Məhkəmə qərarları › İş №2(066)-37/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-37/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-37/2024 30.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi Qənizadə İlham İbadət oğlunun katibliyi və iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «Kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə» dair iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin nümayəndəsi Priyeva Türkan lham qızı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7046,71 ABŞ dolları əsas, 2772,96 ABŞ dolları faiz borcu olmaqla cəmi 9519,66 ABŞ dolları və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumuna görə 138,96 manat pulun tutularaq, iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edib izahat verərək bildirdi ki, iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyəti ilə Məmmədov Elşən Bayram oğlu arasında bağlanmış 24 dekabr 2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən 300000 manat məbləöində 48 ay müddətinə kredit xətti ayrılmış və 28 oktyabr 2014-cü il tarixli 2434micGNDJ/14 saylı kredit müqaviləsinə əsasən Məmmədov Elşən Bayram oğluna 24 ay müddətinə, 28 oktyabr 2014-cı il tarixədək, illik 27% ödəmək şərtilə 12500 (on iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. X5 Bayram oğlu 14 iyun 2017-ci il tarixdə ölmüş, Elektron Xitmətlər barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vərəsəlik işlərinin açılması barədə portalda qeyd edilən iş üzrə vərəsəlik işinin açılıb, açılmaması yoxlanılmış və vərəsəlik işi açılması müəyyən edilmişdir. Vərəsələrin dairəsinin müəyyən edilməsi barədə Gəncə regional “Asan Xitmət” Mərkəzinin notariat ofisinə sorğu göndərilmiş və sorğuya imtina cavabı verilmişdir. Gəncə regional “Asan Xitmət” Mərkəzinin notariat ofisinin Göygöl Rayon Məhkəməsinə göndərilmiş cavab nəktubundan isə məlum olmuşdur ki, Məmmədov Elşən Bayram oğlunun vərəsəsinin Cavabdeh olması məlum olmuşdur. X5 Bayram oğlunun isə 20 iyul 2023-cü il tarixə olan borcu 7046,71 ABŞ dolları əsas, 2772,96 ABŞ dolları faiz borcu olmaqla cəmi 9519,66 ABŞ dolları təşkil edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədi və göstərdi ki, Cavabdeh hazırkı iddia tələbi üzrə kredit müqaviləsinə aidiyyəti yoxdur. Belə ki, 28 oktyabr 2014-cü il tarixli 2434micGNDJ/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əri Məmmədov Elşən Bayram oğluna 24 ay müddətinə, 28 oktyabr 2016-cı il tarixədək, illik 27% ödəmək şərtilə 12500 (on iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatçısı olaraq 2 nəfərlə zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilənin müddəti 28 oktyabr 2014-cü il tarixdə bitmiş olsda Məmmədov Elşən Bayram oğlu 14 iyun 2017-ci il tarixdə ölmüş, kredit öhdəliklərinə əməl etməmiş olsa da həmin müddətə qədər onun barəsində iddia qaldırılmamışdır. İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin isə zaminlərə qarşı iddiası üzrə Göygöl Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi müddətin keçməsi səbəbindən təmin edilməmişdir. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Prezdentinin 28 fevral 2019-cu il tarixli Problemli Kreditlərin həlli ilə bağlı olan fərmanına əsasən Məmmədov Elşən Bayram oğlu 28 oktyabr 2014-cü il tarixli 2434micGNDJ/14 saylı kredit müqaviləsi üzrə borcu reztrukturizasiya edilməli olduğu halda edilməmişdir. Həmçinin iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia tələbini iddia müddətini buraxmaqla qaldırmışdır. Ona görə də iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə Məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyəti ilə Məmmədov Elşən Bayram oğlu arasında bağlanmış 24 dekabr 2013-cü il tarixli əsas kredit və bank hesabı müqaviləsindən məlum olur ki, Məmmədov Elşən Bayram oğlu 300000 manat məbləöində 48 ay müddətinə kredit xətti ayrılmışdır. Mülki işə əlavə edilmiş iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyəti ilə Məmmədov Elşən Bayram oğlu arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli 2434micGNDJ/14 saylı kredit müqaviləsindən məlum olur ki, Məmmədov Elşən Bayram oğluna 24 ay müddətinə, 28 oktyabr 2016-cı il tarixədək, illik 27% ödəmək şərtilə 12500 (on iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyəti ilə Məmmədov Elşən Bayram oğlu arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli 2434micGNDJ/14 saylı kredit müqaviləsinə 1 saylı əlavədən məlum olur ki, Məmmədov Elşən Bayram oğlu hər ay üzrə 754 ABŞ dolları məbləğində kredit ödənişi etməli idi. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”dən məlum olur ki, Məmmədov Elşən Bayram oğlu 14 iyun 2017-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin nümayəndəsi Priyeva Türkan lham qızı tərəfindən 1 saylı Gəncə regional “Asan Xitmət” Mərkəzinin notariat ofisinə göndərilmiş 18 yanvar 2023-cü il tarixli sorğusundan məlum olur ki, 14 iyun 2017-ci il tarixdə ölmüş Məmmədov Elşən Bayram oğlunun vərəsəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Mülki işə əlavə edilmiş 1 saylı Gəncə regional “Asan Xitmət” Mərkəzinin notariat ofisin iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinə göndərdiyi 24 yanvar 2023-cü il tarixli məktubundan məlum olur ki, 14 iyun 2017-ci il tarixdə ölmüş Məmmədov Elşən Bayram oğlunun vərəsəsi barədə məlumat verilməsindən imtina edilmişdir. Mülki işə əlavə edilmiş saylı Gəncə regional “Asan Xitmət” Mərkəzinin notariat ofisinin ünvan 1 ünvanladığı 21 may 2023-cü il tarixli 1391 nömrəli məktubundan məlkum olur ki, 14 iyun 2017-ci il tarixdə ölmüş Məmmədov Elşən Bayram oğlunun adına arvadı Cavabdeh 08 iyul 2020-ci il tarixli ərizəsinə əsasən 1 saylı Gəncə regional “Asan Xitmət” Mərkəzinin notariat ofisində vərəsəlik işi açılmış və reystrdə 2V-426 nömrə ilə qeyd olunmuş qanun üzrə vərsəlik hüququ haqqında şahadətnamə verilmişdir. Mülki işə əlavə edilmiş 08 iyul 2020-ci il tarixli 2V-426 nömrə ilə qeyd olunmuş qanun üzrə vərsəlik hüququ haqqında şahadətnamədən məlum olur ki, Cavabdeh və oğlu X4 14 iyun 2017-ci il tarixdə ölmüş Məmmədov Elşən Bayram oğlundan miras qalmış, “Torpağın mülkiyyət hüququna dair” seriya nömrəsi JN-747, KOD:50804018 olan Dövlət Aktında qeyd edilən Göygöl rayonu Balçılı kəndində yerləşən 0,56 torpaq sahəsinin ona məxsus hissəsini miras əmlak kimi qəbul etmişlər. Mülki işə əlavə edilmiş 20 iyul 2023-cü il tarixli arayışdan görünür ki, cavabdeh Məmmədov Elşən Bayram oğlunun 28 oktyabr 2014-cü il tarixli 2434micGNDJ/14 saylı kredit müqaviləsi üzrə 20 iyun 2023-cü il tarixə Banka 7046,71 ABŞ dolları əsas, 2772,96 ABŞ dolları faiz borcu olmaqla cəmi 9519,66 ABŞ dolları məbləğində borcu yaranmışdır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 138,96 manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə 15 may 2024-cü il tarixli, 9/207 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, Məmmədov Elşən Bayram oğlunun 28 oktyabr 2014-cü il tarixli 2434micGNDJ/14 saylı kredit müqaviləsi üzrə maliyyə arayışında qeyd edilən 20 iyul 2023-cü il tarixə illik 5% hesablanmaqla, əsas borc üzrə 7683,01 ABŞ dolları, faiz borcu üzrə 1677, 90 ABŞ dolları və faiz borcu 5% hesablanmaqla 2796,93 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materiallarından məlum olur ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitlərini Məmmədov Elşən Bayram oğluna vermişdir. X9 Bayram oğlu kredit müqaviləsi ilə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kredit müqaviləsinin müddəti 28 oktyabr 2016-cı il tarixdə başa çatmış, Məmmədov Elşən Bayram oğlu 14 iyun 2017-ci il tarixdə ölmüş, onun vərəsəsi olan Cavabdeh isə 08 iyul 2020-ci il tarixli 2V-426 nömrə ilə qeyd olunmuş qanun üzrə vərsəlik hüququ haqqında şəhadətnaməsi almışdır. İddiaçı isə iddia müddətini buraxmaqla 28 iyul 2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri yoxdur. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 462, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsassızdır, həmçinin iddia müddəti ötürüldüyü və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi üçün iddia rədd olunmalıdır. Belə ki, hazırkı mülki iş üzrə müəyyən edilən iddia müddətinin son günü 08 iyul 2023-cü il tarix olmuşdur. İddiaçının nümayəndəsinin imzaladığı iddia ərizəsi 28 iyul 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı Məhkəməyə müraciət etmək üçün iddia müddətini keçirmiş və iddia müddətinin üzürlü səbəbdən buraxılmasına dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh X3 isə iddia müddətinin tətbiq edilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MəhkəməAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 233-cü maddələrinəəsasən QƏT ETDİ: İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «Kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə» dair iddiası rədd edilsin. İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətindən 100 (bir yüz) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar