Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-547/2024 07.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə əsas borc 646 AZN, fazilər üzrə 265.25 AZN, ümumilikdə isə 911,25 AZN borc və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı - "xxxx" MMC Cavabdeh - A.S.A. Cavabdeh (Ş V AZE 0*******) 08 aprel 2021-ci il tarixli, 3718-21 saylı alqı-satqı müqaviləsi üzrə ümumi dəyəri 750 AZN olan 1 ədəd yeni Samsung A52 olan mobil telefonu satmışdır. Müqavilə üzrə malın ödənişi müqavilənin 1 saylı əlavəsinə "Ödəniş cədvəlinə ğun olaraq 36% (faiz) vurularaq bərabər hissələrlə 15 aya həyata keçirilməsi nəzərdə tulmuşdur.Müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh əsas məbləğdən 14 AZN, faiz borcundan 26 AZN ödəmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin müqavilə üzrə əsas borcu 646 AZN, faizlər üzrə 265.25 AZN, ümumilikdə isə 911,25 AZN borc təşkil edir. Dəfələrlə borcludan öz öhdəliklərini lazımınca yerinə yetirilməsini və borcun vaxtlı-vaxtında ödənilməsi tələb edilsə də, borclu hər dəfə müxtəlif bəhanələrlə yaranmış borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göründüyü kimi, cavabdeh Həsənov X1 rayonu, Başlıbel kəndində qeydiyyatdadır. Odur ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğundan, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda sadalanan qanunun normalarını işin hallarına tətbiq edən məhkəmə hesab edir ki, işin məhkəmədə baxıldığı zaman Cavabdeh qeydiyyat yeri Kəlbəcər rayonu, Başlıbel kəndi olduğu müəyyən edildiyindən mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-547/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-547/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver