Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-616/2023 08.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X6 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında 08 may 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlılar 26 yanvar 2012-ci il təvəllüdlü X3, 19 dekabr 2012-ci il təvəllüdlü X2 və 19 dekabr 2012-ci il təvəllüdlü X1 üçün ödənilən 300 (üç yüz) manat aliment hissəsinin artırılaraq bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, 3 uşağa görə 640 (altı yüz qırx) manat sabit pul məbləği miqdarında olması və mediasiyaya ödədiyi 50 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2010-ci ilin oktyabr ayının 24-ü günündə ailə quraraq bir yerdə yaşamaqla bir təsərrüfatı idarə etmişlər. Cavabdehlə aralarında olan nikah, Göygöl rayon İHB-nin İƏDÜ Qızılca kənd nümayəndəliyində 2010cu ilin oktyabr ayının 24-ü günündə nikah aktı qeydləri kitabında 14 nömrə ilə nikahları qeydə alınmışdır. Cavabdeh ilə nigahlarından xx.xx.2012-ci il tarixdə X7, xx.xx.2012-ci il tarixdə X5 və xx.xx.2012-ci il tarixdə X9 adlı uşaqları anadan olmuşdur. Cavabdeh X8 ilə ailə qurduqdan sonra yola getməmişlər, mütəmadi olaraq ailədə narazılıqların yaranmasına cavabdeh səbəb olmuşdur. Bu səbəbdən cavabdehlə bir yerdə yaşamaları baş tutmamış və aralarında olan nikah əlaqələri faktiki olaraq tam kəsilmişdir. Göygöl rayon Məhkəməsinin 2(066)-1059/2020-saylı, 11 dekabr 2020-ci il tarixli qətnaməsi ilə, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2012- ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 07 avqust 2020-ci il tarixdən başlayaraq hər ay bir uşağa görə 100 (yüz) manat, üç uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Azyaşlılar normal böyüyǝrǝk, cəmiyyətə layiqli vətəndaş kimi yetişməsi üçün yaxşı qidalanmalı, geyimləri və digər xərcləri təmin olunmalıdır. İddiaçı özü heç bir yerdə işləmir, bunu təmin edə bilmir. Ailəsi aztəminatlı kateqoriyasına aiddir. Bu və digər səbəblərdən azyaşlıların gündəlik tələbatlarını ödəyə bilmir. Cavabdeh isə uşaqların saxlanması üçün heç bir köməklik etmir. Bununla bağlı iddiaçı Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, cavabdeh mediasiya xidmətinə gələrək alimentin artırılmasından imtina etmiş və bu barədə mediasiyada arayış tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X10 məhkəməyə verdiyi izahatında iddianı müdafiə etdiyini, iddiaçının heç bir yerdə işləməməsini, 2 ildir ki, cavabdehin onu evdən çıxarmasını, odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddianı qəbul etməməsini, belə ki, hazırda atasının evində yaşamasını, iddiaçının da öz atasının evində yaşamasını, özünün yenidən ailə qurmasını, 4350 manat aliment borcunu ödəməyə çalışmasını, ona görə də əlavə aliment ödəməyə imkanı olmamasını, odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Yeni Qızılca kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 mart 2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı-oğlu X7, X5 və X9 ilə birgə Göygöl rayonunun Yeni Qızılca kəndində qeydiyyatdadırlar. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatının 13 mart 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 763484 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 26 yanvar 2012-ci ildə anadan olmuş X3 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon Yeni Qızılca kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ 817513 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19 dekabr 2012-ci ildə anadan olmuş X2 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon Yeni Qızılca kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ 817514 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19 dekabr 2012-ci ildə anadan olmuş X4 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İş materiallarında olan AA saylı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə anadan olmuşdur. İşdə olan Göygöl Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 26 yanvar 2012-ci il təvəllüdlü X3, 19 dekabr 2012-ci il təvəllüdlü X2 və 19 dekabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün 300 (üç yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmaları üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmaları əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşağın hüququnu müdafiə edən Qanun normalarını əsas götürüb İddiaçı iddia tələbini qismən təmin edərək 26 yanvar 2012-ci il təvəllüdlü X3, 19 dekabr 2012-ci il təvəllüdlü X2 və 19 dekabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün 300 (üç yüz) manat təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 110 (bir yüz on) manat, cəmi 330 (üç yüz otuz) manat sabit məbləğdə aliment müəyyən edilməklə İddiaçı xeyrinə ödənilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 26 yanvar 2012-ci il təvəllüdlü X3, 19 dekabr 2012-ci il təvəllüdlü X2 və 19 dekabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cəmi 300 (üç yüz) manat təyin edilmiş alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 110 (bir yüz on) manat, cəmi 330 (üç yüz otuz) manat sabit məbləğdə aliment müəyyən edilməli və iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 08 may 2023-cü il tarixli, 2(066)-616/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddianın qalan hissəsi isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26 yanvar 2012-ci il təvəllüdlü X3, 19 dekabr 2012-ci il təvəllüdlü X2 və 19 dekabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmarı üçün hər 300 (üç yüz) manat təyin edilmiş alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 110 (bir yüz on) manat, cəmi 330 (üç yüz otuz) manat sabit məbləğdə aliment müəyyən edilsin və iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 08 may 2023-cü il tarixli, 2(066)-616/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-616/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-616/2023
08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver