Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-345/2025 23.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Şamil oğlunun cavabdehlər Cavabdeh1, X2 qarşı “vurulan zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyənetdim: İddiaçı Şamil oğlu cavabdehlər Cavabdeh1, X2 qarşı “vurulan zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X1 üç ildə 22500 (iyirmi iki min beş yüz) manat ziyanın ödənməsi, Cavabdeh1 qarşı xüsusi qərardad çıxarılması, o asan imzadan istifadə etmədiyi üçün məlumatların poçt vasitəsilə verilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi məhkəmədə öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə verilərkən qanunvericiliyin tələbinə uyğun məbləğdə dövlət rüsumu ödənilməmiş, iddiaçı iddia ərizəsində Qarabağ və Əfqanıstan müharibə veteranı olmasını, Çernobil qəzasının ləğvinin iştirakçısı İİ qurup əlil olmasını qeyd etsə də bununla bağlı ərizəsinə hər hansı sübut əlavə edilməmişdir. Həmçinin iddia ərizəsində qoşma kimi göstərilmiş vəsiqələrin surətini ərizəyə əlavə edilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Qanunun 1.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 8.1.2-ci maddəsində qeyd edilmişdir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmçinin qiymətləndirilməyən iddia olduğu halda 100 manat dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə və iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik normalarına əsasən hesab edirəm ki, ərizəçi mövcud ərizə üzrə qanunla müəyyən olunmuş dövlət rüsumunu ödəmədiyindən və həmin dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçı Şamil oğlunun cavabdehlər Cavabdeh1, X2 qarşı “vurulan zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdirlər. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-345/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-345/2025
23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver