Məhkəmə qərarları › İş №2(066)-57/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-57/2024

24.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-57/2024 24.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Hüseynov Nicat Mübariz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Qəsd və maneələrin aradan qaldırılması, qanunsuz tikilinin və dam örtüyünün sökülməsi, arxa məhləyə, divara bitişik olan giriş-çıxış qapısının bağlanması və digər antisanitariya vəziyyətinin təmiz lənməsi və aradan qaldırılması tələbi barədə” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Qəsd və maneələrin aradan qaldırılması, qanunsuz tikilinin və dam örtüyünün sökülməsi, arxa məhləyə, divara bitişik olan giriş-çıxış qapısının bağlanması və digər antisanitariya vəziyyətinin təmizlənməsi və aradan qaldırılması tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan Göygöl rayonu Göycəkənd kəndində yerləşən, evinə cavabdeh tərəfindən törədilən qəsd və maneələrin, aradan qaldırılması, özbaşına və qanunsuz tikililərin sökülməsi, antisanitar vəziyyətin kəskin iy və qoxunun qadağan edilməsi, evinin arxa hissəsinə və bitişik mal və heyvan yolu üçün qoyulan yolun və qapının öz hesabına bağlanması, evinin arxa hissəsinə bitişik olan dam örtüyünün və hasarın və ya tövlənin onun evindən öz hesabına aralanması, sökülməsi, həmin mai heyvan yolu nəticəsində yağan yağışın, heyvan nəcis və sidiyinin zirzəmiyə evinindivarına, döşəməsinə divar kağızına vurduğu ziyana görə 3500 (üç min beş yüz) manat maddi ziyanın ona barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə gösərdi ki, İddiaçı onun arvadıdır. Onlar Ermənistan SSR-dən deportasiya olduqdan sonra Göygöl rayonu Göycəkənd kəndində yerləşən evlərində yaşamışlar. Onlarla qonşuıuqda yaşayan Cavabdeh öz qanunsuz hərəkətləri ilə daimi onlara maneə olmaqla sakit yaşamalarına imkan vermir. Belə ki, Cavabdeh onların evlərinin arxasında mai-heyvan gediş-gəlişi üçün qapı qoymuş, heyvanlar orada çökəklik yaratmışlar. Nəticədə yağış yağarkən heyvanların nəcis və sidiyi həmin divarın dibinə yığılır və yığılan həmin ifrazatlar onların divarlarına çökərək zirzəmiyə. Otağın oboy kağızlarınatavan və döşəməyə xeyli miqdarda ziyan vurmuşdur. Digər tərəfdən dam örtüyünə novdanın qoyulmaması səbəbindən yağan yağışlar zamanı nəcis və sidiyə yağış suyu qarışaraq evin divarlarına qarışaraqüfunət iyi yaradır. Bütün bunlara görə ona 3500 (üç min beş yüz) manat ziyan dəymişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və göstərdi ki, o, 1988-ci ildən Ermənistan SSR-dən deportasiya olduqdan sonra Göygöl rayonu Göycəkənd kəndində əvəzləmə vasitəsi ilə verilən evlərində yaşayır. İddiaçı evi də onun qonşuluğunda yaşayır. O, 1988-ci ildən yaşadığı həmin evdə hər hansı bir yenidənqurma və əlavə tikinti işlər aparmamışdır. İddiaçı iddia tələbi tam əsassızdır. Belə ki, yaşadığı evin həyətində qanunsuz tikili aparmamış, ona və ya evinə ziyan vurmamışdır. Odur ki, o, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə anadan olmuşdur və Göygöl rayonu Göycəkənd kəndində yaşayır. Mülki işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********59-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 22 fevral 2021-ci il olan çıxarışdan məlum olur ki, İddiaçı mülkiyyətində Göygöl rayonu Göycəkənd kəndində 0,05 hektar həyətyanı torpaq sahəsində, ümumi sahəsi 68.1 kvadrat metr olan fərdi yaşayış evi vardır. Mülki işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********45-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 16 aprel 2023-cü il olan çıxarışdan məlum olur ki, X2 mülkiyyətində Göygöl rayonu Göycəkənd kəndində 0,25 hektar həyətyanı torpaq sahəsində, ümumi sahəsi 75.3 kvadrat metr olan fərdi yaşayış evi vardır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 14 iyun 2024-cü il tarixli, 3- 16-16/2-10/9660 saylı rəyindən məlum olur ki, Cavabdeh istifadəsində olan fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki vəziyyətinin, tikililərin planlı yerləşməsinin tərtib edilmiş Texniki pasporta uyğin olmasını nəzərə alaraq, həmin torpaq sahəsində inşa edilmiş tikililərin tikinti norma və qaydalarının tələblərinə uyğin inşa edilməsi müəyyən edilmişdir. Cavabdeh istifadəsində olan fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki vəziyyətinin, tikililərin planlı yerləşməsinin tərtib edilmiş Texniki pasporta uyğin olmasını nəzərə alaraq, həmin torpaq sahəsində inşa edilmiş tikililərdən əlavə hər hansı tikili inşa edilməməsi meəyyən edilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evinin tikililərinin təmirli olduğu, tikililərin kostruktiv elementləri (divar, tavan, döşəmə) üzərində hər hansı bir qüsurun olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, tərəflərin həyətyanı torpaq sahələri və fərdi yaşayış evləri qonşudurlar. Məhkəmə iclasında aydın oldu ki, Cavabdeh istifadəsində olan həyətyanı torpaq sahəsində hər hansı bir qanunsuz tikili tikməmiş və İddiaçı hər hansı bir ziyan vurmamışdır. İddiaçı iddia tələbinin əsaslnl təşkil edən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədi. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “qanunsuz tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin azad edilməsi” hissəsini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 171.1-ci maddəsinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “Qəsd və maneələrin aradan qaldırılması, qanunsuz tikilinin və dam örtüyünün sökülməsi, arxa məhləyə, divara bitişik olan giriş-çıxış qapısının bağlanması və digər antisanitariya vəziyyətinin təmiz lənməsi və aradan qaldırılması tələbi barədə” iddiası əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar