Məhkəmə qərarları › İş №2(066)-294/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-294/2025

04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-294/2025 04.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X2 üçün verilən alimentin artırılaraq 235 manat məbləğində tutulması tələbi barədə iddiasının təmin edilərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2006-cı ilin mart ayının 15-də Göygöl rayonunun Qeydiyyat şöbəsində (keçmiş Xanlar) rəsmi nikaha girmişdir. Nikahları Vətəndaşlıq vəziyyəti Aktları Dövlət qeydiyyat şöbəsində 46 nömrə ilə qeyd edilmişdir. Rəsmi nikaha girdikdən sonra evlilikləri ailə həyatları başlayıb. Toy mərasimləri isə 2005-ci ildə olub. Bu evlilikdən 2005-ci ilin iyun ayının 22-də X15, 2010-cu ilin yanvar ayının 21-də isə X16 doğulublar. Qısa və konkret olaraq məhkəməyə bəyan edir ki, cavabdeh sabiq əri Cavabdeh ilə 15 il müddətinə birgə yaşadıqları dövrdə tez-tez ailə daxili ziddiyyətlər hökm sürsə də, övladlarının xatirinə ailənin tamlığını, fundamentallığını qoruyub saxlamağa səy göstərmiş, ailədə bütün əxlaqi dəyərlərə qarşılıqlı hörmət və səmimiyyət zəmnində əməl etmişdir. Lakin sonrakı müddətdə cavabdehin üzündən artıq birgə yaşamaq mümkün olmayıb. Odur ki, Göygöl rayon Məhkəməsinə cavabdehlə aralarında olan rəsmi nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi vermişdir. Göygöl rayon Məhkəməsinin tel:17.12.2020xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən rəsmi nikahları tel:11.01.2021xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Məhkəmənin sözügedən qətnaməsi ilə həmçinin övladları X15 və X2 üçün cavabdehdən hər bir uşağa 100 (yüz) manat məbləğində aliment tutulması qət edilmişdir. Qeyd edir ki, birinci övladı X11 18 yaşı 2023-cü ildə tamam olduğuna görə onun saxlanılması üçün məhkəmənin təyin etdiyi aliment qanunvericiliyə uyğun olaraq dayandırılmışdır. Məhkəməyə bildirir ki, ikinci övladı X2 üçün təyin edilmiş 100 manat məbləğində aliment bu günkü tələblərini ödəmir. Uşağın 14 yaşı vardır, o, artıq böyümüş və tələbatı artmışdır. Ona gorə də düşünür ki, alimentin miqdarı cavabdeh sabiq əri Cavabdeh aldığı aylıq əmək haqqı əsasında artırılmalıdır. Cavabdeh Göygöl Rayon Təcili Yardım şöbəsində sürücü vəzifəsində işləyir və 1000 (bir min) manat məbləğində əmək haqqı alır. Ona görə də ikinci övladı Paşazadə Muradın saxlanılması üçün 235 manat aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin tələbinə görə qazancın dörddə bir hissəsi qədər cavabdehdən nəhkəmə qaydasında aliment tutulub oğlu X1, tələbatının ödənilməsinə yönəldilməlidir. tel:27.12.2024xx.xx.2024-cü il tarixdə X17 rayon 1 saylı Mediasiya təşkilatının sessiyası keçirilmiş və bu barədə MŞG/1/2024-00045 nömrəli arayış verilmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməkdən boyun qaçırmışdır. Ona görə də Mediasiya Şurasının hesabına ödədiyi 60 manat vəsait də cavabdehdən alınıb ona qaytarılmalıdır. Məhkəməyə bildirir ki, cavabdeh sabiq əri Paşayev soyadını daşıyır, övladlarına isə rəsmi olaraq Paşazadə soyadı verilmişdir. Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən mülk onun atasına məxsusdur. Ev sənədləşməyib. Səbuhi Hacıyev küçəsi keçmiş Qarabağ küçəsidir. Cavabdeh həmin ünvanda qeydiyyatdadır. Bildirir ki, cavabdeh neçə aydır ki, Paşazadə Muradın 100 manat alimentini də ödəmir. Uşaqların taleyinə tamamilə biganədir. Övladlarının qayğıları, təlim-tərbiyəsinin vəziyyəti, ağır tələbatları onun boynunda qalmışdır. Böyük övladı X4 təhsil alır. Oxuduğu ali məktəb ödənişlidir. Bunların heç birindən cavabdehin xəbəri yoxdur. Odur ki, oğlu X3 üçün verilən alimentin artırılaraq 235 manat məbləğində cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (atası) Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun ifadə verərək bildirdi ki, Murad adlı uşaq Türkiyədə oxuyur. Təhsil haqqısı 1500 manatdır. Bundan başqa hər gün onun yol xərci var. Cavabdeh isə heç bir maddi köməklik göstərmir. Əvvəllər özü işləyib qızına və nəvələrinə maddi cəhətdən kömək edirdi. Lakin hazırda işləmir. Uşağın biri yetkinlik yaşına çatıb. 2020-ci ildə olan məhkəmədə hər bir uşağa görə qızı Nətavan cavabdehin borcu olduğunu nəzərə alıb xahiş etmişdir ki, hər uşağa 100 manat aliment kəsilsin. Hazırda iddiaçı uşaqlarına baxa bilmir. Cavabdeh əmək haqqısı isə çoxdan artaraq 1000-1200 manat olmuşdur. Odur ki, iddianın təmin olunaraq 235 manat aliment təyin edilməsini və 60 manat mediiasiya xərcinin cavabdehdən qızı İddiaçı xeyrinə tutulmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, MŞG/1/2024-00045 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və qəbzdən görünür ki, vətəndaş İddiaçı və vətəndaş Cavabdeh qarşı “alimentin artırılması” mübahisə üzrə xx.xx.2024-cü il tarixdə saat 11:00-da mediasiya prosesi həyata keçirilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 575028 nömrəli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 21 yanvar 2010-cu ildə doğulmuşdur. Atası Cavabdeh, anası X7r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2011-cı ilin 03-cü ayının 15-ci günündə 194 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 365331 nömrəli, nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. X14 21 yanvar 2010-cu ildə doğulmuşdur. Atası Cavabdeh, anası X7r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2011-cı ilin 03-cü ayının 15-ci günündə 194 nömrə ilə qeyd edilmişdir. İşdə olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikası vətandaşıdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Cavabdeh Respublika Təcili və X9 Mərkəzində sürücü işləməklə 940.0 manat əmək haqqı alır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, İddiaçı qeyri-ərzaq malları üzrə satıcı, nəzarətçi-kassir işləməklə 400.0 manat əmək haqqı alır. Beləliklə məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü Barat və xx.xx.2010-cu il təvəllüdlü Murad adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Göygöl Rayon Məhkəməsinin 2(066)-957/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə X12 arasında tel:15.03.2006xx.xx.2006-cı il tarixdə Göygöl rayon qeydiyyat şöbəsində 46 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan 22 iyun 2005-ci ildə anadan olmuş X15 və 21 yanvar 2010-cu ildə anadan olmuş X16 anaları X6 himayəsində saxlanılmaları, 22 iyun 2005-ci ildə anadan olmuş X11 və 21 yanvar 2010-cu ildə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməsi və alimentin tutulmasının əvvəlinin tel:20.07.2020xx.xx.2020-ci il tarixdən hesablanması qət edilmişdir. Uşaqlardan xx.xx.2005-ci ildə doğulmuş X15 yetkinlik yaşına çatdığına görə aliment ona aid hissədə dayandırılmışdır. İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Göygöl Rayon Məhkəməsinin 2(066)-957/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə və eyni zamanda da mediasiya xərci kimi ödədiyi 60 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın “8.11-1-ci bəndində göstərilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.”; “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023–cü il yanvarın 1–dən 345 manat müəyyən edilmişdir. Həmçinin, 2024–cü ildə də ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, cavabdehin əmək haqqını, habelə digər halları nəzərə alaraq hesab edir ki, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan təyin edilmiş miqdarda aliment müəyyən edilməsi, uşağın maddi tələbatlarını təmin etmədiyi açıq–aşkardır. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən aliment xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 04 ildən artıq müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatı və saxlanma xərcləri, həmçinin aliment ödəyənin gəliri artmışdır. Bundan başqa məhkəmə uşağın marağını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının xx.xx.2025– ci il tarixdən, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli həddində sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşağın mənafeyinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2025–ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafeyinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Odur ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-957/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü Murad adlı uşağln yetkinlik yaşına çatana kimi saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin tutulması, artırılmış hissədə alimentin tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalı və iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiyaya çəkilən xərc iddiaçı tərəfindən ödənildiyindən, cavabdehin dəvət edilməsinə baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 60 (əlli) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-957/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü Murad adlı uşağln yetkinlik yaşına çatana kimi saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Artırılmış hissədə alimentin tutulması, ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar