl rayon Polis Şöbəsində verdiyi izahatında göstərilmişdir ki, ailəvi dostları İddiaçı hissə-hissə ona pul vermişdir. Pulun miqdarı 7 min təşkil edir. O, pulu imkan edib qaytara bilmir. Lakin tez bir müddətdə kredit götürüb pulu geri qaytaracaq. 20.İddiaçı tərəfindən Göygöl Rayon Polis Şöbəsinə verilən izahatda göstərilmişdir ki, Cavabdeh hissə-hissə 20000 manat borca pul vermişdir. Lakin Məlahət o pulu geri qaytarmır. Bununla bağlı müvafiq tədbir görülməsini məhkəmədən xahiş edir.
21. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə 4721 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 3000 manat, xx.xx.2025-ci il tarixdə 3000 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, xx.xx.2025-ci il tarixdə 351 manat, xx.xx.2024-cü il tarixdə 1167,25 manat, xx.xx.2024-cü il tarixdə 507,50 manat, xx.xx.2024-cü il tarixdə 102 manat, xx.xx.2024-cü il tarixdə 102 manat, xx.xx.2024-cü il tarixdə 2030 manat məbləğində vəsait Cavabdeh hesabına köçürülmüşdür.
22. Məhkəmə icraatı zamanı tədqiq olunan birinci qeydə alınmış audio yazıda əks olunur ki, Şəfəq (Elxanın bacısı) Məlahətə ailəsinə xərcləməyib ona görə borca girdiyini, bankdan Elxana zəng gəldiyini, borcun Elxanın əməkhaqqından tutulduğunu, Elxanın arvadının məzuniyyət pulunun da tutulduğunu deyir. Məlahət isə ona Elxanın ona yaxşılıq etdiyini, onu çətinlikdə qoymadığını, onun da Elxanı çətin vəziyyətdə qoymayacağını bildirir. Qeyd edir ki, Elxan Məlahətin boşanma prossesində də ona kömək edib. Məlahət biznes krediti götürüb hər iki krediti bağlamağa çalışdığını deyir. 50000 öhdəliyi olduğunu bildirir. Şəfəq biznes krediti alınmasa borcun necə olacağı ilə bağlı narahatlığını bildirir.
23. Məhkəmə icraatı zamanı tədqiq olunan ikinci qeydə alınmış audio yazıda əks olunur ki, 2-ci audio yazıda isə Elxan Məlahətə "xxxx"dan krediti martda götürdüyünü, bankın təqdimat vermək istədiyini, onun araya girdiyini bildirir. Necə yol tapıb ondan alıbsa, indi də yol tapıb krediti ödəməsini tələb edir. "xxxx" ASC-dən birdəfəyə 6600 manat məbləğində pulu Məlahətə verdiyini bildirir. Məlahət isə Elxana vəziyyətdən çıxa biləcəyini düşündüyünü deyir. Elxanın evini girov qoyub vəziyyətdən çıxmalarını təklif edir. Məlahət Elxanın ona kömək etdiyini bildirir. Üçüncü şəxsin sualına Məlahət cavabında Elxanın adına olan kredit ilə borclarını bağladığını, beləcə düşdüyü vəziyyətdən çıxmaq fikri olduğunu, indi isə bankların ona kredit vermədiyini bildirir.
24. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərir ki, Elxan xanıma "xxxx" və “Beynəlxalq bank”dan iki dəfə olaraq on min manat kredit götürüb, verib. Xanımda bunun xoş niyyətindən istifadə edib, müəyyən vədlər verərək pulu Elxandan almışdır. Vəd də odur ki, xanım bu pulla borclarını bağlayıb, sonra yenidən kredit götürüb onun borcunu qaytaracaq. Sonra belə bir vəziyyət yaranıb ki, xanım borcu ödəməkdən boyun qaçırıb. Sonra Elxana səslər ataraq xanıma yaraşmayan ifadələrlə Elxana borcu ödəməyəcəyini və onu narahat etməməsini, etdiyi halda isə tədbir quracağını demişdir. Xanım gecə saat 01:00 radələrində Elxana gətirib əmək haqqı kartını vermişdi ki, bankın pulunu maaş köçəndə burdan ödəsin. Bir müddət sonra gece yarısı gəlib Elxanın qapısında səs-küy yaradıb, kartı geri qaytarmağını tələb etmişdi. Elxanın borcunun ona maraqlı olmadığını bildirib. O, aldığı vəsaiti danmır. Elxan dayısı oğludur. Səbəbini bilmir. Xanımın oğlunun köməyə ehdiyacı olduğu üçün Elxandan kömək istəyib. Hec nəyi deyil. Səhv eləmirsə Elxanın dostunun əvvəlki yoldaşıdır. Ordan tanışlıqları var. İddiaçı pulun hamısını cavabdehə verib. İndi bunun ödənişinin bir qismini də, onlar ödəyir. İmkanı çatmır. 25.Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində göstərmişdir ki, Elxan onun sinif yoldaşıdır. Həm də ailəvi dostlar. 2025-ci ildə mart ayında Elxanın uşağının yaşına yığışıblar. Yaşa getməmişdən qabaq Elxan ona deyib ki, “Beynəlxalq bank”da işi var. Bir nəfər pul göndərməli olduğunu deyib, göndərəndən sonra gediblər Elxangilə. Pul hardasa 10 min manat olardı. Məlahətin həyat yoldaşını tanıyır. Bakıda işləyir. Məlahətgil ilə də ailəvi dostu idilər. Gediş-gəlişləri var idi. Bir dənə problemləri Elxanın adına götürdüyü bankı vaxtı-vaxtında ödəməməsidir. Elxan özü deyib ki, bu qədər pul götürüb, borc verib, ödəmir. 26.Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərmişdir ki, 7 mart 2025ci il tarixdə uşağın ad günü Elxan “Beynəlxalq bank”dan pul çıxardıb. Terminal vasitəsi ilə pulu yollayıb. Pulun dəqiq miqdarını bilmir. Adını eşidib. Şəxsən özünü tanımır. Ona ödəniş olunmur. 300 manat pul yollayıb. Onu da cavabdehin özünə qaytarıb.
27. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
28. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
29. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
30. Hazırki halda pul vəsaitinin iddiaçının mülkiyyətində olması, vəsaitin cavabdehin sərəncamına keçməsi və bunun əsasında hər hansı qanun və ya müqavilədən irəli gələn öhdəliyin olmaması iddiaçının təqdim etdiyi mötəbər sübutları vəhdət şəklində qiymətləndirərək müəyyən edilir. Belə ki, məhz iki fərqli bankdan ümumilikdə 20000 manat iddiaçı Elxan Nəzərovun mülkiyyətində olan pul vəsaiti Cavabdeh verilmişdir. Cavabdeh tərəf bunu inkar edən hər hansı sübut təqdim etməmişdir.
31. Faiz borcları hissəsinə qiymət verərkən məhkəmə qeyd edir ki, faiz borclu Elxan Nəzərovun kreditor bank qarşısında müqavilə əsasında üzərinə götürdüyü ödənilməli öhdəlikdir. Bu öhdəlik tərəflər arasındakı müqaviləyə əsaslanır və öhdəliyin üçüncü şəxsə ötürülməsi əks edilmir. Odur ki, iddia tələbi banka ödənilməli faiz borcunun cavabdehdən tutulması hissəsində əsassızdır. 32.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20000 manat məbləğində borc pul və 181 manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir.
33. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat məbləğində borc pul və 181(yüz səksən bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə