Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-618/2023 15.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdeh Zamin iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı ASC) cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2021-ci il tarixli, İK № 004- S/AZN-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 4 950 AZN (dörd min doqquz yüz əlli manat) əsas , 2.004.80 AZN (iki min dörd manat 80 qəp.) faiz, 2 104.56 AZN (iki min bır yüz dörd manat 56 qəp.) cərimə cəmi 9 059.36 AZN (doqquz min əlli doqquz manat 36 qəp.) məbləğində borcun və tərəflərindən ödənilmiş 110.60 AZN (bir yüz on manat 60 qəp.) məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də həbsdə olduğundan məhkəməyə gəlməsi mümkün olmamışdır. Məhkəmə işə Cavabdeh onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında iddianı müdafiə etdiyini, Cavabdeh arasında bağlanmış 14 yanvar 2021-ci il tarixli, İK № 004- S/AZN-21 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 24 % faiz olmaqla, 6 358 AZN (altı min üç yüz əlli səkkiz manat) məbləğində kredit vəsaitinin verildiyini, buna müvafiq olaraq, tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əsasən, kreditin və kredit faizlərinin birgə borcalan tərəfindən banka qaytarılmasının müddətlərinin və qaydasının müəyyən edildiyini, xx.xx.2021-ci il tarixli, 004-S/AZN-21 saylı «Zaminlik müqaviləsi»nə əsasən Zamin kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh 14 yanvar 2021-ci il tarixli, İK № 004-S/AZN-21 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürdüklərini, lakin kredit müqaviləsinin şərtlərinə cavabdehlər tərəfindən əməl edilmədiyini, borclulara kreditin qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmıyaraq kreditin və kredit faizlərinin qaytarılmasına dair bu günə kimi borcun ödənilməsi üçün heç bir tədbir görmədiklərini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Zamin izahatında iddianı qismən qəbul edərək göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2021-ci il tarixli, İK № 004-S/AZN-21 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh bankdan 6 358 AZN (altı min üç yüz əlli səkkiz manat) məbləğində kredit vəsaiti götürmüşdür, bununla bağlı o Cavabdeh zamin durmuş onunla bank arasında xx.xx.2021-ci il tarixli, 004-S/AZN- 21 saylı «Zaminlik müqaviləsi» bağlanmışdır.Cavabdeh cinayət törətdiyinə görə xx.xx.2021-ci il tarixdə həbs olunduğundan kredit borcunu ödəyə bilməməşdir. Bankın onlara qarşı 4 950 AZN (dörd min doqquz yüz əlli manat) əsas , 2.004.80 AZN (iki min dörd manat 80 qəp.) faiz, 2 104.56 AZN (iki min bır yüz dörd manat 56 qəp.) cərimə cəmi 9 059.36 AZN (doqquz min əlli doqquz manat 36 qəp.) məbləğində borcun və tərəflərindən ödənilmiş 110.60 AZN (bir yüz on manat 60 qəp.) məbləğində dövlət rüsumu tələbinə dair iddianın cərimə hissəsini qəbul etmir. Hazırda özü başqa banka kredit ödəyindən zamin olduğu həmin kredit borcunu ödəməyə maddi imranı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2021-ci il tarixli, İK № 004-S/AZN-21 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə illik 24 % faiz olmaqla, 6 358 AZN (altı min üç yüz əlli səkkiz manat) məbləğində kredit 24 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Gəncə filialı ilə Zamin arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 004-S/AZN-21 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh 14 yanvar 2021-ci il tarixli, İK № 004- S/AZN-21 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASC Ağstafa filialından 6358 manat pulu götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 14 yanvar 2021-ci il tarixli, İK № 004-S/AZN-21 saylı kredit müqaviləsi üzrə Banka 4 950 AZN (dörd min doqquz yüz əlli manat) əsas , 2.004.80 AZN (iki min dörd manat 80 qəp.) faiz, 2 104.56 AZN (iki min bır yüz dörd manat 56 qəp.) cərimə cəmi 9 059.36 AZN (doqquz min əlli doqquz manat 36 qəp.) məbləğində borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən borcalan Cavabdeh və Zamin ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli pretenziyalarda borclulara kredit borclarını ödəmələri, borclarını ödəmədikləri halda məhkəməyə müraciət edəcəkləri şöstərilmişdir. İş materiallarında olan Göygöl rayon İHB-nın Şəhriyar kən İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışında Cavabdeh Şəhriyar kəndində qeydiyyayda olması və hazirda həbsdə olduğu göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmət 10 saylı cəza çəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli 3-16-17/25/2-940/2023 nəmrəli arayışında xx.xx.1996-cı ildə Göygöl rayonunda anadan olmuş məhkum Cavabdeh Lənkəran Ağır Cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 maddələri ilə təqsirli bilinərək cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 10 il müddətinə azadlıqdan məhrum edildiyi və hazırda Ədliyyə Nazirliyi Penitensiar xidmət 10 saylı cəza çəkmə müəssisəsində cəza çəkdiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Yenə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə də həmin Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materiallarından, həmçinin iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiklərinə görə 2 104.56 AZN (iki min bır yüz dörd manat 56 qəp.) cərimə (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq tətbiq olunmuş 2 104.56 AZN (iki min bır yüz dörd manat 56 qəp.) məbləğində cərimə (dəbbə) pulunun miqdarını azaldaraq cavabdehlərdən 210 AZN (iki yüz on) manat cərimə (dəbbə) pulu tutulmasını məqsədə müvafiq hesab edir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2021-ci il tarixli, İK № 004-S/AZN-21 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 4 950 AZN (dörd min doqquz yüz əlli manat) əsas , 2.004.80 AZN (iki min dörd manat 80 qəp.) faiz, 2 104.56 AZN (iki min bır yüz dörd manat 56 qəp.) cərimə cəmi 9 059.36 AZN (doqquz min əlli doqquz manat 36 qəp.) məbləğində borcun və tərəflərindən ödənilmiş 110.60 AZN (bir yüz on manat 60 qəp.) məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2021-ci il tarixli, İK № 004-S/AZN-21 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 4 950 AZN (dörd min doqquz yüz əlli manat) əsas , 2.004.80 AZN (iki min dörd manat 80 qəp.) faiz, 2 10 AZN (iki yüz on manat 56 qəp.) cərimə cəmi 7 164.80 AZN (yeddi min bir yüz altmış dörd manat 80 qəp.) məbləğində borc və İddiaçı ASC tərəfindən ödənilmiş 110.60 AZN (bir yüz on manat 60 qəp.) məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-618/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-618/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver