Məhkəmə qərarları › İş №2(066)-344/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-344/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-344/2023 15.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə müki işə Göygöl şəhərində 15 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia qaldıraraq ərizəsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK5043906A206 saylı kredit müqaviləsinə əsasən cavabdehə 83 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 7663.69 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müdddətə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsədə bu öhdəliyi lazımı qaydada yerinə yetirmədiyini və banka olan borcunu qaytarmadığını, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsədə cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli RGTK5043906A206 saylı kredit müqaviləsinə əsasən 7627.16 AZN əsas, 877.92 AZN faiz, cəmi 8505.08 AZN borcu yarandığını göstərib, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7627.16 AZN əsas, 877.92 AZN faiz, cəmi 8505.08 AZN pul vəsaitinin və ödənilmiş 105.05 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmaını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2022-ci il tarixli RGTK5043906A206 saylı kredit müqaviləsinə əsasən 83 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 7663.69 AZN məbləğində kredit götürmüşdür. Krediti götürərkən Hərbidə işləyirdi. İşlədiyi müddətdə krediti ödəyirdi. Sonradan işdən çıxdığına görə ödəniş edə bilməmişdir. Maddi imkanı ilə əlaqədar olaraq borcunu ödəyə bilmir. İddianın təmin edilməsinə etirazı yoxdur. Mülki işə əlavə edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK5043906A206 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 83 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 7663.69 AZN məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli RGTK5043906A206 saylı saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə 47627.16 AZN əsas, 877.92 AZN faiz, cəmi 8505.08 AZN borcu yaranmışdır. İşə əlavə edilmiş ödəmə tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə xərcləri üçün 105.05 (yüz beş manat beş qəpik) AZN dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə toplanmış sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli RGTK5043906A206 saylı kredit müqaviləsinə əsasən 83 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə Cavabdeh 7663.69 AZN kredit verilmişdir. Cavabdeh hazırkı vaxtadək kredit müqavilələri üzrə əsas və faiz borcunu ödəməmiş, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də iddiaçı təşkilat hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 445.1. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1. maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3 maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəllənin 466.2.3 maddəsinə görə öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə görə kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Proses Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli RGTK5043906A206 saylı kredit müqaviləsinə əsasən 7627.16 (yeddi min altı yüz iyirmi yeddi manat, on altı qəpik) AZN əsas, 877.92 (səkkiz yüz yetmiş yeddi manat, doxsan iki) AZN faiz, cəmi 8505.08 (səkkiz min beş yüz beş manat, səkkiz qəpik) AZN pul məbləğində pul vəsaiti və 105.05 (bir yüz beş manat beş qəpik) AZN dövlət rüsumu alınıb, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar