Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-403/2024 24.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X9 Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı və Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı və Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı qaldırdığı alimentin miqdarının artırılmasına dair iddianın təmin edilməsi, yəni əvvəl müəyyən olunmuş Göygöl Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh birgə nikah dövründə olan övladı xx.xx.2016-cı il təvvəllüdlü X4 yetkinlik yaşına qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə uşağa görə hər ay olmaqla 120 manat müəyyən edilmiş alimentin məbləğinin artırılaraq bir uşağa görə hər ay 250 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin müəyyən edilərək, cavabdehin gəlir və qazancından tutulması barədə və mediasiya xidmətinə ödədiyi 56 manat xidmət haqqının cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2016-ci il tarixdə X6 adlı övladları olmuşdur. Cavabdehlə iddiaçının birgə nikahından olan övladı X1 üçün iddiaçının xeyrinə Göygöl Rayon Məhkəməsinin 14 noyabr 2019-ci il tarixli qətnaməsinə əsasən 120 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. Uşağın saxlanılması üçün hazırda cavabdehin ödədiyi aliment həddən artıq azdır və yaşayış minumu haqqında qanunun qoyduğu tələblərə tamamilə ziddir. İddiaçı övladının saxlanılması üçün hər ay yüz iyirimi manatla ehtiyacını ödəyə bilmir. Başqa bir tərəfdən isə uşaq üçün çəkilən bütün əlavə xərcləri də iddiaçı özü ödəyə bilmir. Həmçinin uşağın məktəb xərclərini, geyimlərini, xəstəlik xərclərini və digər əlavə xərcləri də ödəyə bilmir. Cavabdeh əmək qabiliyyətlidir və aliment ödəmək iqtidarındadır. Hal-hazırda cavabdeh X12 Restoranında administrator vəzifəsində işləyir. Cavabdeh heç bir əlavə xərcdə iddiaçıya köməklik etmir və heç bir maddi köməklik göstəmir. Bu səbələrə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, 2019-cu il tarixdə uşağına 120 manat aliment təyin olunmasını, uşağın məktəbli olmasını, böyüdükcə təlabatlarının artmasını, cavabdeh tərəfindən verilən 120 manat aliment pulu ilə uşağın təlabatlarını ödəyə bilməməsini, hazırda cavabdehin “Gilavar” restoranında adminstrator vəzifəsində işləməsini və yaxşı əmək haqqı almasını, onun özünün isə işləməməsini bildirib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin qazancının olması barədə heç bir sübutu yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi atası Nümayəndə iddia tələbini qəbul etməyərək ifadəsində göstərdi ki, oğlu Cavabdeh uşağına hər ay 120 manat aliment ödəyir. Oğlu restoranda ofisant işləyir və 350 manat əmək haqqı alır. Aliment məbləğinin 10-15 manat miqdarında artırılmasına razıdır. İddiaçı uşağa yaxşı baxmır və uşağa mal otardırırlar. Buna görə də uşağı alıb özləri saxlamaq fikrindədirlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci ildə doğulmuşdur. İşdə olan AZ-İİİ seriyalı, 761997 nömrəli, 20 iyul 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (Atası Cavabdeh, anası X5) xx.xx.2016-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2016-cı ilin 07-ci ayının 20-ci günündə 216 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-1395/2019 nömrəli, 14 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiаnın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 21 oktyabr 2019-cu il tarixdən başlayaraq hər ay sabit məbləğdə 120 manat aliment X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş elektoron məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, Cavabdeh ofisant işləməklə 350 manat əmək haqqı alır. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1395/2019 nömrəli, 14 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiаnın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 21 oktyabr 2019-cu il tarixdən başlayaraq hər ay sabit məbləğdə 120 manat aliment X2 xeyrinə tutulması qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş hər ay 120 manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən alimentin 10-15 manat hissədə artırılmasını qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən 120 manat məbləğində aliment xx.xx.2019-cu il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 04 ildən artıq müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının gəlirləri barədə sübutların təqdim edilməməsini, cavabdehin ofisant işləməklə 350 manat əmək haqqı almasını, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Yusif adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)- 1395/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və artırılmış hissədə alimentin illik məbləği, həmçinin iş üzrə iddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 56 (əlli altı) manat məbləğində mediasiya dair xərci ödəməsi nəzərə alınmalı, cavabdehdən 56 (əlli altı) manat məbləğində mediasiya dair xərc tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-1395/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2016-cı il təvəllüdlü Yusif adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün atası Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, ana İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 56 (əlli altı) manat mediasiya xərci tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-403/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-403/2024
24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver