Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-338/2023 31.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması, əlavə xərclərə cəlb olunması və əlavə xərclərin tutulması tələbinə dair mülki işə məhkəmənin binasında 31 mart 2023cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması, əlavə xərclərə cəlb olunması və əlavə xərclərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin gəlirləri dəyişkən və qeyri müəyyən olduğuna görə himayəsində olan oğulları xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün onun xeyrinə cavabdehin gəlirlərindən (qazancından) hər uşağa görə hər ay Göygöl Rayon Məhkəməsinin qətnaməsinə əsasən 130 manat tutulması müəyyən olunmuş sabit məbləğdə alimentin miqdarının artırılaraq hər uşaq üçün hər ay 225 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin cavabdehin gəlir və qazancından onun xeyrinə tutulması barədə və həmçinin xəstə olan xx.xx.2012-ci il təvəllüdlü X10 xəstəlik və müalicə üçün çəkdiyi 1700 manat əməliyyat və müalicə xərcinə, 200 manat yol xərcinə görə cavabdehin əlavə xərcə cəlb olunması və həmin pulun cavabdehdən alınıb ona ödənilməsi barədə və həmçinin mediasiya üçün ödədiyi 50 manat xidmət haqqının və məhkəmə üçün ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh ilə 29 may 2012-cu il tarixdə məhkəmə qətnaməsi ilə nikah qeydiyyatları pozulmuşdur. Cavabdehlə birgə nikahlarından olan övladları xx.xx.2007-ci il təvvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Göygöl rayon Məhkəməsinin müvafiq sonuncu qətnaməsinə əsasən hər uşağa, hər ay 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. Belə ki, 2021-ci ildən aliment üzrə uşaqlar üçün yaşayış minumu 175 manat müəyyən edilmişdir. 2022-ci il tarixdə isə uşaqlar üçün yaşayış minumumu 195 manat müəyyən edilmişdir. Uşağın saxlanılması üçün hazırda cavabdehin ödədiyi aliment həddən artıq azdır və yaşayış minumu haqqında qanunun qoyduğu tələblərə tamamilə ziddir. İddiaçı övladlarının saxlanılması üçün hər ay 200 manatdan çox pul xərcləyir. Başqa bir tərəfdən isə uşaq üçün çəkilən bütün əlavə xərcləri də o, çəkir. Uşağın məktəb xərclərini, geyimlərini, xəstəlik xərclərini və digər əlavə xərcləri də o, təkbaşına çəkməli olur. Cavabdeh heç bir əlavə xərcə ona köməklik etmir və heç bir maddi köməklik göstərmir. Cavabdeh əmək qabiliyyətlidir və aliment ödəmək iqtidarındadır, ara işləri ilə və fərdi əməklə məşğul olur. Son vaxtlar isə bildiyinə görə hansısa özəl mühafizə şirkətində işləyir. Hazırki iddia üzrə o, cavabdehi könüllü şəkildə əlavə xərclərə cəlb etdirə bilmədiyinə görə məcbur qalıb ona qarşı, həm alimentin miqdarının artırılması və əlavə xərclərin cavabdehdən alınıb ona verilməsi barədə iddia qaldırmalı olur. Özü oğulları X6 dodaq damaq yarığı müalicəsi əməliyyatı üçün 1000 manat əməliyyat olunması üçün ödəmişdir. Həmçinin "Dentalife" xəstəxanasında oğlunun əməliyyatı və müalicəsi həyata keçirilmiş, həmin klinika Bakı şəhərində yerləşir və ümumilikdə oğlunun müalicəsi üçün 1000 manatdan əlavə 700 manat da pul xərcləmişdir. Ümumilikdə həmin xəstəxanaya uşağın xəstəliyinə görə 1700 manat pul keçirtmişdir. Göygöl şəhərindən Bakı şəhərinə avtobuslar adamın birini 8 manata aparırlar və bəlkə də 10 dəfə Bakı şəhərinə gedib gəlmiş, hal-hazırda övladları Elxan Hümbətovun sağlamlıq vəziyyəti belədir ki, uşaqda dovşan dodaxlılıq xəstəliyi var. İddiaçı bütövlükdə uşağın xəstəliyi ilə bağlı yol xərci, müayinə, dərman və müəyyən tibbi preparatların əldə edilməsi ilə birlikdə hər ay davamlı olaraq xərc çəkir və davamlı olaraq pul xərcləyir. Lakin bu xərclərdə cavabdeh iştirak etmir və ya etmək istəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X15 məhkəməyə verdiyi izahatında iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ seriyalı 919134 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X4 birgə nikahından 19 avqust 2012-ci il təvəllüdlü X14 anadan olmuşdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X7 arasında olan nikah ləğv edilmişdir. İşdə olan Göygöl Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(066)-402/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 02 avqust 2007-ci ildə anadan olmuş X5 və 19 avqust 2012-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit məbləğdə 120 manat olmaqla cəmi 240 manat müəyyən edilmişdir. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(104)- 3181/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh 02 avqust 2007-ci ildə anadan olmuş X5 və 19 avqust 2012-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit məbləğdə 130 manat olmaqla cəmi 260 manat müəyyən edilmiş və uşaqların müayinə və müalicəsi üçün İddiaçı xərclədiyi 1400 manat məbləğində pulun 700 manatı Cavabdeh tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatının 20 iyul 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci ödəmişdir. İşdə olan Bakı Baş Səhiyyə İdarəsinin “X17” Üz-çənə cərrahiyə şöbəsinin xx.xx.2014-cü il tarixli epikrizindən görünür ki, X11 iki tərəfli alveol çıxıntısının sərt və yumşaq damağın tam yarığı diaqnozu qoyulmuşdur. İşdə materiallarında olan Dentalife MMC-nin xx.xx.2021-ci il tarixli pasient ödəniş kartından görünür ki, 19 avqust 2012-ci il təvəllüdlü X10 dodaq-damaq yarığı müalicəsi üçün xüsusi funksional aparatlar təyin olunmuş və pasient ödənişin müəyyən olunmuş hissəsini (1000 azn) ödəmiş, qalan hissəsi növbəti ayda ödəniləcək İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Denta Life MMC-nin hesabına 1000 (min) manat ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı tərəfindən təqdim edilmiş qəbzdən göründüyü kimi uşağın müalicəsi üçün onun tərəfindən 1000 manat xərc çəkilmişdir. Cavabdeh isə uşağın müalicəsinə sərf olunan həmin xərclərdə iştirak etməmişdir. Məhkəmə hesab edir ki, müalicə üçün çəkilmiş xərclərə sərf olunan pulun yarısı, yəni 500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmaları üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmaları əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşağın hüququnu müdafiə edən Qanun normalarını və uşağın müalicə və müayinə olunması üçün müntəzəm olaraq xərclərin tələb olunmasını əsas götürüb İddiaçı iddia tələbini qismən təmin edərək Cavabdeh 02 avqust 2007-ci il təvəllüdlü X8 və 19 avqust 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün təyin edilmiş 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat məbləğdə müəyyən edilməklə İddiaçı xeyrinə ödənilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 02 avqust 2007-ci il təvəllüdlü X8 və 19 avqust 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün təyin edilmiş 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat məbləğdə müəyyən edilməli, uşaqların müayinə və müalicəsi üçün İddiaçı xərclədiyi 1000 (bir min) manat məbləğində pulun 500 (beş yüz) manatı, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməli və artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 31 mart 2023-cü il tarixli, 2(066)-338/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddianın qalan hissəsi isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 avqust 2007-ci il təvəllüdlü X8 və 19 avqust 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün təyin edilmiş 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat məbləğdə müəyyən edilsin. Uşaqların müayinə və müalicəsi üçün İddiaçı xərclədiyi 1000 (bir min) manat məbləğində pulun 500 (beş yüz) manatı, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 31 mart 2023-cü il tarixli, 2(066)-338/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-338/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-338/2023
31.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver