Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1524/2025 21.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak üzərində ölçmə işlərinin görülməsinə olan maneənin aradan qaldırılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:
1. Xanlar rayon İHB-nın xx.xx.1997-ci il tarixli 196 nömrəli sərəncamı ilə Göygöl rayonu Çaykənd kəndində yerləşən yaşayış evinin İddiaçı məxsus olduğu qeyd edilmişdir. Mülkiyyətçi torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi müraciət etmiş, lakin hazırki halda ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradıldığını iddia etmişdir.
Məhkəmədə icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölçmə işlərinin aparılmasına yaradılan maneənin qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evi və evin yerləşdiyi torpaq sahəsində ölçmə işlərinin aparılması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında mülkiyyətində yaşayış evi var. Qeyd olunan yaşayış evi Xanlar Rayon İcra hakimiyyəti Başçısının 16 sentyabr 1997ci il tarixli, 196 saylı sərəncamı əsasında verilib. Qeyd olunun yaşayış evinə 1997-ci ildə texniki pasport verilib. Ailə vəziyyəti ilə bağlı o, hazırki vaxtadək çıxarış alınması üçün müraciət edə bilməmişdir, hazırda o, evin reyestrdə qeydiyyata alınaraq çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edib. Mütəxəssislər ölçmə işlərinin aparılması üçün evə baxış keçirmək istəyərkən cavabdehlər tərəfindən maneçilik törədərək ölçmə işlərinin aparılmasına imkan vermirlər. Ona görə də ölçmə işlərinin aparılmasından və çıxarışın verilməsindən imtina edilir. Cavabdehlərin günahı üzündən o, mülkiyyətindən istifadə edə bilmir. 4.Keçən məhkəmə iclasında iştirak edən İddiaçı çıxış edərək bildirmişdir ki, 1991-ci ildə ona Ermənistan qaçqını kimi ev verilib. İşi ilə bağlı, həbsdə olmağı ilə bağlı başqa yerlərdə olub. Ona görə də evində yaşaya bilməmişdir. Onun hazırda yaşayış yeri yoxdur, kirayədə qalır. Buna görə də, ölçü işləri aparmaq üçün icradan nümayəndə gətirib. Xahiş edir ki, evdə ölçü işləri aparılması üçün şərait yaradılsın. Evin sənədini hardasa 1997-ci ildə alıblar. Müəyyən vaxt başqa şəxslərə evi verib, müəyyən vaxt özü yaşamışdır. 5.Məhkəmə iclasında Cavabdeh2 çıxış edərək bildirmişdir ki, onlar 1993-cü ildən məcburi köçkün kimi Çaykənddə məskunlaşmışlar. Atası oranı alanda ev pis vəziyyətdə olub. Evi onlar təmir etdiriblər. Sözügedən evdə qoca qadının yaşadığını və o gedərkən evi satmaq istədiyini bildirib. Onun atası da dəyərini ödəyib, evi o qadından satın alıb. Onların illərdir ki, o evdə yaşadıqlarına dair şahidlər, sübutlar mövcuddur. Ancaq ev şifahi alınıb, heç bir kötük sənədi yoxdur. İddiaçının atasının evi onlara yaxın olub, ancaq uzun illərdir ki, yaşanmadığını bildirdi. Hazırda atası rəhmətə gedib. Evi satan X2 olmuşdur. Hazırda yaşayıb-yaşamadığına dair məlumatı yoxdur. Mütəxəssislər gələndə söz-söhbət olduğu üçün mütəxəssislərin getdiyini bildirdi. 6.Məhkəmə iclasında Cavabdeh1 çıxış edərək bildirmişdir ki, iddiaçını ilk dəfədir ki, görür. İddiaçının dediyi ev ünvanı ilə onların evinin ünvanı da üst-üstə düşmür. Ev qəzalı vəziyyətdə olub, evi özləri düzəltdirib təmir etdiriblər. Ölçmə işlərinin aparılması üçün əməkdaş gəlib və razılıq vermədiklərinə görə aparılmayıb. Özü yerli, həyat yoldaşı məcburi köçkündür. Orada yaşadıqları müddətdə iddiaçını orada görməyiblər. 33 il sonra iddiaçının gəlib ev tələb etdiyini bildirir. Ölçmə işlərinin aparılmasına əvvəl etiraz edibler, indi razılıq var. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, təmin olunmasını məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq: 8.Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsiplərini təsbit etmişdir. Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
10.Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1.və 76.2. maddələri). 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 11.Məhkəmə iddiaçıları və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 12.Belə ki, iş materiallarına əlavə edilmiş Xanlar rayon İHB-nın xx.xx.1997-ci il tarixli 196 nömrəli sərəncamı ilə Göygöl rayonu, Çaykənd kəndində, 9-cu məhəllə, 234 kv metrlik torpaq sahəsində yerləşən, ümumi sahəsi 74,3 kv metr olan inventar dəyəri 7976 manat olan 63 saylı ev İddiaçı mülkiyyətinə verilmişdir. Mülkiyyətçi hüquqlarının dövlət qeydiyyatına alınması üçün müvafiq orqana müraciət etmiş, lakin cavabdehlər tərəfindən maneə yarandığından daşınmaz əmlaka dair ölçmə işlərinin aparılması mümkün olmamışdır.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-10468/2025 nömrəli ərizəçi İddiaçı ünvanlanmış məktubda aparılan araşdırma zamanı torpaq sahəsi üzərində mübahisə olduğu üçün müayinə baxışına şərait yaradılmadığından bu səbəbdən ərizənin icrasının mümkün olmadığı göstərilmişdir.
14. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
15. Hazırki halda torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. İddiaçı həmin hüquqdan irəli gələrək özünün əmlaka dair hüquqlarının qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqana müracitə etsə də cavabdeh qeydiyyat üçün zəruri olan müayinə baxışına maneə törətdiklərindən müvafiq hüququn həyata keçirilməsindən imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində müvafiq ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneə mülkiyyət hüququna müdaxilənin tərkib hissəsidir. Cavabdeh tərəf məhkəmə araşdırması zamanı qeyd edilən halı etiraf etmişdir.
16. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 3 ünvanında yerləşən ev və evin yerləşdiyi torpaq sahəsində ölçmə işlərinin aparılması ilə əlaqədar Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına yaradılmış süni maneə aradan qaldırılmalıdır. 17.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən yaşayış evi və evin yerləşdiyi torpaq sahəsində ölçmə işlərinin aparılması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına maneə yaradılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə