Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-566/2023 20.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi" tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 68.9 manat əsas , 10.3 manat cərimə , ümumilikdə 79.2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 99.4 manat əsas , 14.9 manat cərimə , ümumilikdə 114.3 borc, iki müqavilə üzrə 168.3 manat əsas , 25.2 manat cərimə , ümumilikdə 193.5 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumun Cavabdeh tutularaq "xxxx" MMC –yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən cavabdeh “SAMSUNG” markalı mobil telfona BASEUS qulaqlığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 39 manat olmaqla cəmi 459.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən cavabdeh “SAMSUG” markalı mobil telfona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 599.9 manat, ümumilikdə hər iki müqavilə üzrə 1059.8 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavbdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 39 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 50 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 168.3 manat borcu qaytarmamışdır Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, geciktirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minumum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alcı tərəfindən Satıcıya ödənilir. Bildirilir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu, 252 manat təşkil edir. Cavabdeh iki müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 252 manat təşkil etdiyi halad. humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90% tərəflərindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 25.2 manat "xxxx" MMC –yə ödənilməlidir Beləliklə, cavabdeh xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-yə olan borcu xx.xx.2021ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 68.9 manat əsas , 10.3 manat cərimə , ümumilikdə 79.2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 99.4 manat əsas , 14.9 manat cərimə , ümumilikdə 114.3 manat , iki müqavilə üzrə 168.3 manat əsas , 25.2 manat cərimə , ümumilikdə 193.5 təkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi cavabdeh Samsung markalı mobil telfon və BASEUS qulaqlığav, NOKİA markalımobil telfonlar üçün hər ay 12 ay ödəniş cədvəli üzrə hər ay 39 və 50 manat olmaqla ödəməyi öhdəsinə götürmüş və tam ödəniş etməyərək cəmi hər iki müqavilə üzrə 193.5 manat borcu yaranmış, həmçinin "xxxx" MMC-yə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bu Məcəllənin 448.1ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh ********* və ********* nömrəli müqavilələr üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 20 (iyirmi) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli və Cavabdeh İddiaçı MMC-nin xeyrinə 168.3 manat əsas , 25.2 manat cərimə , ümumilikdə 193.5 manat borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu borc tutularaq ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5, 284-6-cı maddələrinə əsasən, q ə t e t d i: Ərizə təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 168.3 manat əsas , 25.2 manat cərimə , ümumilikdə 193.5 manat borcun və 30 manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 2(066)-566/2023 20 aprel 2023-ci il "xxxx" MMC-yə Bakı şəh., Ə.Rəcəbli küç., 1/7 Cavabdeh Göygöl rayonu, Hacıməlik qəsəbəsi. Göygöl Rayon Məhkəməsinin 20 aprel 2023-ci il tarixli, 2(066)-566/2023 nömrəli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qətnamənin surəti « » vərəq. Hakim:Qələmdar Abbasov İş № 2(066)-566/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol 20 aprel 2023-ci il Göygöl şəhərində Göygöl Rayon Məhkəməsinin hakimi Qələmdar Ələmdar oğlu Abbasov Tərəflərin iştirakı olmadan, Hakim iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul etdi. Hakim:Qələmdar Abbasov İş № 2(066)-566/2023 İCRA VƏRƏQƏSİ 20 aprel 2023-ci il Göygöl Rayon Məhkəməsi İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq qərara aldı. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 168.3 manat əsas , 25.2 manat cərimə , ümumilikdə 193.5 manat borcun və 30 manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclu – Cavabdeh Göygöl rayonu Hacıməlik qəsəbəsində qeydiyyatda olan və yaşayan.TELFON ***-***-**-** Tələbkar – "xxxx" MMC – Bakı şəh., Ə.Rəcəbli küç., 1/7 İcra vərəqəsi 22 may 2023-ci ildə verilmişdir. M.Y. Hakim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 2(066)-566/2023 22 may 2023-ci il Göygöl Rayon İcra və Probasiya Şöbəsinə Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə 20 aprel 2023-ci il tarixli, 2(066)-566/2023 nömrəli qətnamənin surəti və icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Xahiş edirəm “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qətnamənin icrasını təmin edib nəticəsi barədə dərhal məhkəməyə məlumat verəsiniz. Qoşma : qətnamənin surəti və icra vərəqəsi « » vərəq. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-566/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-566/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver