Məhkəmə qərarları › İş №2(066)-496/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-496/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-496/2024 11.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi barədə» mülki işə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçının xeyrinə 6241,9 manat əsas, 1434,62 manat faiz və 65,01 manat cərimə olmaqla cəmi 7741,53 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 97,53 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasına üzürlü səbəbdən gələ bilməməsini və mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Günay Hüseynovanın imzaladığı iddia ərizəsindən məlum olur ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin 16 iyun 2022-ci il tarixli bank xitmətlərinə dair ümumi ofertası əsasında Cavabdeh istehlak məqsədləri üçün 04 iyul 2022-ci il tarixdə 05 yanvar 2028-ci il tarixədək, illik 27% ödəmək şərtilə 6300 (altı min üç yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh 16 iyun 2022-ci il tarixdə xxxxxxx saylı ərizə (aspekt) imzalamaqla "xxxx" X1 Səhmdar Cəmiyyətinin ümumi ofertası ilə tanış olmasını şərtlərlə razı olmasını həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Həticədə Cavabdeh 15 dekabr 2023cü il tarixə 6241,9 manat əsas, 1434,62 manat faiz və 65,01 manat cərimə olmaqla cəmi 7741,53 manat borcu borcu yaranmışdır. Borcunu ödəməsi barədə ona bildiriş göndərməsinə baxmayarq o, borcunu ödəməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdi və məhkəmə iclasında göstərdi ki, onunla iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin 16 iyun 2022-ci il tarixli bank xitmətlərinə dair ümumi ofertası əsasında Cavabdeh istehlak məqsədləri üçün 04 iyul 2022-ci il tarixdə 05 yanvar 2028-ci il tarixədək, illik 27% ödəmək şərtilə 6300 (altı min üç yüz) manat məbləğində kredit verilmişdir. İş yerini itirməsinə görə borcunu ödəyə bilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 97,53 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən imzalanmış 16 iyun 2022-ci il tarixdə xxxxxxx saylı ərizədən (aspekt) görünür ki, Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinin 28 dekabr 2021-ci il tarixli 01U/21 saylı ümumi ofertası ilə tanış olmasını şərtlərlə razı olmasını həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" X1 Səhmdar Cəmiyyətinin Gəncə filalının 16 iyun 2022-ci il tarixli aktından və məxaric sənədindən məlum olur ki, 8053nkGNDJb/22 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh kart vasitəsi ilə 05 yanvar 2028-ci il tarixədək, illik 27% ödəmək şərtilə 6300 (altı min üç yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh kart təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş 15 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 8053nkGNDJb/22 nömrəli kredit müqaviləsi üzrə 15 dekabr 2023-cü il tarixə 6241,9 manat əsas, 1434,62 manat faiz və 65,01 manat cərimə olmaqla cəmi 7741,53 manat borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 8053nkGNDJb/22 saylı kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 65,01 manat məbləğində cərimə pulu azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti arasında bağlanmış 16 iyun 2022-cü il tarixli 8053nkGNDJb/22 nömrəli kredit müqaviləsi əsasən bank borcluya 05 yanvar 2028-ci il tarixədək, illik 27% ödəmək şərtilə 6300 (altı min üç yüz) manat manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün ödənilmiş dövlət rüsumuna görə 95 (doxsan beş) manat, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16 iyun 2022-cü il tarixli 8053nkGNDJb/22 nömrəli kredit müqaviləsi üzrə 6241,9 manat əsas, 1434,62 manat faiz və 65,01 manat cərimə olmaqla cəmi 7686 (yeddi min altı yüz səksən altı) manat, 52 (əlli iki) qəpik və ödənilmiş dövlət rüsumuna görə 95 (doxsan beş) manat alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia 55 (əlli beş) manat, 01 (bir) qəpik hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar