Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-336/2023 09.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı Cababdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında 09 mart 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(066)-1042/2018 saylı qətnaməsi ilə uşaqları 06 may 2007-ci ildə anadan olmuş X4 və 01 arqust 2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün tutulub ona verilməsi qət edilmiş 120 manat, cəmi 240 manat alimentin məbləğinin artırılaraq 220 (iki yüz iyirmi) manata. cəmi 440 (dörd yüz qırx) manata çatdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, Göygöl rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(066)-1042/2018 saylı qətnaməsi ilə 06 may 2007-ci ildə anadan olmuş oğlu X4 və 01 arqust 2009-cu ildə anadan olmuş oğlu X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər bir uşağa görə hər ay 120 manat olmaqla cəmi 240 manat məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Cavabdeh uşaqlarının saxlanılmasına heç bir maddi dəstək göstərmir. O uşaqlarını maddi çətinliklə saxlayır. Odur ki,Göygöl rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(066)-1042/2018 saylı qətnaməsi ilə uşaqları Səidin və Fəridin saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün tutulub ona verilməsi qət edilmiş 120 manat, cəmi 240 manat alimentin məbləğinin artırılaraq ayda hər uşaq üçün 220 (iki yüz iyirmi) manata, cəmi 440(dörd yüz qırx) manata çatdırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Göygöl rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən uşaqları Səidin və Fəridin saxlanılmaları üçün hər ay cəmi 240 manat aliment ödəyir .İş yeri olmadığına görə, maddi tələbatını ödəmək üçün gündəlik fəaliyyəti ilə məşğul olur qazancı aya 200- 250 manat təşkil edir.İddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur cəmi 260 manat aliment verə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş AZE seriyalı 12845997 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 06 may 2007-ci ildə anadan olmuş Novruzov Səidin atasi Cavabdeh anası isə Novruzova Xəyalədir. İşə əlavə edilmiş AZE seriyalı 12845993 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 06 may 2007-ci ildə anadan olmuş Novruzov Fəridin atasi Cavabdeh anası isə Novruzova Xəyalədir. İş materiallarına əlavə edilmiş qətnamənin sürətindən görünür ki, Göygöl rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(066)-1042/2018 saylı qətnaməsi ilə 06 may 2007-ci ildə anadan olmuş X4 və 01 avqust 2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi hər birinin saxlanılması üçün 16 may 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit məbləğdə 120 manat olmaqla cəmi 240 manat aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı müraciət etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası xərci olaraq 50 manat ödənilmişdir. İşdə olan ərizədən görünür ki, Cavabdeh etiraz ərizəsində iş yeri olmadığını, maddi tələbatını ödəmək üçün gündəlik fəaliyyəti ilə məşğul olduğunu və qazancınin aya 200-250 manat təşkil etdiyini, gücü çatan səviyyədə ailəsini dolandırdığı, iddiaçının ailədə müəyyən problemlərin olmasını bildiyini göstərib uşaqlarının saxlanılması üçün verdiyi cəmi 240 manat alimentin artırılaraq 260 manat olması barədə qətnamə qət olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın Maqsimum dərəcədə cəmiyyətdə normal inkişafına tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcldərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatının artmasını və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq, cavabdehin gəliri barədə məhkəməyə rəsmi məlumat təqdim edilmədiyindən iddianın qismən təmin edilərək uşaqların saxlanılması üçün alimentin miqdarının artırılaraq sabit məbləğdə hər bir uşağa 160 manat olmaqla cəmi 320 manat aliment qət edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, Göygöl rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(066)- 1042/2018 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən məhkəmə aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq Respublika büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Göygöl rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(066)-1042/2018 saylı qətnaməsi ilə 06 may 2007-ci ildə anadan olmuş X4 və 01 arqust 2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Verdiyeva (Novruzova) Xəyalə Saləddin qızının xeyrinə tutulan alimentin məbləği artırılaraq hər uşağa görə hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirimi) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra 07 iyun 2018-ci il tarixli, 2(066)- 1042/2018 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatina xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-336/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-336/2023
09.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver