Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-350/2023 15.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında 15 mart 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 yekinlik yaşına çatana kimi saxlanması üçün ödənilən 50 manat aliment hissəsinin artırılaraq bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləği miqdarında olması və mediasiyaya ödədiyi 50 manat pulun ona ödənilməsi barədə qət edilməsini edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh ilə 2008-ci ilin oktyabr ayının 23-ü günündə qeydiyyat orqanlarında nikahlarını qeyd etdirmədən ümümi təsərrüfat aparmaqla və birgə yaşamaqla ailə həyatı sürmüşlər. Cavabdehlə nikahları sonradan qeydə alınıb. Cavabdehlə qeyri rəsmi nikahdan xx.xx.2010-ci il tarixdə X3 anadan olmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra onunla yola getməmiş, mütəmadi olaraq ailədə narazılıqların yaranmasında səbəbçi cavabdeh olmuşdur. Bu səbəbdən cavabdehlə bir yerdə yaşamaları baş tutmamışdır. Aralarında olan nikah əlaqələri faktiki olaraq 2012-ci ilin may ayının 17 günündən tam kəsilmişdir. Göygöl rayon Məhkəməsinin 2(066)-479/2011-saylı, 01 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə, Cavabdeh xx.xx.2010-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 11 avqust 2011-ci il tarixdən başlayaraq hər ay bir uşağa görə 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. Azyaşlılar normal böyüyǝrǝk, cəmiyyətə layiqli vətəndaş kimi yetişməsi üçün yaxşı qidalanmalı, geyimləli və digər xərcləri təmin olunmalıdar. Özünün ailəsi aztəminatlı kateqoriyasına aiddir. Bu və digər səbəblərdən azyaşlının gündəlik tələbatlarını ödəyə bilmir. hal-hazırda cavabdehin əvvəlki aliment borcundan 4200 manat aliment borcu yığılmışdır. Fevral ayında buna görə onu 10 gün həbs ediblər. Özü Göygöl rayon Xəqani kəndində musiqi məktəbində kargüzar işləyir və 166 manat əmək haqqı alır. Cavabdeh isə azyaşlı Nihanın saxlanması üçün heç bir köməklik etmir. Bununla bağlı o, Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, cavabdeh mediasiya xidmətinə gəlməmiş və aliment verməkdən imtina etmişdir. Ona görə ilkin mediasiya keçirilib və bu barədə arayış verilmişdir. Göstərdiklərinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatının 23 yanvar 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 473829 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02 iyul 2010-cu ildə anadan olmuş X2 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İş materiallarında olan AA saylı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Əlsəgər qızı xx.xx.1985-ci ildə anadan olmuşdur. İşdə olan Göygöl Rayon Məhkəməsinin 01 sentyabr 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 02 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 avqust 2011-ci ildən başlayaraq Cavabdeh sabit məbləğdə 50 (əlli) manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmaları üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmaları əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşaqların hüquqlarını müdafiə edən Qanun normalarını əsas götürüb İddiaçı iddia tələbini qismən təmin edərək Cavabdeh 02 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 50 (əlli) manat təyin edilmiş alimentin məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat müəyyən edilməklə İddiaçı xeyrinə ödənilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 02 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün 50 (əlli) manat təyin edilmiş alimentin məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat məbləğdə aliment müəyyən edilməli, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 15 mart 2023-cü il tarixli, 2(066)-350/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddianın qalan hissəsi isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün 50 (əlli) manat təyin edilmiş alimentin məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat məbləğdə aliment müəyyən edilsin və iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 15 mart 2023-cü il tarixli, 2(066)-350/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-350/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-350/2023
15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver