Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1671/2023 20.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə üzrə payçı olaraq payı tam ödənilmiş qeyri-yaşayış sahəsinə köçürülməsinə dair maneənin aradan qaldırılması, bu mümkün olmadıqda ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən onun Xanlar şəhəri, R.Nəsibov küçəsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunda nəzərdə tutulmuş, ümumi sahəsi 135,5 kv/m olan qeyri yaşayış sahəsinə və həmin yaşayış evinin 2-ci blokunda nəzərdə tutulmuş ümumi sahəsi 104 kv/m olan yaşayış sahəsinə köçürülməsinə dair maneənin aradan qaldırılmaqla köçürülməsinə, bu mümkün olmadığı təqdirdə cavabdehə qeyd olunan qeyri yaşayış sahələrinə görə payçı olaraq onun tərəfindən ödənilmiş 58.000 ABŞ dolları pulıun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6496/2023 nömrəli qərardadı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə payçı olaraq payı tam ödənilmiş qeyri-yaşayış sahəsinə köçürülməsinə dair maneənin aradan qaldırılması bu mümkün olmadıqda ödənilmiş pulun qaytarılması tələbinə dair 2(125)-6496/2023 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirib hesab edir ki, aidiyyət məsələsinin həll edilməsi üçün iş Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Cavabdeh Mənzil Tikinti Kooperativinin hüquqi ünvanı yəni, qeydiyyatda olduğu ünvan ünvan 1diyyatda olduğu ünvan Gəncə şəhəri olaraq görünür və həmin hüquqi şəxsin Göygöl rayonunda qeydiyyatı yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən irəli gələn iddialar müəssisəinin olduğu yerə görə verilir. 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 44.2.2-ci maddəsinə əsasən, işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. MPM-nin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, hüquqi şəxsin rəsmi qeydiyyatda olduğu ünvan Gəncə şəhəri olduğundan və iddiaçı tərəfindən Gəncə Şəhər Məhkəməsinə müraciət edildiyindən hazırkı işə Göygöl Rayon Məhkəməsində baxıla bilməz. Odur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-nin 45, 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRАRА АLDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə üzrə payçı olaraq payı tam ödənilmiş qeyri-yaşayış sahəsinə köçürülməsinə dair maneənin aradan qaldırılması, bu mümkün olmadıqda ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş aidiyyət məsələsinin həll edilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ ___ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçt: Elektron ünvan İş № 2(066)-1671/2023 «20» noyabr 2023-cü il İddiaçı Gəncə şəh., Məhrəsə Bağı, ev 12, mənzil 12 Vəkil Gəncə şəhəri 1 saylı Vəkil Bürosu Cavabdeh Gəncə şəhəri, Qızılhacılı küç., ev 3, mənzil 2 Göygöl Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(066)-1671/2023 nömrəli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti “02” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(066)-1671/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1671/2023
20.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver