Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-516/2023 27.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında 27 aprel 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 yanvar 2007-ci il təvəllüdlü X1 və 14 aprel 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə baxışı iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddia ərizəsini müdafiə etdiyini, 19 may 2006-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 01 yanvar 2007-ci il təvəllüdlü X4 və 14 aprel 2008-ci il təvəllüdlü X2 2 nəfər uşaqları olmuşdur. Əvvəllər cavabdehə mehriban bir ailə kimi yaşamışlar, uşaqları dünyaya gələndən sonra aralarında münaqişələr yaranmağa başlamışdır. 2010-cu ilin iyun ayın ayından faktiki olaraq ayrı yaşadıqdan sonra cavabdehin uşaqların saxlanması üçün maddi köməklik göstərmədiyini görüb aralarında bağlanan nigah aktının pozulması və aliment tələbi ilə Göygöl rayon məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-794\2014 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlə aralarında bağlanan Xanlar rayon VVADQ şöbəsində qeyd edilmiş 19 may 2006-cı il tarixli 87 saylı nigah akt qeydi pozulmaqla xx.xx.2007-ci tarixdə anadan olmuş X1 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 İddiaçı yanında qalması müəyyən edilmişdir. Uşaqların saxlanması üçün hər birinə yetkinlik yaşına çatanadək saxlanmaları üçün 25 iyun 2014-cü il tarixindən hesablayaraq hər ay sabit pul məbləğində 70 manat cəmi 140 manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda alimentin miqadarı artılıraraq bir uşağın saxlanılması 220 manat təşkil etdiyindənalimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. O, Göygöl Rayon Məhkəməsinə müraciət etməmişdən əvvəl Mediasiya şurasına alimentin artırılması tələbinə dair müraciət etmişdir. Mediasiya reyestrində ŞŞMT- 02201 nömrə ilə qeydiyyatdan keçmiş və keçirilən mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmişlər. Bununla əlaqədar ona 21 yanvar 2023-ci il tarixli arayış təqdim edilmişdir. Hal-hazırda E.Əliqayayev adına Qullar 2 saylı tam orta məktəbində kimya-biologiya fənnini tədris etməklə 313 manat əmək haqqı alır, başqa gəliri yoxdur. Cavabdeh Həsrətov X5, Leninqrad şəhərində yaşayır, bər-bərliklə məşğul olur, orada özünə yaxşı imkan yaradıb. Buna baxmayaraq cavabdeh maddi cəhətdən uşaqlarına əlavə olaraq heç bir yardım etmir. Onun xx.xx.2007-ci tarixdə anadan olmuş X1 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment verməyə imkanı vardır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şəki 1 saylı Mediasiya Təşkilatının 21 yanvar 2023-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan 12 iyun 2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 yanvar 2007 -ci ildə anadan olmuş X1 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İş materiallarında olan 08 may 2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14 aprel 2008-ci ildə anadan olmuş X3 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İş materiallarında olan, Göygöl rayon Qeydiyyat şöbəsinin 12 iyun 2015-ci il tarixli Nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli, 2(066)-794\2014 saylıqətnaməsinə əsasən pozulmuş və nikaha 27 oktyabr 2014-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Balakən rayon İHB-nın Tülü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 06 fevral 2023-cı il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı hal-hazırda Balakən rayonu, Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərazisində qeydiyyatdadır və yaşayır. İşdə materiallarında olan Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli, 2(066)-794\2014 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlə arasında bağlanan Xanlar rayon VVADQ şöbəsində qeyd edilmiş 19 may 2006-cı il tarixli 87 saylı nigah akt qeydi pozulmaqla xx.xx.2007-ci tarixdə anadan olmuş X1 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 İddiaçı yanında qalması müəyyən edilmiş, uşaqların saxlanması üçün hər birinə yetkinlik yaşına çatanadək saxlanmaları üçün 25 iyun 2014-cü il tarixindən hesablayaraq hər ay sabit pul məbləğində 70 manat cəmi 140 manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə tutulması qət edilmişdir. İşdə materiallarında olan Göygöl Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(066)-1431\2017 saylı saylı qətnaməsinin surətindən görünür ki, uşaqların saxlanması üçün hər ay bir uşaq üçün 70 (yetmiş) manat olmaqla 140 (yüz qırx manat) qət edilən alimentin məbləğinin artırılaraq, 12 may 2017-ci il tarixindən hesablayaraq hər ay sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl RPŞ tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli, xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə Xanlar (Göygöl) rayonunun Yeni Zod kəndində anadan olmuşdur və Göygöl rayonunun Yeni Zod kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 28 mart 2022-ci il tarixli, 617 №-li arayışdan görünür ki, İddiaçı E.Əliqayayev adına Qullar 2 saylı tam orta məktəbində kimya-biologiya fənnini tədris edir və 313 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmaları üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmaları əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşaqların hüquqlarını müdafiə edən Qanun normalarını əsas götürüb İddiaçı iddia tələbini qismən təmin edərək, Cavabdeh 01 yanvar 2007-ci il təvəllüdlü X1 və 14 aprel 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, 260 (yüz altmış) manat təyin edilmiş alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla, 360 (üç yüz altmış) manat müəyyən edilməklə İddiaçı xeyrinə ödənilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 01 yanvar 2007-ci il təvəllüdlü X1 və 14 aprel 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, 260 (yüz altmış) manat təyin edilmiş alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit məbləğdə aliment müəyyən edilməli, artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 27 aprel 2023-cü il tarixli, 2(066)-516/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddianın qalan hissəsi isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01 yanvar 2007-ci il təvəllüdlü X1 və 14 aprel 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, 260 (yüz altmış) manat təyin edilmiş alimentin məbləği artırılaraq, hər ay bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit məbləğdə aliment müəyyən edilsin. Artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 27 aprel 2023-cü il tarixli, 2(066)-516/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçt: Elektron ünvan İş № 2(066)-516/2023 27 aprel 2023-ci il İddiaçı Balakən rayonu, Tülü kəndi Cavabdeh Göygöl rayonu, Yeni Zod kəndinə Məhkəmənin 27 aprel 2023-cü il tarixli 2(066)-516/2023 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-516/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-516/2023
27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver