Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-185/2025 13.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərə görə 1860 (bir min səkkiz yüz altmış) manat (avtomobilə dəymiş ziyan) və 3059 (üç min əlli doqquz) manat (avtomobilin 23 gün işləməməsinə görə ziyan), cəmi 4919 (dörd min doqquz yüz on doqquz) manat və dövlət rüsumu kimi ödədiyi 69.19 manat məbləğində pulun cavabdeh X2 alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, "X7 mikroavtobus" markalı 20 ED 988 qeydiyyat nişanlı maşın onun xüsusi mülkiyyətindədir. Həmin avtomaşını etibarnaməyə əsasən qohumu X4 idarə etmişdir. Oruc İbrahimov tel:13.11.2024xx.xx.2024-cü il tarixdə saat 18.00 radələrində həmin avtomobili üzü Bakı istiqamətində idarə edərkən yolun əks istiqamətindən Oruc İbrahimovun hərəkətdə olan zolağına qəflətən çoxlu sayda xırda buynuzlu heyvanlar çıxmış, Oruc İbrahimov avtomobilin əyləcinə (tormoza) basmağına baxmayaraq avtomobil eyvanlarla toqquşmuş və nəticədə mülkiyyətində olan avtomobilə 1860 manat ziyan dəymişdir. Həmin vaxt hadisə yerinə YPXİ-nin əməkdaşları gəlmiş və günah heyvanların sahibi cavabdeh X3 olduğundan o, yol hərəkəti qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1 və 338.5.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün 40 manat cərimə edilmişdir. O, dəfələrlə cavabdeh X2 ona dəymiş 1860 manat ziyanın ödənilməsini tələb etsə də, cavabdeh ziyanı ödəməkdən imtina edir. Onu get-gələ salır, ona dəymiş ziyanın çüzi hissəsini ödəmək istəyir. Bundan başqa həmin avtomobil Daşkəsən rayon Covdar kəndində yerləşən Qızıl Mədəni ilə rəsmi müqavilələrə əsasən şəxsiyyət daşıması ilə məşğul olmuş və ayda müqavilələrə əsasən 4000 manat gəlir verirdi. Cavabdeh tərəfindən yol hərəkəti qaydaları pozulduğundan o, 23 gündür ki, həmin avtomobili iştifadə edə bilmir və hesab edir ki, cavabdeh X5 23 günə görə ona 3059 manat (23x133=3059) ziyan vurmuşdur. Odur ki, hesab edir ki, həmin ziyanı da cavabdeh X5 ödəməlidir. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək göstərdi ki, cavabdeh tərəfindən hadisənin Göygöl rayonunda baş verməsinə görə iddianı Göygöl Rayon Məhkəməsinə vermişdir. İddianın əslində cavaddehin qeydiyyatda olduğu yer üzrə, yəni Kəlbəcər Rayon Məhkəməsində baxılmalı olduğu haqda məlumatı olmamışdır. Odur ki, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsinə etirazı olmamasını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2.2-ci mаddəsinə əsаsən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göründüyü kimi, Cavabdeh rəsmi olaraq Kəlbəcər rayonunun Lev kəndində qeydiyyatdadır. Odur ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğundan, İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi” tələbinə dаir mülki iş aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsində baxılmalıdır. Yuxаrıdа sаdаlаnаn qаnunun nоrmаlаrını işin hаllаrınа tətbiq edən məhkəmə hesаb edir ki, işin məhkəmədə bаxıldığı zаmаn Cavabdeh qeydiyyat yeri Kəlbəcər rayonunun Lev kəndi olduğu müəyyən edildiyindən mülki iş ərazi аidiyyəti üzrə bаxılmаsı üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 35, 44, 45, 263, 264, 268-ci mаddələrini rəhbər tutаrаq, qərara aldı: İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-185/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-185/2025
13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver