Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-402/2023 29.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ona məxsus bir baş iri bynuzlu malın pulu kimi 1344 manat ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh ona məxsus bir baş iri buynuzlu heyvanın ətinin 1 kiloqramı 12 manatdan olmaqla ona dəyən ziyan kimi 1344 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh taniyir. Vüsal həmişə ondan heyvan alib satmışdır. 2022-ci ilin noyabr ayında Vüsal ona zəng edərək kəsmək üçün bir baş iri buynzlu heyvan istəmiş, o da gəlib aparmasını demişdir. Vüsal gəlib hər kiloqramını 12 manatdan hesablamaq şərti ilə onun bir baş malını aparmış, mal kəsilərkən 112 kiloqram əti olmuş və 1344 manat pul hesablamışlar. Vüsal ona 1344 manatı bir həftəyə verəcəyini desədə pulu verməmişdir. Cavabdeh könüllü olaraq malın pulunu vermədiyindən Şəmkir rayon PŞ-nə şikayət ərizəsi vermiş, PŞ-də cavabdeh özüdə onun dediklərini təsdiq edərək borcunu etiraf etmiş lakin pulu qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunu istəsə də cavabdeh onun pulunu könüllü olaraq qaytarmadığından məhkəmədə həmin iddianı qaldırmaq məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şəmkir rayon PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı bir baş iri buynuzlu malını hər kiloqramını 12 manatdan hesablayıb almasını, malın ətinin 112 kiloqram çəkidə olmaqla qiymətinin 1344 manat olmasını, malın ətini sata bilmədiyi üçün ziyanlıq etdiyindən pulunu verə bilmədiyini bildirmişdir. Qeyd olunan qərarın məzmunundan aydın olur ki, Cavabdeh İddiaçı bir baş iri buynuzlu malını kəsməsini iddiaçıya 1344 manat məbləğində ziyan vurduğunu etiraf etmişdir. Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1344 (bir minüç yüz qırx dörd) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 34.60 (otuz dörd manat altmış qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1344 (bir min üç yüz qırx dörd) manat məbləğində pul tutulub İddiaçı verilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-402/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-402/2023
29.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver