Məhkəmə qərarları › İş №2(066)-147/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-147/2025

08.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-147/2025 08.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «mülki hüquq pozuntuları» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «mülki hüquq pozuntuları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, Göygöl rayonunun Topalhəsənli kəndində yerləşən 0,15 hektar əkin sahəsinə vurduğu 3000 (üç min) manat zərər və məhkəməyə verilən iddia ərizəsi üçün ödədiyi 51 (əlli bir) manat dövlət rüsumunun, cəmi 3051 (üç min əlli bir) manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında mülkiyyət formasının dəyişməsi ilə əlaqədar Göygöl rayonunun Topalhəsənli kəndinin ərazisində yerləşən 0,15 ha torpaq sahəsi kənd təsərrüfatı məsullarının istehsalı üçün ailəsinin mülkiyyətinə verilmişdir. Yuxarıda göstərilən 0,15 hektar sahəninə lobya və qarğıdalı bitkisi əkmişdir. Lobya və qarğıdalı yetişdiyinə görə hər gün nəzarət edirdi. 12 sentyabr 2024-cü il tarixdə əkin sahəsinə gedəndə görmüşdür ki, cavabdeh Göygöl rayonunun Topalhəsənlı kənd sakini Cavabdeh 2 baş iri buynuzlu heyvanları (inəkləri) lobya və qarğıdalı sahəsinə girərək, əkin sahəsinə zərər vurmuşdur. O, inəkləri sahədən çıxararaq evə gətirmişdir. Bu barədə Göygöl rayon İHB-na, eləcə də Topalhəsənli kənd İƏDÜ nümayəndəsinə və Polisə məlumat vermişdir. Cavabdehin anası Xalidə xanım və Göygöl rayon İHB-nın Topalhəsənli kənd İƏDÜ nümayəndəsi Tarix Məmmədov gəlib ona üzürxahlıq edəndən sonra o, cavabdehi bağışlamış və xahiş etmişdir ki, bir daha inəklərini sahibsiz buraxmasın. Buna baxmayaraq 13 sentyabr 2024-cü il tarixdə əkin sahəsinə gedəndə görmüşdür ki, bu dəfə 7 baş inək əkin sahəsinə girərək sahəni tam məhv etmişlər. O, 7 baş inəyi sahədən çıxararaq həyətə gətirmək istəmiş, inəklərin 3 başını həyətə gətirmiş, lakin 4 başını gətirə bilməmişdir. Bu barədə DİN-nin 102-xidmətinə məlumat vermişdir. Göygöl rayon Polis Şöbəsinin əməkdaşları gəlib araşdırma apardılar, aidiyyəti üzrə məhkəməyə müraciət olunması ona tövsiyə olunmuşdur. Cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olaraq o, ciddi zərər çəkmiş, həmçinin cavabdehin vurduğu zərər onun maddi durumuna öz mənfi təsirini göstərmişdir. Bu il ümüd etdiyi gəliri əlindən çıxmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, hazırda Cavabdeh tərəfindən ona 150 manat məbləğində dəymiş ziyanın ödənilməsi və aralarında heç bir mübahisənin olmamasını, iddiadan imtina etdiyini bildirib, mülki iş üzrə icraaa xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadəsində İddiaçı iddiadan imtina etməsini qəbul edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52-ci maddəsini rəhbər tutaraq, İddiaçı yazılı formada iddiadan imtina etməsi barədə ərizə verməsinin qanuna zidd olmadığı və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək məhkəməyə təqdim etmişdir, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki-Prosessual məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə ərizəni və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtinası təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin iş üzrə İddiaçı "xxxx" MMC ödəniş sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, qəbzin nömrəsi **********, sənədin FİN kodu 5M5FC2F, terminal nömrəsi 53027 ilə Göygöl Rayon Məhkəməsinin hesabına ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən İddiaçı geri qaytarılmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutub qərara aldı: İddiaçı Cavabdeh qarşı «mülki hüquq pozuntuları» tələbinə dair iddiasından imtina etməsi qəbul olunsun. Mülki iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" MMC ödəniş sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, qəbzin nömrəsi **********, sənədin FİN kodu 5M5FC2F, terminal nömrəsi 53027 ilə Göygöl Rayon Məhkəməsinin hesabına ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göygöl rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar