Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-492/2024 24.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin Cavabdeh1 Valodiya oğluna və X4 qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi barədə» mülki işə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin Cavabdeh1 Valodiya oğluna və X3 o qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi barədə» iddia verərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 7140,71 manat əsas məbləğ üzrə, 1363,78 manat faiz üzrə və 485,46 manat cərimə olmaqla, cəmi 8989,95 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 109,90 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasına üzürlü səbəbdən gələ bilməməsini və mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Günay Hüseynovanın imzaladığı iddia ərizəsindən məlum olur ki, iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Valodiya oğlu arasında bağlanmış 09 iyun 2022-ci il tarixli 1092micGNDJ/22-EM nömrəli əsas kredit müqaviləsi üzrə 120 ay müddətə 300000 manat məbləğində kredit ayrılmış, 09 iyun 2022-ci il tarixli 1092micGNDJ/22 nömrəli əlavə kredit və bank hesabı müqaviləsinə əsasən Cavabdeh1 Valodiya oğluna 24 ay müddətə, illik 23% ödəmək şərtilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 09 iyun 2022-ci il tarixli 1092micGNDJ/22 nömrəli zaminlik müqaviləsi ilə X6 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Lakin, cavabdehlər müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Həticədə Cavabdeh1 Valodiya oğlunun 13 dekabr 2023-cü il tarixə 7140,71 manat əsas məbləğ üzrə, 1363,78 manat faiz üzrə və 485,46 manat cərimə olmaqla, cəmi 8989,95 manat borcu yaranmışdır. Borcunu ödəməsi barədə ona bildiriş göndərməsinə baxmayarq o, borcunu ödəməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Valodiya oğluna və X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə görə, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 109,90 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 09 iyun 2022-ci il tarixli 1092micGNDJ/22-EM nömrəli əsas kredit müqaviləsindən görünür ki, Cavabdeh1 Valodiya oğluna 120 ay müddətə 300000 manat məbləğində kredit ayrılmışdır. İş materiallarına əlavə olunmuş 09 iyun 2022-ci il tarixli 1092micGNDJ/22 saylı əlavə kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh1 Valodiya oğluna istehlak məqsədləri üçün 24 ay müddətə, illik 23% ödəmək şərtilə 10000 (on min) manat manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli 1092micGNDJ/22 nömrəli zaminlik müqaviləsindən görünür ki, X1 Vüsal Valodiya oğlunun 09 iyun 2022-ci il tarixli 1092micGNDJ/22 saylı əlavə kredit müqaviləsi üzrə götürdüyü kreditin təminatı kimi zamin durmuşdur. İş materiallarına əlavə olunmuş 13 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 Valodiya oğlunun 7140,71 manat əsas məbləğ üzrə, 1363,78 manat faiz üzrə və 485,46 manat cərimə olmaqla, cəmi 8989,95 manat borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 09 iyun 2022-ci il tarixli 1092micGNDJ/22 saylı əlavə kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddia tələbini təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 485,46 manat manat məbləğində cərimə pulu azaldılaraq 40 (qırx) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 Valodiya oğlu ilə iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 iyun 2022ci il tarixli 1092micGNDJ/22 saylı əlavə kredit müqaviləsi əsasən bank borcluya 24 ay müddətə, illik 23% ödəmək şərtilə 10000 (on min) manat məbləğində kredit vermişdir. Cavabdeh X5 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Hazırda cavabdehlər «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 Valodiya oğlundan və X2 müştərək qaydada 09 iyun 2022-ci il tarixli 1092micGNDJ/22 saylı əlavə kredit və bank hesabı müqaviləsi üzrə 7140,71 manat əsas məbləğ üzrə, 1363,78 manat faiz üzrə və 40 manat cərimə olmaqla, cəmi 8544 (səkkiz min beş yüz qırx dörd) manat, 49 (qırx doqquz) qəpik və ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat alınıb iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia 445 (dörd yüz qırx beş) manat 46 (qırx altı) qəpik hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-492/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-492/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver