Məhkəmə qərarları › İş №2(066)-1485/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1485/2023

02.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1485/2023 02.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı1 iştirakı ilə, İddiаçı İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özünün və uşaqlarının evdə yaşamaq və istifadə hüququnun tanınması” tələbinə dаir mülki işə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkməyə müraciət edərək “özünün və uşaqlarının evdə yaşamaq və istifadə hüququnun tanınması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı dəqiqləşdirilməyə dair ərizə verərək digər iki iddiaçı olan uşaqlarının azyaşlı olduqları üçün onların hazırki iş üzrə iddiaçı olmamaları nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının 53-cü maddəsinə əsasən ərizə qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək bildirdi ki, cavabdehlər qaynanası və qaynıdır. O, 2019-cu ildə eyni tələblə məhkəməyə müraciət etsə də Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1034/2019 nömrəli qətnaməsi ilə onun tələbi qanunsuz olaraq təmin edilməmişdir. Həmin qətnamənin üzərindən 4 ildən artıq müddət keçmişdir. Bu səbəbdən yaşamağa yerləri olmadığından hesab edir ki, işə təkrarən məhkəmədə baxıla bilər. Hal-hazırda onun mübahisəsi Göygöl rayonu, Köşkü kəndində yerləşən evlə bağlıdır və həmin evdən yaşamaq və istifadə hüququnun tanınmasını xahiş edir. Əlavə olaraq bildirir ki, cavabdehlər ona və uşaqlarına ayrı ev və ya torpaq sahəsi alıb versinlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, buna baxyamaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1034/2019 nömrəli qətnaməsi ilə, iddiаçı İddiaçı1 Cavabdeh1 qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dаir iddiası təmin edilməmişdir. Bundan başqa, məhkəmə iclasında İddiaçı1 bildirmişdir ki, cavabdehlər qaynanası və qaynıdır. O, 2019-cu ildə eyni tələblə məhkəməyə müraciət etsə də Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1034/2019 nömrəli qətnaməsi ilə onun tələbi qanunsuz olaraq təmin edilməmişdir. Həmin qətnamənin üzərindən 4 ildən artıq müddət keçmişdir. Bu səbəbdən yaşamağa yerləri olmadığından hesab edir ki, işə təkrarən məhkəmədə baxıla bilər. Hal-hazırda onun mübahisəsi Göygöl rayonu, Köşkü kəndində yerləşən evlə bağlıdır və həmin evdən yaşamaq və istifadə hüququnun tanınmasını xahiş edir. Göründüyü kimi, iddiaçı 2019-cu ildə də eyni tələblə bağlı məhkəməyə müraciət etmiş və iddiası rədd edilmişdir. Bundan başqa, həm iddiaçının izahatından həm də Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1034/2019 nömrəli qətnaməsin görünür ki, mübahisə Göygöl rayonu, Köşkü kəndində yerləşən və cavabdehlərə məxsus evlə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet və eyni əsasla artıq işə məhkəmə qaydasında baxılmışdır. Bundan başqa, iddiaçı məhkəmədə verdiyi izahatında cavabdehlərin ona və uşaqlarına ayrı ev və ya torpaq sahəsi verməli olduqlarını bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçı özü də iddianın təkrar qaldırıldığını anlayır lakin, iddianı bu formada verməklə cavabdehlərdən ev və ya torpaq tələb edir. MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə məhkəmə hesab edir ki, hazırki işə məhkəmə qaydasında baxıla bilməz. MPM-nin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və MPM-nin 261, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özünün və uşaqlarının evdə yaşamaq və istifadə hüququnun tanınması” tələbinə dаir mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Hаkim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _____________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Elektron poçtu: mailto:bardacourt@gmail.comElektron ünvan İş № 2(066)-1485/2023 02 noyabr 2023-cü il İddiaçı1 Göygöl rayonu, Köşkü kəndi. Cavabdeh1 Cavabdeh2 Göygöl rayonu, Köşkü kəndi. Göygöl Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(066)-1485/2023 nömrəli qərardadının surəti məlumat üçün sizə göndərilir. Qoşma: qərardadın surəti “ “ səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar