Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-582/2024 15.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, kredit faizinin ödənilməsi tələbi barədə» mülki işə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçının xeyrinə 7700 manat əsas, 256,91 manat faiz borcu olmaqla cəmi 7956,91 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 99,72 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasına üzürlü səbəbdən gələ bilməməsini və mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Günay Hüseynovanın imzaladığı iddia ərizəsindən məlum olur ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin 10 oktyabr 2022-ci il tarixli bank xitmətlərinə dair ümumi ofertası əsasında Cavabdeh istehlak məqsədləri üçün 09 yanvar 2023-cü il tarixdən 35 ay müddətə, illik 27% ödəmək şərtilə 7700 (yeddi min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh 09 yanvar 2023-cü il tarixdə ərizə-anket imzalamaqla "xxxx" X1 Səhmdar Cəmiyyətinin ümumi ofertası ilə tanış olmasını şərtlərlə razı olmasını həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Həticədə Cavabdeh 05 mart 2024-cü il tarixə 7700 manat əsas, 256,91 manat faiz borcu olmaqla cəmi 7956,91 manat borcu yaranmışdır. Borcunu ödəməsi barədə ona bildiriş göndərməsinə baxmayarq o, borcunu ödəməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə görə, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 99,72 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən imzalanmış oğlu 09 yanvar 2023-cü il tarixdə ərizə-anketdən (aspekt) görünür ki, Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinin 10 oktyabr 2022-ci tarixli ümumi ofertası ilə tanış olmasını şərtlərlə razı olmasını həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" X1 Səhmdar Aidiyyəti Məhkəmə orqanına olan sənəddən məlum olur ki, 09 yanvar 2023-cü il tarixdə ərizə-anketə və 10 oktyabr 2022-ci tarixli ümumi ofertaya əsasən bağlanmış AGİD********** kredit xətti müqaviləsi üzrə Cavabdeh kart vasitəsi ilə 35 ay müddətə, illik 27% ödəmək şərtilə 7700 (yeddi min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh kart təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş 05 mart 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 09 yanvar 2023-cü il tarixdə ərizə-anketə və 10 oktyabr 2022-ci tarixli ümumi oferta üzrə 05 mart 2024-cü il tarixə 7700 manat əsas, 256,91 manat faiz borcu olmaqla cəmi 7956,91 manat borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə Cavabdehn arasında bağlanmış AGİD********** kredit xətti müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti arasında 09 yanvar 2023-cü il tarixdə ərizə-anketə və 10 oktyabr 2022-ci tarixli ümumi ofertaya əsasən bağlanmış AGİD********** kredit xətti müqaviləsi üzrə Cavabdeh kart vasitəsi ilə 35 ay müddətə, illik 27% ödəmək şərtilə 7700 (yeddi min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün ödənilmiş dövlət rüsumuna görə 95 (doxsan beş) manat, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 09 yanvar 2023-cü il tarixdə ərizə-anketə və 10 oktyabr 2022-ci tarixli ümumi ofertaya əsasən bağlanmış AGİD********** kredit xətti müqaviləsi üzrə 7700 manat əsas, 256,91 manat faiz borcu olmaqla cəmi 7956 (yeddi min doqquz yüz əlli altı) manat, 91 (doxsan bir) qəpik və ödənilmiş dövlət rüsumuna görə 99 (doxsan doqquz) manat, 72 (yetmiş iki) qəpik alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-582/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-582/2024
15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver