Məhkəmə qərarları › İş №2(066)-355/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-355/2024

15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-355/2024 15.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X12 Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(066)-648/2022 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göygöl Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(066)-940/2021 nömrəli qətnaməsi əsasında Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək, hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində tutulan aliment yetkinlik yaşına çatmayan uşaqların tələbatını tam ödəmədiyini nəzərə alıb, həmin alimentin miqdarı artıraraq, birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X4 xx.xx.2012-ci il təvəlüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və eləcə də ödənilmiş ilkin mediasiya keçirilməsi üçün 55 (əlli beş) manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinin (hakim Qələmdar Abbasov) 25 avqust 2021- ci il tarixli, 2(066)-940/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 06 mart 2006-cı il tarixdə Xanlar rayon VVADQ şöbəsində rəsmiləşdirilmiş 43 nömrəli nikah akt qeydi pozulmuş, birgə nikahdan olan 20 avqust 2005-ci il təvəllüdlü X6, 16 avqust 2009-cu il təvəllüdlü X7 və 28 aprel 2012-ci il təvəllüdlü X8 anaları, yəni İddiaçı yanında saxlanılması, 20 avqust 2005-ci il təvəllüdlü X1, 16 avqust 2009-ci il təvəllüdlü X4 və 28 aprel 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 130 (yüz otuz) manat olmaqla cəmi 390 (üç yüz doxsan) manat sabit məbləğdə aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(066)-648/2022 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2005-ci il təvəllüdlü X1, xx.xx.2009- cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göygöl Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(066)- 940/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat məbləğində müəyyən edilmiş və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqların atasına qarşı qarşı ehtiyac və təlabat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Odur ki, iddiaçı hazırda Göygöl Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(066)-648/2022 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəlüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göygöl Rayon Məhkəməsini 25 avqust 2021-ci il tarixli, 2(066)-940/2021 nömrəli qətnaməsi əsasında hazırda Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 manat alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək istəmişdir. Lakin "alimentin miqdarının artırılması" barədə mübahisəyə məhkəməyə iddia ərizəsi verməmişdən əvvəl iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinə əlavə olunmuş 7-1-ci maddəsinə əsasən 2024-cü ilin yanvar ayının 07-də Gəncə 1-saylı Mediasiya Təşkilatına müracət etməli olmuşdur. İddiaçı "Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı" ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci ödəmişdir. Gəncə 1 saylı Mediasiya Təşkilatınnın mediatoru X10 tərəfindən mediasiya reyestrində qeydiyyat nömrəsi M-00185, ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞG/1-00051 nömrəli (Mediasiya Şurası №0020074) arayış iddiaçıya verilmişdir. Buna görə də İddiaçı "aliment miqdarının artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin yüksək qazanc əldə etməsi ilə bağlı heç bir sübutu yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olaraq hər ay 400 manata yaxın gəl əldə edir, ikinci dəfə ailə qurmuş, anası və atası xəstə qoca olmaqla xəstədirlər. Ailəsinin yeganə qazanc gətirən şəxsdir. Təyin edilmiş alimentin 10 manat artırılmasına etiraz etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə doğulmuşdur. İşdə olan İV-MY seriyalı, 715488 nömrəli, 08 sentyabr 2009-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 (Atası Cavabdeh, anası İddiaçı) xx.xx.2009-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2009-cu ilin sentyabr ayının 08-ci günündə 1996 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universiteti tərəfindən verilmiş ə/570 nömrəli, 03 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, X6 universitetin əyani şöbə üzrə riyaziyyat müəllimliyi ödənişli ixtisasının ikinci kurs tələbəsidir. İşdə olan Göygöl rayon Qeydiyya şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 817207 nömrəli, 17 may 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 (Atası Cavabdeh, anası İddiaçı) 28 aprel 2012-ci il tarixdə Göygöl şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2012-ci ilin 05-ci ayının 17-ci günündə 299 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-648/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiаnın qismən təmin edilməsi, 20 avqust 2005-cı il təvəllüdlü X6, 28 aprel 2012-ci il təvəllüdlü X8 və 16 avqust 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Göygöl Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(066)-940/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat məbləğində müəyyən edilməsi və qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Göygöl Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(066)-648/2022 nömrəli qətnaməsi ilə 20 avqust 2005-cı il təvəllüdlü X6, 28 aprel 2012-ci il təvəllüdlü X8 və 16 avqust 2009cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla cəmi 450 manat miqdarında aliment tutulması qət edilmiş, uşaqlardan biri artıq yetkinlik yaşına çatmışdır. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş hər ay hər uşaq üçün 150 manat məbləğdə aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən 150 manat məbləğində aliment xx.xx.2020-cı il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 03 ildən artıq müddət keçmiş, yaşayış minimumu, uşaqlar böyüdükcə onların tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Pünhan və xx.xx.2012-ci il təvəllüdlü Aydan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-648/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və artırılmış hissədə alimentin illik məbləği, həmçinin iş üzrə iddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 55 (əlli beş) manat məbləğində mediasiya dair xərci ödəməsi nəzərə alınmalı, cavabdehdən 55 (əlli beş) manat məbləğində mediasiya dair xərc tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-648/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2009-cu il təvəllüdlü Pünhan və xx.xx.2012-ci il təvəllüdlü Aydan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün atası Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, ana İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 55 (əlli beş) manat mediasiya xərci tutularaq iddiaçı X2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev İş № 2(066)-355/2024 ÇİXARİŞ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsi X12 Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-648/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2009-cu il təvəllüdlü Pünhan və xx.xx.2012-ci il təvəllüdlü Aydan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün atası Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, ana İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 55 (əlli beş) manat mediasiya xərci tutularaq iddiaçı X2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar