Məhkəmə qərarları › İş №2(066)-286/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-286/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-286/2024 06.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «borcun ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Kənan Kazımov Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «borcun ödənilməsi tələbinə» iddia verərək, cavabdehlərdən mərhum X5 ilə bağlanmış 24 dekabr 2019-cu il tarixli 13-xx-xx-107691 nömrəli müqaviləyə əsasən 1945 (min doqquz yüz qırx beş) manat, 12 (on iki) qəpik əsas borc, 48 (qırx səkkiz) manat 72 (yetmiş iki) qəpik faiz borcu olmaqla, 1993 (min doqquz yüz doxsan üç) manat, 84 (səksən dörd) qəpik və ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutulub İddiaçı ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X6 məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu göstərib, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Kənan Kazımovun imzaladığı iddia ərizəsindən məlum olur ki, X5 ilə İddiaçı ASC-nin Gəncə filalı arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli 13-xx-xx-107691 nömrəli kredit müqaviləsinə əsasən X4 60 ay müddətinə, illik 1% olmaqla 1945 (min doqquz yüz qırx beş) manat, 12 (on iki) qəpik məbləğində kredit vermişdir. X3 10 iyun 2022-ci il tarixə 1945 (min doqquz yüz qırx beş) manat, 12 (on iki) qəpik əsas borc, 48 (qırx səkkiz) manat 72 (yetmiş iki) qəpik faiz borcu olmaqla, 1993 (min doqquz yüz doxsan üç) manat, 84 (səksən dörd) qəpik borcu yaranmışdır. X5 29 dekabr 2019-cu il tarixdə ölmüşdür. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 X3 vərəsələri olmaqla onun hüquqi varisidirlər. X1 miras qalmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********00, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 04 fevral 2021-ci il olan Çıxarışa əsasən Göygöl rayonu Xəqani kəndində yerləşən ümumi mülkiyyətdə olan 0,80 hektar torpaq sahəsindən mərhum X4 çatası dördə bir hissəsini paydan irsa almalarına dair, reyest nömrəsi 2V-164 olan 04 fevral 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik şəhadətnaməsi”nə əsasən irs almalıdırlar. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə görə, mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 40 (qırx) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC-nin Gəncə filalı ilə X5 arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli 13-xx-xx-107691 nömrəli kredit sazişindən və 24 dekabr 2019-cu il tarixli məxaric orderindən görünür ki, X4 60 ay müddətinə, illik 1% olmaqla 1945 (min doqquz yüz qırx beş) manat, 12 (on iki) qəpik məbləğində kredit vermişdir. Mülki işə əlavə edilmiş 10 iyun 2022-ci il tarixli arayışdan görünür ki, X5 ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli 13-xx-xx-107691 nömrəli müqaviləyə əsasən 1945 (min doqquz yüz qırx beş) manat, 12 (on iki) qəpik əsas borc, 48 (qırx səkkiz) manat 72 (yetmiş iki) qəpik faiz borcu olmaqla, 1993 (min doqquz yüz doxsan üç) manat, 84 (səksən dörd) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş 04 fevral 2021-ci il tarixdə təsdiq edilmiş 2V-164 reyest nömrəli “Qanun üzrə vərəsəlik şəhadətnaməsi”ndən məlum olur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mərhum X2 miras qalmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********00, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 04 fevral 2021-ci il olan Çıxarışa əsasən Göygöl rayonu Xəqani kəndində yerləşən ümumi mülkiyyətdə olan 0,80 hektar torpaq sahəsindən mərhum X4 çatası dördə bir hissəsini paydan irs almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, X5 ilə İddiaçı ASC-nin Gəncə filalı ilə X5 arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli 13-xx-xx- 107691 nömrəli kredit müqaviləsinə əsasən mərhum X4 60 ay müddətinə, illik 1% olmaqla 1945 (min doqquz yüz qırx beş) manat, 12 (on iki) qəpik məbləğində kredit vermişdir. X3 1945 (min doqquz yüz qırx beş) manat, 12 (on iki) qəpik əsas borc, 48 (qırx səkkiz) manat 72 (yetmiş iki) qəpik faiz borcu olmaqla, 1993 (min doqquz yüz doxsan üç) manat, 84 (səksən dörd) qəpik borcu yaranmışdır. X5 29 dekabr 2019-cu il tarixdə ölmüşdür. Cavabdehlər isə mərhum X3 hüquqi varisidirlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 124.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 40 (qırx) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «borcun ödənilməsi tələbinə» iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 24 dekabr 2019-cu il tarixli 13xx-xx-107691 nömrəli kredit müqaviləsi üzrə 1945 (min doqquz yüz qırx beş) manat, 12 (on iki) qəpik əsas borc, 48 (qırx səkkiz) manat 72 (yetmiş iki) qəpik faiz borcu olmaqla, 1993 (min doqquz yüz doxsan üç) manat, 84 (səksən dörd) qəpik və ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar