Məhkəmə qərarları › İş №2(066)-334/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-334/2023

13.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-334/2023 13.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Göygöl Rayon Məhkəməsi Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 07 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq 220 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş.Məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddia ərizəsini müdafiə etdiyini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-279/2019 nömrəli qətnaməsinə əsasən 07 oktyabr 2015-ci il təvəllüdlü oğlu X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay sabit məblğdə 125 manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinin qərara alındığını, hər ay bir uşaq üçün təyin olunmuş 125 manat alimentin hazırki şəraitdə uşağın saxlanması üçün yetərli olmadığını, ərzaq məhsullarının, uşağın geyim paltarlarının və gündəlik tələbat mallarının qiymətləri qalxdığından, cavabdehin ödədiyi alimentin uşağın heç minimum tələbatlarını da ödəmədiyini, maddi vəziyyətinin aşağı olduğunu bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş etiraz ərizisində Cavabdeh göstərmişdir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-279/2019 nömrəli qətnaməsi ilə 07 oktyabr 2015-ci il təvəllüdlü oğlu X1 üçün ondan İddiaçınin xeyrinə hər ay 125 manat aliment qət olunmuşdur. Həmin alimenti hər ay vaxtlı vaxtında ödəyə bilmir. İddiaçı onun ağır dərəcəli ürək xəstəsi olduğunu bildiyi halda alimentin məbləğinin artırılması barədə iddia qaldıraraq ondan 220 manat məbləğində aliment tələb etmişdir. İddia ilə razı deyil. İddiaçının özü 600 manat əmək haqqı alır.xx.xx.2023-cü il tarixdə o, açıq ürək əməliyyatı olunacaq. İş qabiliyyəti olmadığından nə alimenti nədə əlavə artırılacaq alimenti verə bilməyəcək. Xəstəliyini nəzərə alıb işə onun iştirakı olmadan baxılıb iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsinə əlavə etdiyi sənədlərdən eləcədə N.Tusi adina klinika MMC-nin ”rəngli doppler exokardioqrafiyasından görünür ki, Cavabdeh sol mədəciyin nəzərə çarpan konsentrik hipertrofiyası, sol mədəciyin relaksativ tip diastolik disfunksiyası və minimal mitral çatmamazlığı xəstəliyindən əziyyət çəkir. İşdə olan “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ 687198 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 07 oktyabr 2015-ci ildə anadan olmuş X3 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İşdə olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-279/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, 07 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə bir uşaq üçün tutulan 100 (bir yüz) manat alimentin miqdarı artırılaraq 125 (bir yüz iyirmi beş) manat müəyyən edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşağın hüququnu müdafiə edən Qanun normalarını əsas götürüb İddiaçı iddia tələbini qismən təmin edərək hər ay bir uşaq üçün təyin edilmiş 125 (bir yüz iyirimi beş) manat, alimentin miqdarının artırılaraq hər ay 160 (bir yüz altmış) manat müəyyən edilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 07 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 125 (bir yüz iyirimi beş) manat alimentin miqdarı artırılaraq 160 (bir yüz altmış) manat müəyyən edilməli və alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 13 mart 2023-cü il tarixli, 2(066)-334/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. İddianın qalan hissəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 07 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 125 (bir yüz iyirmi beş) manat alimentin miqdarı artırılaraq 160 (bir yüz altmış ) manat müəyyən edilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh X2 dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra 22 fevral 2019-cu il tarixli, 2(066)- 279/2019 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatina xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar