Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-474/2023 14.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlu, İddiaçı "xxxx" Cavabdeh qarşı “kredit borcu” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i : İddiaçı "xxxx" Cavabdeh qarşı “kredit borcu " tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx.xx.2019cu il tarixli BRK03330№-li müqavilə üzrə 292.90 manat qalıq borcu, 241.16 manat cərimə borcu olmaqla, cəmi 534.06 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Optimal Finance BOKT MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BRK03330№-li kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə hissə-hissə hər hay üçün 55 manat, sonuncu ay üçün isə 62.90 manat ödəmək şərti ilə , 1047.90 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 asylı Əlavədə-təhvil -təslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və himin məhsullar cavabdehə Təhvil-təslimaktı üzrə təhhvil verilmişdir. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq , cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 ( on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bu Məcəllənin 448.1ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, cavabdeh X1 xx.xx.2021-ci il tarixli müqavilə üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi qismən təmin edilməli, cavadeh Cavabdeh xx.xx.2019-cu il tarixli BRK03330№-li müqavilə üzrə 292.90 manat qalıq borcu, 25 manat cərimə borcu olmaqla, cəmi 317.90 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Optimal Finance BOKT MMC -nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5, 284-6-cı maddələrinə əsasən, q ə t e t d i: Ərizə qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli BRK03330№-li müqavilə üzrə 292.90 manat qalıq borcu, 25 manat cərimə borcu olmaqla, cəmi 317.90 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı Optimal Finance BOKT MMC -nin xeyrinə ödənilsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 2(066)-474/2023 14 aprel 2023-cü il "xxxx" MMC-yə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ev 120 X2 Göygöl rayonu Kərəmli kəndi Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-474/2023 nömrəli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qətnamənin surəti « » vərəq. Hakim: Qələmdar Abbasov İş № 2(066)-474/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol 14 aprel 2023-ci il Göygöl şəhəri Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, Hakim iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcu”tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul etdi. Hakim: Qələmdar Abbasov İş № 2(066)-474/2023 İCRA VƏRƏQƏSİ 14 aprel 2023-ci il Göygöl Rayon Məhkəməsi İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcu ” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq qərara aldı. Cavabdeh xx.xx.2019-cu il tarixli BRK03330№-li müqavilə üzrə 292.90 manat qalıq borcu, 25 manat cərimə borcu olmaqla, cəmi 317.90 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı Optimal Finance BOKT MMC -nin xeyrinə ödənilsin. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclu – Cavabdeh– xx.xx.1988-ci ildə Bərdə rayonunda anadan olmuş, Göygöl rayonu Kərəmli kəndində yaşayan. TELFON ***-***-**-** Tələbkar – "xxxx" MMC – Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ev 120 İcra vərəqəsi 15 may 2023-ci ildə verilmişdir. Hakim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 2(066)-474/2023 15 may 2023-cü il Göygöl Rayon İcra və Probasiya Şöbəsinə Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A İddiaçı Optimal Finance BOKT” MMC-nin Cavabdeh kredit borcu” tələbinə dair mülki iş üzrə 14 aprel 2023-ci il tarixli, 2(066)-474/2023 nömrəli qətnamənin surəti və icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Xahiş edirəm “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qətnamənin icrasını təmin edib nəticəsi barədə dərhal məhkəməyə məlumat verəsiniz. Qoşma : qətnamənin surəti və icra vərəqəsi « » vərəq. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-474/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-474/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver