Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-313/2025 07.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtonəqliyyat qəza hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “avtonəqliyyat qəza hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtinəqliyyat qəza hadisəsi nəticəsində dəymiş zərərin əvəzi olan 4250 (dörd min iki yüz əlli) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi “VAZ 2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Göygöl rayon ərazisində yol hərəkət qaydalarını pozması nəticəsində onun idarə etdiyi “MERSEDES SPRİNTER” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə qəza törətmişdir. Cavabdeh idarə etdiyi “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkət qaydalarını pozduğuna görə AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati məhsuliyyətinə cəlb edilmişdir. Qəza nəticəsində onun idarə etdiyi “MERSEDES SPRİNTER” markalı **-HZ-*** dövlət qeydiyyatlı nişanlı avtomaşına və avtomaşında olan meyvə məsuluna (üzüm) zərər dəymişdir. Onun idarə etdiyi “MERSEDES SPRİNTER” markalı **-HZ-*** dövlət qeydiyyatlı nişanlı avtomaşına dəyən zərərin bir qismi sğorta şirkəti tərəfindən ödənilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində o, avtomaşınla 3500 (üç min beş yüz ) kq üzüm məsulunu Gəncə şəhərinə aparmışdır. Qeyd etdiyi 3500 (üç min beş yüz ) kq üzüm məhsulunun 1700 (min yeddi yüz) kq-ı məhv olduğu üçün atılmışdır. O, cavabdehdən dəfələrlə 3500 (üç min beş yüz ) kq üzüm məsulunun 1700 (min yeddi yüz) kq-ı məhv olduğu üçün bazar qiymətinə uyğun 1 (bir) kq 2.50 (iki manat əlli qəpik) manat olmaqla cəmi 4250 (dörd min iki yüz əlli) manat dəyərinin ödənilməsini tələb etsə də, cavabdeh üzüm meyvəsi məhsuluna vurduğu zərərinin əvəzini ödəməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan sonra İddiaçı “iddia həcminin artırılması barədə” məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində avtomaşınına dəymiş zərəri qeyd etmədiyini, həmin zərərlə bağlı cavabdeh tərəfindən ona bu günədək heç bir ödəniş olunmadığını, həmin ziyanın məbləğinin 1700 manat təşkil etdiyini bildirərək hazırkı dəymiş ziyanla bağlı iddia ərizəsinin həcminin artırılmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, “X10” markalı **-HZ-*** avtomobil ilə Bakı şəhərinə mal apararkən Göygöl rayonunun Balçılı ərazisindəki dairədə “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 döngəni gözləmədən onun qarşısına çıxmış və onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində avtomobili ani saxladığı üçün avtomobildə olan üzüm yeşikləri qabağa sürüşərək bir-birinə dəyib əzilmiş, təxmini 130-140 üzüm yeşiyi yararsız hala gəlmişdir. Hadisə baş verəndən sonra o, atasına, dostlarına və malın sahibinə zəng edərək məsələni bildirmiş, həmin yerə fəhlələr gətirilərək üzüm yeşikləri seçdirilmiş, yararsız hala gəlmiş üzüm yeşikləri ucuz qiymətə bazarda satılmış, salamat olan üzümlər isə yeşiklərlə birlikdə digər avtomobilə yüklənərək təyinatı üzrə Bakı şəhərinə göndərilmişdir. Hətta Sığorta şirkəti avtomobili yoxlayan zaman üzüm yeşiklərinin qabağa sürüşməsi nəticəsində ön oturacaqların əyilməsi aşkar olunmuşdur. İddia tələbində göstərmiş olduqları 4250 manat pulun qəza nəticəsində avtomobildə olan mala, 1700 manat pulun isə avtomobilin özünə dəymiş zərərlə bağlı tələbləri olduğunu bildirdi. O, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı polis orqanına izahat vermişdir. Sığorta şirkəti dəymiş zərərlə bağlı ona 4550 (dörd min beş yüz əlli) manat pul ödəmişdir. Həmçinin sığorta şirkəti onlara qəza nəticəsində yalnız avtomobilə dəymiş zərəri ödəyəcəklərini bildirmiş, avtomobildə olan mala dəymiş zərərlə bağlı isə məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Qəza nəticəsində avtomobildə olan mala dəymiş zərərlə bağlı tək əldə edə biləcəkləri sübutun hadisə yerini çəkən kameradır. Onlar hadisə baş verəndən sonra saat 1-2-yə kimi orada üzüm seçmişlər. Göstərilənləri nəzərərə alaraq dəymiş zərərin ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (atası) Nümayəndə izahatında göstərdi ki, o, hadisə yerinə gələn zaman avtomobildə olan üzümlərin əzilməsinin şahidi olmuş, üzümə dəymiş zərərin qarşı tərəfin Sığorta şirkəti tərəfindən ödəniləcəyi onlara bildirilmişdir. Həmçinin polis əməkdaşı tərəfindən tərtib edilmiş 4 nömrəli forma arayışda avtomobildə olan 270 yeşik üzümün əzildiyi qeyd olunmuşdur. Onun avtomobilə yüklənmiş üzümə ümumilikdə 4000 (dörd min) manat xərci çıxmışdır, avtomobildə olan həmin süfrə üzümünün kiloqramının qiyməti 2 manatdan yuxarı olmuşdur. Avtomobildə ümumilikdə 270 yeşik üzüm olmuş, hər yeşiyin çəkisi isə 12-13 kiloqram olmuşdur. Qəza nəticəsində təxmini bir ton yeddi yüz kiloqram üzümləri yararsız hala gəlmişdir. Onlar yararsız hala gəlmiş üzümün yeşiyini 3-5 manatdan satmışlar, tam yararsız olanları isə çölə atmışlar. Yararsız halda olan üzümün satışından cəmi 300 manat pul əldə etmişlər. Onların avtomobilinə sadəcə üzüm yığılmış, həmin mallar sentyabr ayının 3-dən yola çıxmış, həmin ayın 3-4-nə isə mallar təhvil verilmişdir. Eyni zamanda mal az olduğu üçün əlavə 80 yeşik üzüm də yenidən Tovuz rayonundan götürülmüş və özlərində olan 140 yeşik üzümlə birlikdə Bakı şəhərində meyvəli bazarında şirkətə təhvil verilmişdir. Mallar “Sprinter” markalı avtomobillə daşınmışdır. Əlavə olaraq bildirdi ki, o, avtomobillərinə dəymiş zərərin sığorta şirkətindən tələb edilməsi ilə bağlı dəfələrlə Bakı şəhərinə getmiş, sığorta şirkəti hər dəfəsində ödənişi edəcəklərini bildirərək onları yubatmışdır. O, ilkin olaraq sığorta şirkətinin təklif etdiyi 4550 (dörd min beş yüz əlli) manat məbləğlə razılaşmasa da hadisənin baş verdiyi sentyabr ayının 2-dən bu yana uzun müddət keçdiyini və avtomobilin təmirə ehtiyacı olduğunu nəzərə alaraq çarəsiz şəkildə sığorta şirkətinin təklif etdiyi 4550 (dörd min beş yüz əlli) manat məbləğində ödənişlə razılaşmaq məcburiyyətində qalmışdır. Lakin, sığorta şirkətinin ödəmiş olduğu həmin məbləğ avtomobilə daymiş zərəri tam qarşılamamışdır. Cavabdehin təklif etdiyi 1000 (min) manat məbləğində ödənişə razı deyillər. İddia tələbinin təmin edilərək dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 izahatında göstərdi ki, yol nəqliyyat hadisəsi sentyabr ayının 2-si günü baş vermiş, hadisə nəticəsində onun ayağı əzilmiş, qulağının arxası zədələnmişdir. Hadisədən sonra analiz verilməsi ilə bağlı narkoloji xəstəxanaya aparılmış və beləcə hərə bir tərəfə dağılmışdır. Hadisə nəticəsində ayağının şişməsi səbəbindən yeriyə bilməmiş, 3-4 gün evdə qalmışdır. Həmin ərəfədə hadisə ilə bağlı heç bir səs-soraq çıxmamışdır. Aradan xeyli müddət keçəndən sonra yanvar ayının 14-ü günü məhkəmə bildirişi ilə tanış olmuş və hazırkı iddia ilə bağlı barəsində məhkəməyə müraciət olunması barədə xəbərdar olmuşdur. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəf sığorta şirkətinin vermiş olduğu məbləğlə razılaşmasa belə sığorta şirkəti rəsmi şəkildə avtomobilə dəymiş zərəri 4550 (dörd min beş yüz əlli) manat məbləğində müəyyənləşdirmişdir. Həmçinin iddiaçı qəza nəticəsində avtomobilində olan üzümə zərər dəydiyini bildirsə də, hadisə baş verəndən sonra saat bir radələrində o, həmin yoldan keçən zaman yol kənarında bir üzüm yeşiyi belə görməmiş, hadisə yerində olan tanışları üzüm yeşiklərinin başqa avtomobilə yığılaraq təyinatı üzrə daşındığını ona bildirmişlər. Həmçinin iddiaçı hadisə sonrası zəng edib malına dəymiş zərəri görməsi üçün onu dəvət edib həmin zərərlə bağlı ödənişi tələb etsə, o, həmin ödənişi etməkdən imtina edəcəyi halda, bununla bağlı məhkəməyə müraciət edə bilərdi, lakin iddiaçı bunların heç birini etməmiş, aradan xeyli vaxt keçəndən sonra hadisə nəticəsində malına dəymiş zərərlə bağlı onun barəsində məhkəmədə iddia qaldırmışdır. Bununla belə iddiaçıya köməklik məqsədilə 1000 (min) manat pul verə biləcəyini bildirmişdir. Əlavə olaraq maddi vəziyyətinin çətin olduğunu, atasına məxsus “VAZ 2107” markalı nəqliyyat vasitəsilə günlük qazanca işlədiyini bildirərək iddiaçıya dəymiş zərərlə bağlı köməklik məqsədilə, iddiaçı ilə aralarında olan məsələnin sülh yolu ilə yekunlaşması üçün 1000 manat məbləğində köməklik göstərə biləcəyini bildirərək, iddiaçının 1000 manat məbləğində sülh təklifi ilə razılaşmasını, razılaşmayacağı halda iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş TP seriyalı ******* nömrəli qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:00 da Cavabdeh “VAZ 2107” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İnzibati xətalar məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. BD seriyalı 111673 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2032-ci ilədək B1, B, C1, C kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. BB seriyalı 329567 nömrəli nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-HZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X4r. BC seriyalı 138546 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2033-cü ilədək B1, B, C1, C kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilmişdir. Gəncə şəhəri ASAN xidmət mərkəzi tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, ƏN- Vİ seriyalı, 806551 nömrəli, etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X1 Nicat Adil oğluna “X10” yük markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2033-cü ilədək idarə etmək səlahiyyətini etibar etmişdir. “Avtomotoservis və Ticarət” Gəncə müəssisəsinin 03 sentyabr 2024-cü il tarixli, rəyinin surətindən görünür ki, qəzaya uğramış “X10” yük markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sərbəst satış bazar qiymətləri ilə hesablanaraq cəmi 5953 (beş min doqquz yüz əlli üç) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “X10” yük markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 4550 (dörd min beş yüz əlli) manat zərərçəkmiş şəxs İddiaçı hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən 4550 (dörd min beş yüz əlli) manat sığorta ödənişi İddiaçı hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “X10” yük markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği görüləcək işlərlə birlikdə 4550 (dörd min beş yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:00-da Bakı-Qazax yolunun 374 kilometrliyində X2 Araz Həsən oğluna məxsus “VAZ 2107” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində İddiaçı idarə etdiyi “X10” yük markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi əzilmişdir. Məhkəmə baxışı araşdırması zamanı işin müəyyən edilmiş faktiki halı bundan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:00-da Bakı-Qazax yolunun 374 kilometrliyində X2 Araz Həsən oğluna məxsus “VAZ 2107” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində İddiaçı idarə etdiyi “X10” yük markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi əzilmişdir. Avtoqəza zamanı X8 təqsirli hesab edilmiş, "xxxx" ASC tərəfindən “X10” yük markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği görüləcək işlərlə birlikdə 4550 (dörd min beş yüz əlli) manat məbləğində müəyyən edilmiş və həmin məbləğ iddiaçıya ödənilmişdir. İddiaçı avtomobilinə daha çox zərər vurulduğunu və avtomobildə olan üzüm məhsuluna zərər vurulduğunu bildirərək hazırki tələbi irəli sürmüş, cavabdeh iddia tələbini qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1.15. sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir; 1.1.21. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 14.3.2.2. avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası əmlak sığortasına aiddir; İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunun: 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 13.5. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat sığortaçıya şifahi qaydada verildikdə, şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü müddətində sığortaçı yazılı sığorta tələbinin formasını sığorta olunana və (və ya) faydalanan şəxsə təqdim etməlidir. 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 15.2. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 15.3.2. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; 15.3.3. zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; 15.3.4. sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 16.3. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 16.4. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya qiymətləndirici vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. 20.6. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. 20.7. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı cavabdehin onun avtomobilinə sığorta məbləğindən daha çox zərər vurulmasını və həmin avtomobildə üzüm məhsuluna zərər vurulmasını iddia etsə də məhkəməyə iddia tələbini təsdiq edəcək sübutları təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bu hallarla bağlı mövqeyi qətidir. Belə ki, həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh İddiaçı avtomobilinə sığorta məbləğindən daha çox zərər vurulması və həmçinin üzüm məhsuluna zərər vurulması faktı öz təsdiqini tapmamış, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin avtonəqliyyat hadisə barədə "xxxx" ASCdən götürülmüş sənədlərdə “X10” yük markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği görüləcək işlərlə birlikdə 4550 (dörd min beş yüz əlli) manat məbləğində zərər vurulduğu müyyən edilməsinə baxmayaraq, avtomobilə daha çox zərər vurulması və avtomildə üzüm məhsuluna zərər yetirilməsi müəyyən edilməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin məhkəmə baxışı zamanı iddiaçı ona sığorta məbləğindən artıq zərər vurulmasına dair tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş və hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu 72 manat iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “avtonəqliyyat qəza hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-313/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-313/2025
07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver