Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-552/2023 24.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında 24 iyul 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, CANON PİXMA üçün 209.2(iki yüz doqquz manat iyirmi qəp) manat ödənilməmiş hissə, 20.8 (iyirmi manat səksən qəp.) manat cərimə, cəmi 230 (iki yüz otuz) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(066)-552/2023 saylı qərardadı ilə ABC Telecom” MMC Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında izahat verərər göstərdi ki, borclu Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən CANON PİXMA almış və nəticədə cəmi 230 manat borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 504 manat (12 ay x 42 manat + 0 manat ilkin ödəniş) CANON PİXMA üçün ümumilikdə 230 manat olmaqla ondan 209.2 (iki yüz doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.8 (iyirmi manat səksən qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin son ödəniş tarixi xx.xx.2020-ci ildir.Cəmi ödədiyi məbləğ 294.8 manat təşkil edir. Müqavilənin şərtlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Borclu müqavilənin bu şərtlərini pozaraq, borcunun vaxtında ödənilməsini təmin etməmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 00898106 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 504 manat (12 ay x 42 manat + 0 manat ilkin ödəniş) CANON PİXMA almışdır. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh 21.02ş2023-cü il tarixə 209.2 (iki yüz doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 20.8 (iyirmi manat səksən qəp.) manat cərimə, cəmi 230 (iki yüz otuz) manat məbləğində borcu yaranmışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzidən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmə xərcləri üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə toplanmış sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli 00898106 nömrəli müqaviləyə və ödəniş cədvəlinə zsasən alqı-satqı qiyməti 504 manat (12 ay x 42 manat + 0 manat ilkin ödəniş) CANON PİXMA almışdır. Cavabdeh hazırki vaxtadək müqavilə üzrə borcunu ödəməmiş, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də iddiaçı təşkilat hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 445.1. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1. maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3 maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəllənin 466.2.3 maddəsinə görə öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə görə kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Proses Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, CANON PİXMA üçün 209.2 (iki yüz doqquz manat iyirmi qəp) manat ödənilməmiş hissə, 20.8 (iyirmi manat səksən qəpik) manat cərimə, cəmi 230 (iki yüz otuz) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 260 ((iki yüz altmış) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-552/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-552/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver