Məhkəmə qərarları › İş №2(066)-301/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-301/2025

11.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-301/2025 11.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı Fikirət qızının iştirakı ilə, İddiaçı Fikirət qızının Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Fikirət qızı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon Məhkəməsini 25 yanvar 2021ci il tarixli 2(066)-116/2021 nömrəli qətnaməsi əsasında Cavabdeh tutulan birgə nikahahdan doğulmuş 25 iyul 2013-cü il təvəllüdlü X4 və 12 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün hər ay hər bır uşağa görə 130 (yüz otuz) manat, cəmi 260(iki yüz altmış) manat sabit pul məbləğində tutulan aliment yetkinlik yaşına çatmayan uşaqların tələbatını tam ödəmədiyini nəzərə alıb, həmin aiimentin miqdarı artıraraq, birgə nikahdan anadan olmuş 25 iyul 2013-cü il təvəllüdlü X4 və 12 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə məbləği artırılaraq, hər ay, hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aiimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və eləcə də ödədiyi ilkin mediasiya keçirilməsi üçün 55(əlli beş) manat məbləğində mediasiya xərcini, Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayon Məhkəməsini (hakim Qələmdar Abbasov) 25 yanvar 2021-ci il tarixli 2(066)-116/2021 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, İddiaçı (X7) qızı ilə Cavabdeh arasında 01 dekabr 2012-ci il tarixdə, Göygöl rayon Balçılı kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış 09 nömrəli nikah akt qeydi pozulmuş, birgə nikahdan olan 25 iyul 2013-cü il təvəllüdlü X6 və 12 noyabr 2014-cü il təvəllüdlü X5 anaları, yəni iddiaçı X1 yanında saxlanılması, 25 iyul 2013cü il təvəllüdlü X4 və 12 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 130 (yüz otuz) manat, cəmi 260(iki yüz altmış ) manat sabit məbləğdə aliment Cavabdeh tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Göygöl rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(066)-116/2021 nömrəli qətnaməsi əsasında Cavabdeh tutulan birgə nikahımızdan doğulmuş 25 iyul 2013cü il təvəllüdlü X4 və 12 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 130 (yüz otuz) manat cəmi 260 (iki yüz altmış) manat sabit məbləğdə aliment pulu uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilib. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqların atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqia yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Odur ki, hazırda Göygöl rayon Məhkəməsini 25 yanvar 2021-ci il tarixli 2(066)-116/2021 nömrəli qətnaməsi əsasında Cavabdeh tutulan birgə nikahımızdan doğulmuş 25 iyul 2013-cü il təvəllüdlü X4 və 12 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa göıə 130 (yüz otuz) manat, cəmi 260(iki yüz altmış ) manat sabit məbləğdə tutulan alimentin məbləği artırılaraq , hər ay, hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 manat alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək istəmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı Fikirət qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məhkəmə baxışına təyin edib, iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram göndərərək işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmənin başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçını dinləyib, iddia ərizəsini və ona əlavə edimiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırda məhkəməyə verilmiş “alimentin artırılması” tələbinə dair ərizə “Yaşayış Minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üzrə 246 manat uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artırılmasına istinad edilməklə əsaslandırılmış və iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-3-cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”. Həmin Qərarın 8.9-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Qərarın 8.9-2-ci bəndində göstərilmişdir ki, Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər, yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması qətnamənin icra qaydasında baxılır. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 232-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir. Məhkəmə ərizənin dəlillərini və yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi uşaqlar üçün 2025-ci il üzrə artırılmış yaşayış minimum məbləğinin artımına əsaslanır və iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır, bu səbəbdən mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin ərizəçinin diqqətinə çatdırılır ki, ərizədə göstərilən məsələ qətnamənin icrası qaydasında Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri ilə həll edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 261.0.1-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Fikirət qızının Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah olunur ki, qeyd edilən tələblə baglı qətnamənin icra qaydasında müraciət edə bilər. İddia ərizəsi ona əlavə olunmuş bütün sənədlərlə birlikdə onu vermiş şəxsə rəsmi qaydada geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar