Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-342/2023 14.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi və məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-İddiaçı ASC) X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, GTZK4577393A299 saylı kredit müqaviləsinə əsasən 4720.97 AZN əsas, 442.42 AZN faiz, cəmi 5163.39 AZN borc, xx.xx.2021-ci il tarixli, BBUM4414784A299 saylı kartına dair müqaviləyə əsasən 450.74 AZN əsas, 132.02 AZN faiz, cəmi 582.76 AZN borcun və ödənilmiş 77.46 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı ASC-nin problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi tərəfindən 13 mart 2023-cü ildə məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edilməsini, qeyd olunanların nəzərə alınaraq bu iş üzrə bütün məhkəmə iclaslarında iştirakları olmadan baxılması və iddialarının tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 tərəfindən 12 aprel 2023-cü il tarixdə məhkəməyə teleqram daxil olmuşdur. Həmin teleqramda göstərmişdir ki, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmir. Çıxarılan qərarla razıdır. Ona görə də məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X4 arasında elektron qaydada bağlanmış bağlanmış xx.xx.2021-ci il tarixli, GTZK4577393A299 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 5000 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə cavabdeh X4 arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli BBUM4414784A299 saylı Kredit müqaviləsinə əsasən ona 500 AZN məbləğində kredit xətti açılmışdır. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdein elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2021-ci il tarixli, GTZK4577393A299 saylı kredit müqaviləsinə əsasən 4720.97 AZN əsas, 442.42 AZN faiz, cəmi 5163.39 AZN borcu və xx.xx.2021-ci il tarixli, BBUM4414784A299 saylı kredit kartına dair müqaviləyə əsasən 450.74 AZN əsas, 132.02 AZN faiz, cəmi 582.76 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTZK4577393A299 nömrəli Kredit müqaviləsindən görünür ki, illik 15 % olmaqla, cəmi 5000 (beş min) manat məbləğində kredit 35 ay müddətinə ödəmək şərti ilə gündəlik tələbat məqsədilə borcluya verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BBUM4414784A299 nömrəli Birkart Umico kredit müqaviləsindən görünür ki, 500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X2 xx.xx.2021-ci il tarixli, GTZK4577393A299 saylı kredit müqaviləsinə əsasən 4720.97 AZN əsas, 442.42 AZN faiz, cəmi 5163.39 AZN və xx.xx.2021-ci il tarixli, BBUM4414784A299 saylı kartına dair müqaviləyə əsasən 450.74 AZN əsas, 132.02 AZN faiz, cəmi borcu 582.76 AZN təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildiriş məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, qeyd olunan cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, cavabdeh X4 götürdüyü kredit vəsaitindən istifadə etməsinə baxmayaraq, İddiaçı ASC ilə bağladıqları kredit müqaviləsinin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli, GTZK4577393A299 saylı kredit müqaviləsinə əsasən 4720.97 AZN əsas, 442.42 AZN faiz, cəmi 5163.39 AZN borcu və xx.xx.2021-ci il tarixli, BBUM4414784A299 saylı kartına dair müqaviləyə əsasən 450.74 AZN əsas, 132.02 AZN faiz, cəmi 582.76 AZN məbləğində borcu ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanuni və əsaslı olduğuna görə iddia təmin edilməli, cavabdeh X1 xx.xx.2021-ci il tarixli, GTZK4577393A299 saylı kredit müqaviləsinə əsasən 4720.97 AZN əsas, 442.42 AZN faiz, cəmi 5163.39 AZN borc, xx.xx.2021-ci il tarixli, BBUM4414784A299 saylı kartına dair müqaviləyə əsasən 450.74 AZN əsas, 132.02 AZN faiz, cəmi 582.76 AZN borc və ödənilmiş 77.46 AZN dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 77.46 (yetmiş yeddi manat 46 qəpik) manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 77.46 (yetmiş yeddi manat 46 qəpik) manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2021-ci il tarixli, GTZK4577393A299 saylı kredit müqaviləsinə əsasən 4720.97 AZN əsas, 442.42 AZN faiz, cəmi 5163.39 AZN borc, xx.xx.2021-ci il tarixli, BBUM4414784A299 saylı kartına dair müqaviləyə əsasən 450.74 AZN əsas, 132.02 AZN faiz, cəmi 582.76 AZN borc və ödənilmiş 77.46 AZN dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-342/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-342/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver