Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-484/2024 15.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, iddiaçı Heydərova (Rəhimova) Sevinc Zülfiqar qızının və Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh barəsində qəbul edilmiş Göygöl rayon məhkəsinin 2(066)-863/2022 saylı, 01 dekabr 2022-ci il tarixli icra sənədi üzrə qeyd olunmuş 300 (üç yüz) manat məbləğində alimentin artırılaraq hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla cəmi 500 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında Goranboy rayon İHB-nin Muzdurlar kənd İƏDÜ nümayəndəliyində 10 oktyabr 2011-ci il tarixdə 10 nömrə ilə qeyd edilmiş nikah aktı bağlanmışdır. O nikah aktının pozulması və aliment tələbi ilə bağlı Göygöl rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Göygöl rayon məhkəməsi onun iddia ərizəsinə 01 dekabr 2022-ci il tarixdə baxaraq Goranboy rayon İHB-nin Muzdurlar kənd İƏDÜ nümayəndəliyində 10 oktyabr 2011-ci il tarixdə 10 nömrə ilə qeyd edilmiş nikah aktının ləğv edilməsinə və birgə nikahından doğulmuş X8 və X6 onun yanında saxlanmasına, həmçinin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat aliment tutulmasına dair 2(066)-863/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Bildirmək istəyir ki, özü hal-hazırda heç bir yerdə işləmir və dövlətdən rəsmi heç bir gəliri yoxdur. Atası evində yaşayır. Valideyinlərində yaşa dolmuş insanlardı və onlarında yeganə gəlir yeri aldığı pensiyadan ibarətdir. Həm özlərinin dolanışığına, həmdə onun uşaqlarına baxmaq heç cürə mümkün deyil. Cavabdeh maddi imkanının olmasına baxmayaraq alimenti bilərəkdən geçikdirir, ödəmələri vaxtında etmir və buda onda ailədə övladlarının saxlanmasında çətinliklər yaradır. Dəfələrlə alimenti ödəməsini tələb etsə də bilərəkdən. Dəfələrlə işlə təmin olunmaq üçün dövlət və yerli orqanlara müraciət etməyinə baxmayaraq heç yerdə işlə təmin etmədilər. Yaranmış çətin vəziyətə görə alimentin məbləğini artırmaq üçün məcbur qalıb məhkəməyə müraciət etməli oldu. Dövlət tərəfindən hər hansı bir işlə təmin oluna bilmir ən azından düşündüki məhkəmə onun düşdüyü çətin vəziyəti nəzərə alıb alimentin məbləğinin artırılmasında ona köməklik göstərilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbinin məzmununa uyğun çıxış edərək, iki övladı olduğunu onların yaşam və təhsil xərclərini indiki aliment məbləğindən çatdırmağın qeyri-mümkün olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin qazancı barədə heç bir barədə sübutu yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, daimi qazanc yerinin olmaması və öz valideyinə baxmağı ilə əlaqədar alimentin artıtılmamasını xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X10 doğulmuşdur. Atası Cavabdeh, anası X4 qeyd edilmişdir. Belə ki, Göygöl Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(066)-863/2022 saylı qətnaməsindən görünür ki, Tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə anadan olmuş X8 və xx.xx.2013-cü ildə anadan olmuş X10 anaları X2 yanında saxlanılmış, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X1 xeyrinə hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla cəmi 300 manat aliment müəyyən edilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Göygöl Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(066)-863/2022 saylı qətnaməsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Nurlan və xx.xx.2013-cü il təvəllüdlü Tunar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X1 xeyrinə hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla cəmi 300 manat aliment müəyyən edilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaqların böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən aliment xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 02 ilə yaxın müddət keçmiş, yaşayış minimumu, uşaqlar böyüdükcə onun tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirlərini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Nurlan və xx.xx.2013-cü il təvəllüdlü Tunar adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh iddiaçı X1 xeyrinə Göygöl Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(066)-863/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 150 manat alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər bir uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X1 xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə iddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 55 (əlli) manat məbləğində mediasiya dair xərci ödəməsi və cavabdehdən tələb edilməməsi nəzərə alınmalı, iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-863/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü Nurlan və xx.xx.2013-cü il təvəllüdlü Tunar adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ataları X5 hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, anaları Heydərova (Rəhimova) Sevinc Zülfiqar qızının xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-484/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-484/2024
15.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver