Məhkəmə qərarları › İş №2(066)-194/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-194/2024

29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-194/2024 29.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və 10 saylı Regional X5 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Göygöl Regional X5 Cavabdeh qarşı X16 vurulmuş zərərin ödətdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı 10 saylı X7 Mərkəzi Cavabdeh qarşı X16 vurulmuş zərərin ödətdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonunun Köşkü kəndində yaşayan Cavabdeh tərəfindən X16 vurulmuş 288 (iki yüz səksən səkkiz) manat 80 qəpik manat məbləğində ziyanın ödənilməsinə dair qərar çıxarılaraq ziyanın ödətdirilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, 03 sentyabr 2023-cü il tarixdə 10 saylı X6 meşəbəyliyinin 2 saylı meşə dolayısının meşə gözətçisi X13 tərəfindən daxil olmuş məlumata əsasən Mərkəzin əməkdaşları və Hacıkənd meşəbəyliyinin 2 saylı müşə dolayısının meşə gözətçisi X8 iştirakı ilə xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Köşkü kəndində yaşayan Cavabdeh məxsus 11 (on bir) baş iri buynuzlu mal-qaranın meşə əkinində otarılması barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli qərarın 1 nömrəli əlavəsinə əsasən Cavabdeh tərəfindən 288.80 manat məbləğində X16 ziyanın vurulması müəyyən edilmişdir. Mövcud qanunvericiliyə uyğun olaraq cavabdehin vurduğu ziyanı könüllü ödənilməsi barədə ona təklif olunsa da, o buna məhəl qoymamış və X12 tərəfindən vurulmuş ziyanın əvəzi ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı 10saylı Regional X5 nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə etdiyini, Cavabdeh dəfələrlə qanunsuz olaraq özünə məxsus mal-qaranı meşə ərazisində otarmasını və bunun nəticəsində Meşə Fonduna ziyan vurumasını bildirdi və odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında məlumat əsasında özünün otarılan yerə getməsini, Köşkü kənd sakini Cavabdeh əkin sahəsində malheyvanını otarmasını və sahəyə ziyan vurmasını, bu barədə akt tərtib edilməsini, lakin akta Nizaminin imza çəkməməsini və cavabdehə məxsus mal-qaraları otaranın olmamasına görə mal-heyvanın özbaşlarına qalmasını bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 izahatında gözətçi işləməsini, rəsmi qaydada məlumatı özünün verməsini, dəfələrlə Cavabdeh mal-qarasını əkin sahəsində otarmamasını bildirməsini, lakin onun buna məhəl qoymamasını, əkin sahəsi çəpərlənsə də, Nizamiyə məxsus heyvanların sahəyə girib ziyan vurmasını təsdiq etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və şahidlərin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Göygöl rayon üzrə meşə mühafizə mühəndisi X9, Hacıkənd meşəbəyliyinin meşəbəyi X4, Hacıkənd meşəbəyliyinin 2 saylı meşə dolayısının meşə gözətçisi X13 tərəfindən tərtib olunmuş 04 sentyabr 2023-cü il tarixli, 006699 nömrəli aktın surətindən görünür ki, Göygöl rayonunun Köşkü kənd sakini Cavabdeh qanunsuz olaraq özünə məxsus mal-qara ilə meşə əkinini otarması nəticəsində X16 288.80 manat məbləğində ziyan vurmuşdur. İş materiallarında olan Hacıkənd meşəbəyliyinin 2 saylı meşə dolayısının meşə gözətçisi X14 tərəfindən 10 saylı RMTM-nin Haclkənd meşəbəyliyinin meşəbəyisi X2 ünvanlanmış məlumatdan görünür ki, bildirir ki, mühafizə etdiyi dolayda Köşkü kənd sakini Cavabdeh məxsus 11 baş iri buynuzlu mal-qaranı əkilmiş əkin sahəsində əkinləri yeyərkən tutmuş və dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq yenə əkin sahəsinə mal-qara buraxılıb. Bu haqda tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 19 sentyabr 2023-cü il tarixli Cavabdeh ünvanlanmış məktubdan görünür ki, Mərkəzin Hacıkənd meşəbəyliyinin 2 saylı meşə dolayısının meşə gözətçisi X8 məlumatına əsasən Mərkəzin əməkdaşları tərəfindən onun mühafizə etdiyi 2 saylı meşə dolayısında yoxlama apararkən məlum olmuşdur ki, Cavabdeh meşə qanunvericiliyini pozaraq özünə məxsus olan 11 baş iri buynuzlu mal-qara ilə meşə əkinini otararaq 288 manat 80 qəpik məbləğində DMF-na ziyan vurmaqla Azərbaycan Respublikasının İXM-nin 257-ci maddəsinin tələblərini pozmuşdur. Odur ki, üzərində olan cəriməni 10 iş günü müddətində könüllü olaraq ödənilməsi Cavabdeh tələb olunmuşdur. Əks halda qanunvericiliyə uyğun olaraq barəsində daha ciddi tədbirlər görüləcəkdir. Məhkəmə iddia üzrə mübahisə predmeti ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və zərər vurulması ilə nəticələnən hüquqazid əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə iclasında Cavabdeh tərəfindən 10 saylı X7 Mərkəzinə 288 (iki yüz səksən səkkiz) manat 80 qəpik manat dəyərində maddi ziyan yetirilməsi iddiaçının nümayəndəsinin və şahidlərin ifadələri və işdə olan sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanuni və əsaslı olduğu üçün iddia təmin edilməli, Cavabdeh 288 (iki yüz səksən səkkiz) manat 80 qəpik manat məbləğində pul vəsaiti iddiaçı 10 saylı Regional X5 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Odur ki, şərh edillənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 288 (iki yüz səksən səkkiz) manat 80 qəpik manat məbləğində maddi ziyan iddiaçı 10 saylı Regional X5 xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar