Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-15/2025 02.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, İddiaçı “X4” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Kommersiya Bankı ASC cavabdehlər Cavabdeh və X2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X1 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 575,77 AZN əsas, 25,97 AZN faiz, 32,19 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla cəmi 633,93 AZN borcun 0,40 AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin Unibank» Kommersiya Bankı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əsas kredit müqaviləsi üzrə 100 000 AZN 120 ay müddətinə kredit ayrılmış və xx.xx.2020-ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 26 % ödəmək şərtilə 5000 AZN məbləğində kredit verilmişdir, (kredit müqaviləsinin 1-ci maddəsi) Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə min kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olurnuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu Zamin ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə 2 oktyabr 2023 tarixinə "xxxx" KB ASC-yə 575,77 AZN əsas, 25,97 AZN faiz, 32,19 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 633,93 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunmja) heç bir fayda yerməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1701/2023 saylı qərardadı ilə mülki iş iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-138/2024 saylı qərardadı ilə iddiаçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dаir mülki iş üzrə icraat cavabdeh Zamin hüquqi varisi müəyyən edilənədək dayandırılması qərara alınmışdır. Bundan sonra iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh və X2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Zamin vəfat etməsi səbəbindən icraatın dayandırıldığını bildirərək əsas borclu Cavabdeh ilə aralarında olan müqavilə üzrə münasibətlərin davam etdiyi üçün iş üzrə MPM-in müvafiq maddəsinə əsasən icraatın təzələnməsini xahiş etmiş və bu səbəbdən mülki işin icraatı təzələnmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-15/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Kommersiya Bankı ASC cavabdehlər Cavabdeh və X2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bundan sonra iddiaçı Unibank” Kommersiya Bankı ASC mülki iş üzrə icraata xitam verilməsi ilə bağlı Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-15/2025 saylı qərardadından şikayət vermiş və Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-15/2025 saylı qərardadı ilə şikayət qismən təmin edilərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)- 15/2025 nömrəli qərardadı qismən, iddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair hissədə ləğv edilərək, iddiaçı "xxxx" Kommersiya Bankı ASC -nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan iş materiallarında mövcud sübutlar əsasında baxaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 1160micGNDJ/20 saylı əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün cavabdehə 24 ay müddətinə illik 26 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 1160micGNDJ/20 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 575,77 manat əsas, 25,97 manat faiz, 32,19 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 633,93 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1160micGNDJ/20 saylı əlavə kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 26 % ödəmək şərtilə 5000 manat məbləğində kredit kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə 575,77 manat əsas, 25,97 manat faiz, 32,19 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 633,93 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziva qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “Unibank" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini faiz məbləği ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kreditor əsas borca müqavilənin şərtləri nəzərə alınmaqla faiz borcu və cərimə borcu hesablamışdır. Buna görə də məhkəmə əsas, faiz və cərimə borcunun tamamını cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 575,77 manat əsas, 25,97 manat faiz, 32,19 manat cərimə borcu olmaqla, cəmi 633,93 (altı yüz otuz üç manat doxsan üç qəpik) manat borc pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi və qərardaddan şikayətlə bağlı ödəmiş olduğu cəmi 80 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən 80 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 575,77 manat əsas, 25,97 manat faiz, 32,19 manat cərimə borcu olmaqla cəmi 633,93 (altı yüz otuz üç manat doxsan üç qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 80 (səksən) manat dövlət rüsumu, tutularaq iddiaçı “X4” ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-15/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-15/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver