Məhkəmə qərarları › İş №2(066)-49/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-49/2024

23.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-49/2024 23.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair” iddia qaldıraraq, Cavabdeh tərəfindən Xanlar (indiki Göygöl) rayon X9 İcariyyə Komitəsinin 26 fevral 1991-ci il tarixli qərarı ilə mərhun X2na fərdi yaşayış evi tikilməsi üçün ünvan 1 ünvanında ayrılmış 0,06 hektar həyətyanı torpaq sahəsinin adlarına rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasdında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib verdiyi izahatında bildirdi ki, Xanlar (indiki Göygöl) rayon X9 İcariyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli qərarı ilə İddiaçı mərhun X2na fərdi yaşayış evi tikilməsi üçün ünvan 1 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin 06 hektar həyətyanı torpaq sahəsinə səhv olaraq X7 adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1213A nömrəli şəhadətnamə verilmiş, X2nun iddia tələbinə əsasən Göygöl Rayon Məhkəməsin 2(066)-152/2011 saylı, 10 may 2011-ci il tarixli qaətnaməsinə əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1213A nömrəli şəhadətnamə ləğv edilmişdir. X2 02 sentyabr 2014-cü il tarixdə ölmüşdür. Bundan sonra o, ərinin 1-ci növbəli vərəsəsi olaraq 22 avqust 2019-cu il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi də almışdır. Həmin şəhadətnamə üzrə əri X1 miras qalmış ünvan 2 ünvanda yerləşən evə də onun mülkiyyət hüququ da tanınmışdır. O, əri X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsini adına rəsmiləşdirilməsi üçün ərizə ilə müraciət etmiş olsa da, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 25 may 2023-cü il tarixli məktubundan məlum olur ki, həyətyanı torpaq sahəsi üzərində mübahisə olmasına və müayinə, baxış aparılmasəna şərait yaradılmamasına görə ərizəsinin icra edilməsindən imtina edilmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 izahat verərk bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, Cavabdeh iddiaçıın əri Xanlar (indiki Göygöl) rayon X9 İcariyyə Komitəsinin 26 fevral 1991-ci il tarixli qərarı ilə İddiaçı mərhun X2na fərdi yaşayış evi tikilməsi üçün ünvan 1 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsi ölçülməsinə maneələr yaratmamışdır. Cavabdeh mülkiyyətində ünvan 3 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayş evi vardır. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmaldır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxx 1950-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş “Evlənmə haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X5 ilə İddiaçı arasında nikah 25 noyabr 1969-cu ildə Xanlar rayonu VVAQ şöbəsində 56 nömrəli akt qeyd ilə rəsmiləşdirilmişdir. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X5 02 sentyabr 2014-cü il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş Xanlar (indiki Göygöl) rayon X9 İcariyyə Komitəsinin 25 fevral 1991ci il tarixli 05 saylı protokolundan Arxiv çıxarışından məlum olur ki, Xanlar şəhərinin10-cu vı 11-ci məhəllələrində tikilən fərdi yaşayış evləri ilə Gəncə-Hacıkənd asfald yolunun arasında olan 19,56 hektar torpaq sahəsi həyətyanı məqsədi üçün ayrılmışdır. Mülki işə əlavə edilmiş Göygöl rayonu Dövlət Arxivinin 22 fevral 2021-ci il tarixli 33 saylı Arxiv arayışından məlum olur ki, Xanlar (indiki Göygöl) rayon X9 İcariyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli 05 saylı qərarı əsasında X4 fərdi yaşayış evi tikilməsi üçün 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Mülki işə əlavə edilmiş 22 avqust 2019-cu il tarixli, 2V-1213 nömrəli “qanun üzrə vərəsəlik şəhadətnamə”sindən məlum olur ki, 02 sentyabr 2014-cü il tarixdə ölmüş X3 miras əmlakdan arvadı İddiaçı tam hissədə irs almışdır. Miras əmlak X3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57,9 kvadrat metr olan 1 otaqlı mənzildir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********46-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 21 iyun 2013-ci il olan Çıxarışdan məlum olur ki, Cavabdeh mülkiyyətində ünvan 3 ünvanında, 0,06 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayş evi vardır. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyət hüququna dair” JN-0067 (Kod:5********) nömrəli Dövlət Aktından məlum olur ki, Xanlar Aqrar-İslahat Komissiyasının 01 avqust 2003-cü il tarixli, 08 saylı qərarı ilə, Cavabdeh mülkiyyətinə kənnt təsərrüfatı məhsulları istehsalı üçün0,43 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin İddiaçı ünvanladığı 25 may 2023-cü il tarixli məktubundan məlum olur ki, həyətyanı torpaq sahəsi üzərində mübahisə olmasına və müayinə, baxış aparılmasəna şərait yaradılmamasına görə İddiaçı ərizəsinin icra edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Xanlar (indiki Göygöl) rayon X9 İcariyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli qərarı ilə İddiaçı mərhun X2na fərdi yaşayış evi tikilməsi üçün ünvan 1 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı X2 ölmüş və iddiaçı vərəsə kimi həmin torpaq sahəsini sənədləşdirmək istəsə də Cavabdeh tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına müəyyən ölcü işləri aparılmaına maneələr yaradılmışdır. İşin faktiki hallarından göründüyü kimi hazırda torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə görə iddiaçı və cavabdeh arasında mübahisə yaranmış, iş üzrə cavabdeh olan cavabdeh torpaq sahəsinin ölçülməsi üçün mübahisə predmeti olan torpaq sahəsinə gəlmiş 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarının işinə maneçilik yaratmış və müvafiq sənədləşmənin həyata keçirilməsini mümkünsüz etmişdir. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə ülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

4. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 6.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair” iddiası təmin edilsin. Cavabdeh tərəfindən Xanlar (indiki Göygöl) rayon X9 İcariyyə Komitəsinin 25 fevral 1991ci il tarixli qərarı ilə İddiaçı mərhun X2na fərdi yaşayış evi tikilməsi üçün ayrılmış, ünvan 1 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin ölçülməsinə edilən süni maneələr aradan qaldırılsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar