Məhkəmə qərarları › İş №2(066)-573/2023

Göygöl Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(066)-573/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-573/2023 11.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 014A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2839.88 manat məbləğində kredit borcu, 21.86 manat məbləğində faiz borcu və 365.69 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3227.43 (üç min iki yüz iyirmi yeddi manat qırx üç qəpik) manat məbləğində borcun və ödənilmiş 52.28 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(066)-573/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 014A********** saylı kredit razılaşması üzrə 2839.88 manat əsas, 21.86 manat faiz, 5 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2866.74 (bir min doqquz yüz yetmiş dörd manat doxsan qəpik) manat məbləğində borc və ödənilmiş 52.28 (əlli iki manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; iddiаnın qаlаn hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə tərəflərə göndərildikdən sonra müəyyən olunmuşdur ki, qətnamədə verilmiş bütün tələblər həll edilməmiş və qətnamədə tələblərdən biri ilə bağlı bənd qeyd edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 229.1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. MPM-nin 229.2-ci maddəsinə əsasən, əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki işə kiçik iddia qaydasında baxıldığından məhkəmə iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermir. İşdən müəyyən edilir ki, iddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmədə digər tələblərlə yanaşı müqavilənin ləğv edilməsini də tələb etmiş və bununla bağlı sübutlar təqdim etmiş, qətnamədə isə həmin tələblə bağlı məsələ həll edilməmişdir. Məhkəmə təqdim edilmiş sübutları iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(066)-573/2023 nömrəli qətnaməsində tələblərdən biri ilə bağlı məsələ həll edilmədiyindən əlavə qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə iddiaçının cavabdehlə aralarında bağlanmış müqavilələrin ləğvi tələbinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi müqavilələrin ləğvi hissəsində də təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 014A********** saylı kredit müqaviləsi ləğv edilməlidir. MPM-in 229.3-cü maddəsinə əsasən, əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər Şərh olunanlara əsasən və MPM-nin, 229, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 014A********** saylı kredit müqaviləsi ləğv edilsin. Əlavə qətnаmənin surəti rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Əlavə qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçt: Elektron ünvan İş № 2(066)-573/2023 «13» aprel 2023-cü il İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ünvan: Bakı şəhəri, Tbilisi prospekti 3, məhəllə 1033 Cavabdeh1 ünvan: Göygöl rayonu, Hacıməlik qəsəbəsi Cavabdeh2 ünvan: Bakı şəhəri, Maştağa qəs., N.Nərimanov küçəsi, ev 58 Cavabdeh3 ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəs., Z.Zeynalov küçəsi, 4-cü dön., ev 9D Cavabdeh4 ünvan: Bakı şəhəri, Bakıxanov qəs., Neftçilər küçəsi, ev 121 Cavabdeh5 ünvan: Bakı şəhəri, Bakıxanov qəs., Neftçilər küçəsi, ev 117A Göygöl Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(066)-573/2023 nömrəli əlavə qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: əlavə qətnamənin surəti “ 02” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar