Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-63/2025 22.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 11902 nömrəli kredit müqaviləsi üzrə ona borclu olduğu 6000 (altı min) manat əsas borcu, 1930 manat faiz borcu, 534.42 manat dəbbə borcu olmaqla, ümumilikdə 8464.42 (səkkiz min dörd yüz altmış dörd manat qırx iki qəpik) manat pulun və ödənilmiş 105 (yüz beş) manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o sahibkarlıqla məşğul olan fiziki şəxs kimi (Lombard) fəaliyyət göstərir. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 11902 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə aylıq ödəniş 317 (üçyüz on yeddi) manat olmaqla 6000 (altı min) manat kredit götürmüşdür. Aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh 2023-cü ilin dekabr ayından etibarən ödənişləri həyata keçirməli idi. Lakin cavabdeh 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar, fevral, mart, aprel və may ayları üçün aylıq ödənişləri və faizləri ödəməmişdir. Cavabdeh 2024-cü ilin iyun ayında cəmi 300 (üç yüz) manat, iyul ayında 170 manat ödəniş etmişdir. Həmin ödənişlər faizə hesablanmışdır. Bundan sonra, yəni 2024-cü ilin avqust və sentyabr aylarında cavabdeh yenə heç bir ödəniş etməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixə cavabdehin lombarda 6000 (altı min) manat əsas borcu, 1930 (bir min doqquz yüz otuz) manat faiz borcu, 534.42 (beş yüz otuz dörd manat qırx iki qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 8464.42 (səkkiz min dörd yüz altmış dörd manat qırx iki qəpik) manat kredit borcu yaranmışdır. 02 sentyabr 2024-cü il tarixdə o, cavabdehə borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq məktubu göndərmişdir. Lakin cavabdeh onun xəbərdarlıq məktubuna cavab verməmişdir. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ilə aramızda bağlanmış xx.xx.2023-cü il tarixli 11902 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə aylıq ödəniş 317 (üçyüz on yeddi) manat olmaqla 6000 (altı min) manat kredit götürmüşdür. Aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh 2023-cü ilin dekabr ayından etibarən ödənişləri həyata keçirməli idi. Lakin cavabdeh 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar, fevral, mart, aprel və may ayları üçün aylıq ödənişləri və faizləri ödəməmişdir. Cavabdeh 2024-cü ilin iyun ayında cəmi 300 (üç yüz) manat, iyul ayında 170 manat ödəniş etmişdir. Həmin ödənişlər faizə hesablanmışdır. Bundan sonra, yəni 2024-cü ilin avqust və sentyabr aylarında cavabdeh yenə heç bir ödəniş etməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixə cavabdehin lombarda 6000 (altı min) manat əsas borcu, 1930 (bir min doqquz yüz otuz) manat faiz borcu, 534.42 (beş yüz otuz dörd manat qırx iki qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 8464.42 (səkkiz min dörd yüz altmış dörd manat qırx iki qəpik) manat kredit borcu yaranmışdır. 02 dekabr 2024-cü il tarixdə cavabdeh lombarda 2800 (iki min səkkiz yüz) manat pul ödəmişdir. Həmin məbləğ cavabdehin əsas borcundan silinmişdir. Beləliklə, cavabdehin lombarda 5664,42 (beş min altı yüz altmış dörd manat qırx iki qəpik) borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə uyğun olaraq, Cavabdeh xx.xx.2023-cü il tarixli 11902 nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 3200 (üç min iki yüz) manat əsas borcun, 1930 manat faiz borcunun, 534.42 manat dəbbə borcunun olmaqla, ümumilikdə 5664.42 ( beş min altı yüz altmış dörd manat qırx iki qəpik) manat pulun və ödənilmiş 105 (yüz beş) manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, məhkəmə gedişatı zamanı cavabdeh əsas borc məbləğindən 2800 (iki min səkkiz yüz) manat məbləğində ödəniş etmiş, onlar da bu səbəbdən iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, iddia tələblərini azaltmışlar, bundan əlavə cavabdehlə aralarında hər hansı razılıq əldə olunmamışdır. Həmçinin məhkəmədə qaldırmış olduqları iddia ilə bağlı, eləcə də cavabdeh tərəfindən qəbul edilmiş iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizələrinə hər hansı etiraz verilməmişdir. Göstərilənlərə əsasən, eləcə də cavabdeh tərəfindən 2800 manat məbləğində ödənişin edilməsi göstərir ki, cavabdeh özü də iddianı qəbul edir, özü də öz səhvini başa düşür ki, özü müqavilənin şərtlərinə əməl etməmişdir. Həmçinin faizlə bağlı müddəaya və müqaviləyə də cavabdeh özü qol çəkmişdir. Bu səbəbdən də iddia ilə bağlı dəqiqləşdirmə hissəni nəzərə almaqla iddia tələblərinin təmin olunmasını xahiş edir. Əlavə olaraq bildirdi ki, cavabdehlə barışıq üçün hər hansı razılıq əldə olunmamışdır. İddiaçı fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçməklə lombard fəaliyyəti ilə məşğul olur. Tərəflər arasında bağlanmış 07 noyabr 2023-cü il tarixli müqavilə lombard müqaviləsidir, sadəcə lombard müqaviləsində girov qoyulması nəzərdə tutulmuşdur. Cavabdeh də girov əşya qoymadan ona pul vəsaitinin verilməsini xahiş etmiş və həmin pul vəsaiti ilə cavabdeh digər lombardda olan borcunu bağladıqdan sonra qızıllarını oradan götürüb hazırkı lombard müqaviləsi üzrə girov qoyacağını vəd etmiş, lakin, cavabdehə sözügedən pul vəsaiti verilsə də o, qızılları gətirib girov qoymamışdır. Cavabdehə məxsus məhkəməyə təqdim etdikləri whatsapp yazışmaları və səs yazısından da göründüyü kimi cavabdeh qızılları gətirəcəyini, borcu ödəyəcəyini bildirmiş, buna görə də İddiaçı cavabdehi gözləmiş, lakin cavabdehin sözündə durmadığını gördükdən sonra məhkəməyə müraciət etməli olmuşdur. Mülki iş məhkəmənin icraatında olduğu vaxt cavabdeh borcundan 2800 (iki min səkkiz yüz) manat ödəniş etmiş və İddiaçı iddiasını geri götürməsini, borcunu ödəyəcəyini bildirmiş, lakin hələ də 2800 manat məbləğində ödədiyindən başqa ödəniş etməmişdir. 2024-cü ilin iyun və iyul aylarında cavabdeh tərəfindən cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində edilmiş ödənişlər məhkəməyə müraciət olunmazdan əvvəl olduğu üçün həmin ödənişlər cavabdehin faiz borcundan çıxılmış, məhkəmə gedişatında ödənilən 2800 (iki min səkkiz yüz) manat məbləğində ödəniş isə cavabdehin əsas borc məbləğindən çıxılmış və bununla bağlı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim olunmuşdur. Müqavilə “lombard müqaviləsi” nəzərdə tutularaq bağlanmış, sadəcə həmin müqavilə əsasında kredit verildiyi üçün sözügedən müqaviləni kredit müqaviləsi adlandırmışlar. Cavabdeh İddiaçı ona veriləcək vəsait hesabına başqa lombardda olan borcunu bağlayaraq qızıllarını oradan çıxarıb girov olaraq iddiaçıya təhvil verəcəyini vəd etmiş, lakin cavabdeh sözügedən qızılları gətirməmiş, sonra da ona dəfələrlə müraciət olunduqda qızılları gətirəcəyini, borcunu ödəyəcəyini bildirsədə aldığı pulu geri qaytarmamışdır. Həmçinin tərəflər arasında müqavilə bağlanmış, cavabdeh həmin müqavilənin şərtlərinə, faizlərə özü imza atmış, sadəcə müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh 6000 manat məbləğində pul götürmüşdür. Cavabdehdən qızıllar istənildiyi zaman pulu ödəyəcəyini bildirmiş, lakin qızılları təqdim etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin müddəti 2026-cı ildə bitir, sadəcə olaraq cavabdeh tərəfindən müqavilənin şərtləri pozulduğu üçün onlar məhkəməyə müraciət etməli olmuşlar. Tərəflər arasında bağlanmış müqavilənin baş tutmamasına səbəb cavabdehin müqavilənin şərtlərinə əməl etməməsi, həmçinin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi olmuşdur. İddia tələbləri ilə bağl dəqiqləşdirmə ərizələrinin nəzərə alınaraq, yəni əsas borc məbləğindən 2800 (iki min səkkiz yüz) manat məbləğin çıxılması istisna olmaqla iddia tələblərinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onunn iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh ona verilən sualları cavablandırarkən bildirmişdir ki, neçə il bundan əvvəl o sözügedən yerdən 5000 (beş min) manat məbləğində pul götürmüş, mütəmadi olaraq ödəniş etmiş, sonra bir ara ödəniş edə bilmədiyindən həmin borc məbləğinin üzərinə faizlər yığılmışdır. O, pul vəsaitini İddiaçı almışdır. 6000 (altı min) manat məbləğində pulu götürmüş və həmin borcdan 2800 manat ödəniş etmişdir. Müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi təxminən otuz və üstü olmuşdur. Ondan girov əşyası götürülməmiş, pul vəsaiti ona girov qoyulmadan verilmişdir. Onunla müqavilə bağlanılmışdır. İş materialların əlavə olunmuş CD-diskə baxış keçirilərkən Cavabdeh borcunun ödəyəcəyini bildirməsi məlum olmuşdur. İş materialların əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə anadan olmuşdur və Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 11902 nömrəli Lombard müqaviləsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh 6000 (altı min) manat məbləğində 36 ay müddətinə 48 faiz dərəcəsi ilə Anuitet qrafik əsasında kredit vermiş, kreditin girov əsasında verilməsi və girova qızıl-zinət əşyaları götürülməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 11902 nömrəli Lombard müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən fiziki şəxs kreditin müddətliyi, qaytarılması, ödənilməsi və təminatlığı prinsipləri əsasında Borcalana 6000 altı min AZN məbləğində 36/ay müddətinə illik 48% dərəcəs ilə Anuitet qrafik əsasında kredit verilir. 1.2-ci bəndinə əsasən kreditin qaytarılma müddəti xx.xx.2026 tarixədək müəyyən edilir. 1.3-cü bəndinə əsasən kredit girov əsasında verlir. Girova qızıl-zinət əşyaları götürülür. 2.1-ci bəndinə əsasən borcalan kredit alarkən, ərizə, şəxsiyyəti təsdiq edən sənəd, qızıl-zinət əşyalarının siyahısını təqdim etməlidir. 2.2-ci bəndinə əsasən müqavilə kreditin tam qaytarılması və faizlərin tam ödənilməsinədək qüvvədədir. 2.3-cü bəndinə əsasən faizlər kreditin verildiyi gündən başlayaraq qalıq məbləğinə hesablanır. 2.4-cü bəndinə əsasən borcalan kreditə hesablanmış faizləri və ya krediti vaxtında Lombarda ödəmədiyi halda əvvəlcədən xəbərdarlıq etməklə (10 günədək) vaxt verir, əlavə olaraq gecikdirilmiş məbləğə aylıq 8% cərimə hesablanır. Əlavə verilmiş vaxt (30 gün) müddətində kredit (ssuda) qaytarılmazsa Girov Lombardın mülkiyətinə keçir. Əşyaların satılmasından hasil olan pul qalığı məbləğindən Lombarda çatacaq bütün borc pul məbləği (girov qoymaqla pul, saxlanılmaq üçün faiz və satılma xərci) çıxıldıqdan sonra girov verənə verilir. Əgər əlavə verilmiş vaxt ərzində kredit qaytarılmazsa və ya ümumiyətlə müştəri Lombarda gəlməzsə, bu halda girovverən həmin əmlakı geri tələb etmək və girovun satışında iştirak etmək hüququndan məhrum olunur. Belə olan tədqirdə girov istənilən hüquqi və fiziki şəxslərə bazar qiymətinə uyğun satılır. Hesablaşmalar 10 günlüklər üzrə icra edilir, yəni 1 gün və 1 gündən artıq , 10 günə qədər müddət üçün 10 günün haqqı tutulur. Kreditin əsas borcundan ödəniş olduqda, faizlər onun qalan hissəsinə hesablanacaq. Kredit və ona hesablanmış faizlər tam ödənildikdə, girova götürülmüş qızılzinət əşyaları akt əsasında Lombard tərəfindən şənbə və bazar günləri istisna olmaqla Borcalana qaytarılır. Lombarda girov qoyulmuş əşyalar Lombard tərəfindən korlanarsa, yaxud itərsə, lombard girov aktında göstərilən məbləği 3 gün müdətində girovverənə ödəyir. Müqaviləyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı ona 36 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit ayrılmasını xahiş etmişdir. Müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 36 ay müddətinə aylıq 317 (üç yüz on yeddi) manat ödəniş edilməklə, 6000 (altı min) manat kredit məbləğini və ona hesablanmış 5423.57 manat faiz məbləğini ödəməyə razı olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 000012 saylı X4 müəyyən olunur ki, Cavabdeh 6000 (altı min) manat məbləğində pulu qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə 02 sentyabr 2024-cü il tarixə 6000 manat əsas borcu, 1930 manat faiz borcu, 534.42 manat dəbbə borcu olmaqla ümumilikdə 8464.42 (səkkiz min dörd yüz altmış dörd manat qırx iki qəpik) manat borcu olduğu bildirilmiş və kredit borcunu 7 gün ərzində ödəməyəcəyi halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. SX037953844AZ göndəriş nömrəli poçt qəbzindən də görünür ki, YK Kredit tərəfindən Cavabdeh xx.xx.2024-cü ildə, saat 16:02-də məktub göndərilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamədən də görünür ki, Cavabdeh “YK” Kredit tərəfindən göndərilmiş məktubu xx.xx.2024-cü il tarixdə təhvil almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh kredit vəsaiti alındığı gündən məhkəməyə müraciət olunduğu günədək 2024-cü ilin iyun və iyul aylarında, cəmi 2 dəfə olmaqla, ümumilikdə 470 manat məbləğində ödəniş etmiş, həmin ödənişlər də borclunun faiz borclarından silinmişdir. Maliyyə arayışında borclunun xx.xx.2024-cü il tarixə 6000 AZN əsas borcu, 1930 AZN faiz borcu, 534.42 AZN dəbbə borcu olmaqla, cəmi 8464.42 (səkkiz min dörd yüz altmış dörd manat qırx iki qəpik) borcu olduğu əks olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-İ-3xx-xx/2024 saylı fəaliyyət növü barədə məktubdan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, vergi orqanına təqdim etdiyi sənədlərə və elektron uçot-məlumat bazasına əsasən əsas və əlavə fəaliyyət növü kimi “lombardın fəaliyyəti” (fəaliyyət növünün kodu 6492201) olması bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş ********** nömrəli VÖENdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı lombard fəaliyyəti ilə məşğul olmaqla, Cavabdeh ilə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli 11902 nömrəli Lombard müqaviləsinə əsasən fiziki şəxs kreditin müddətliyi, qaytarılması, ödənilməsi və təminatlığı prinsipləri əsasında borcalana 6000 manat məbləğində 36 ay müddətinə illik 48% dərəcəs ilə anuitet qrafik əsasında kredit verilir, kreditin qaytarılma müddəti xx.xx.2026 tarixədək müəyyən edilir. Kredit girov əsasında verlir. Girova qızıl-zinət əşyaları götürülür. Borcalan kredit alarkən, ərizə, şəxsiyyəti təsdiq edən sənəd, qızıl-zinət əşyalarının siyahısını təqdim etməlidir. Müqavilə kreditin tam qaytarılması və faizlərin tam ödənilməsinədək qüvvədədir. Faizlər kreditin verildiyi gündən başlayaraq qalıq məbləğinə hesablanır. Borcalan kreditə hesablanmış faizləri və ya krediti vaxtında Lombarda ödəmədiyi halda əvvəlcədən xəbərdarlıq etməklə (10 günədək) vaxt verir, əlavə olaraq gecikdirilmiş məbləğə aylıq 8% cərimə hesablanır. Əlavə verilmiş vaxt (30 gün) müddətində kredit (ssuda) qaytarılmazsa Girov Lombardın mülkiyətinə keçir. Əşyaların satılmasından hasil olan pul qalığı məbləğindən Lombarda çatacaq bütün borc pul məbləği (girov qoymaqla pul, saxlanılmaq üçün faiz və satılma xərci) çıxıldıqdan sonra girov verənə verilir. Əgər əlavə verilmiş vaxt ərzində kredit qaytarılmazsa və ya ümumiyətlə müştəri Lombarda gəlməzsə, bu halda girovverən həmin əmlakı geri tələb etmək və girovun satışında iştirak etmək hüququndan məhrum olunur. Belə olan tədqirdə girov istənilən hüquqi və fiziki şəxslərə bazar qiymətinə uyğun satılır. Hesablaşmalar 10 günlüklər üzrə icra edilir, yəni 1 gün və 1 gündən artıq , 10 günə qədər müddət üçün 10 günün haqqı tutulur. Kreditin əsas borcundan ödəniş olduqda, faizlər onun qalan hissəsinə hesablanacaq. Kredit və ona hesablanmış faizlər tam ödənildikdə, girova götürülmüş qızılzinət əşyaları akt əsasında Lombard tərəfindən şənbə və bazar günləri istisna olmaqla borcalana qaytarılır. Lombarda girov qoyulmuş əşyalar Lombard tərəfindən korlanarsa, yaxud itərsə, lombard girov aktında göstərilən məbləği 3 gün müdətində girovverənə ödəyir. Bundan əlavə müəyyən edildi ki, İddiaçı xx.xx.2023-cü il tarixli 11902 nömrəli Lombard müqaviləsi üzrə Cavabdeh 6000 manat pulu vermiş, lakin Cavabdeh müqavilənin bağlanılması və borcun təminatı şərtlərindən biri olan özünə məxsus qızıl-zinət əşyalarını lombarda girova qoymayaraq müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh 2024-cü ilin iyun ayında 300 (üç yüz) manat, iyul ayında 170 manat, 02 dekabr 2024-cü il tarixdə 2800 (iki min səkkiz yüz) manat pul ödəniş etmişdir. Həmçinin müəyyən edildi ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 11902 nömrəli kredit müqaviləsi üzrə ona borclu olduğu 6000 (altı min) manat əsas borcu, 1930 manat faiz borcu, 534.42 manat dəbbə borcu olmaqla, ümumilikdə 8464.42 (səkkiz min dörd yüz altmış dörd manat qırx iki qəpik) manat pulun və ödənilmiş 105 (yüz beş) manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra məhkəməyə tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək, 02 dekabr 2024-cü il tarixdə cavabdeh lombarda 2800 (iki min səkkiz yüz) manat pul ödənildiyini, həmin məbləğ cavabdehin əsas borcundan silindiyini, cavabdehin 2024-cü ilin iyun ayında 300 (üç yüz) manat, iyul ayında 170 manat etdiyi ödənişlərin faiz borcuna hesablandığı bildirilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh ona verilən sualları cavablandırarkən bildirmişdir ki, neçə il bundan əvvəl o sözügedən yerdən 5000 (beş min) manat məbləğində pul götürmüş, mütəmadi olaraq ödəniş etmiş, sonra bir ara ödəniş edə bilmədiyindən həmin borc məbləğinin üzərinə faizlər yığılmışdır. O, pul vəsaitini İddiaçı almışdır. 6000 (altı min) manat məbləğində pulu götürmüş və həmin borcdan 2800 manat ödəniş etmişdir. Müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi təxminən otuz və üstü olmuşdur. Ondan girov əşyası götürülməmiş, pul vəsaiti ona girov qoyulmadan verilmişdir. İddiaçı tələbini kredit müqaviləsindən irəli gələn tələb olaraq müqavilə üzrə əsas və faiz borcunu cavabdehdən tələb etmişdir. Cavabdeh məhkəmə baxışında iştirak etmədiyindən iddia tələbi üzrə xahişini məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin ikitərəfli müqavilədə öhdəliklərin icra edilməməsi əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 302.1.-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısa müddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.2.-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 302.3.-ci maddəsinə əsasən Saxlanca qoyulan əşyalar lombarda verilir. Həmin Məcəllənin 302.4.-ci maddəsinə əsasən Lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Həmin Məcəllənin 302.7.-ci maddəsinə əsasən Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Həmin Məcəllənin 302.8.-ci maddəsinə əsasən Lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 302.9.-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. Həmin Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə göstərilən qanunvericiliyin tələbinə əsasən qeyd edir ki, lombard fəaliyyəti ilə məşğul olan iddiaçı ilə cavabdeh arasında lombard girovu müqavilələri bağlanmalı, həmin müqavilələrə əsasən cavabdeh özünə məxsus olan qızıl-zinət əşyalarını lombarda girova qoymaqla iddiaçıdan kredit almalı, cavabdeh kredit borclarının qaytarılması üzrə öz öhdəliyini icra etmədiyi halda girov əşyalara tutma yönəldilməli və əşyaların satılmasından əldə edilmiş vəsaitlər hesabına kredit borcu ödənilməlidir. Belə ki, lombard girovu ilə təmin edilmiş öhdəlikdə kreditorun tələb hüququ girov qoyulmuş əşyaların satılmasından əldə edilmiş vəsaitlə məhdudlaşır və bu vəsait borcun ödənilməsinə kifayət etmədikdə belə kreditorun tələbləri ləğv olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur. Həmin Məcəllənin 447.3-cü maddəsinə əsasən öhdəliyin pozuntusu cüzi olduqda; öhdəliyin pozulması üçün tamamilə və ya əsasən kreditorun özü məsuliyyət daşıdıqda; öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda müqavilədən imtina yolverilməzdir. Həmin Məcəllənin 447.4-cü maddəsinə əsasən müqavilədən imtina üçün əsasların baş verəcəyi aşkar olduqda kreditor müqavilədən icra müddəti qurtaranadək imtina edə bilər. Həmin Məcəllənin 447.5-ci maddəsinə əsasən borclu müqavilədən imtina üçün kreditora ağlabatan müddət təyin edə bilər. Həmin Məcəllənin 447.6-cı maddəsinə əsasən əgər ikitərəfli müqaviləyə görə borclu onun üzərinə qoyulmuş öhdəliklərdən imtina edə bilərsə, ona bu hüququ verən hal isə kreditorun təqsiri üzündən yaranmışsa, o, cavab icrası almaq hüququnu saxlayır. Əgər cavab icrası üçün əsas kreditorun icranı almağı ləngitdiyi vaxt əmələ gələrsə, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Məhkəmə tərəflər arasında bağlanılmış lombard müqaviləsi ilə bağlı qeyd edir ki, lombard fəaliyyəti ilə məşğul olan İddiaçı xx.xx.2023-cü il tarixli 11902 nömrəli Lombard müqaviləsi üzrə Cavabdeh 6000 manat pulu vermiş, lakin Cavabdeh müqavilənin bağlanılması üçün göstərilən şərtə əməl etməyərək özünə məxsus qızıl-zinət əşyalarını lombarda girova qoymamaqla müqavilənin bağlanılmasında imtina etmiş, bununla da tərəflər arasında nəzərdə tutulan lombard müqaviləsinin bağlanılması baş tutmamışdır. Lakin hazırki işin faktiki hallarına görə iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən pul məbləğini versə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə olan halda iddiaçı cavabdehə vermiş olduğu pulun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə faiz üzrə borc tələbi hissəsində iddianı əsaslı hesab etməyərək hesab edir ki, iddiaçının lombard fəaliyyətini həyata keçirməsi üçün xüsusi icazəsi olsa da, kredit müqaviləsi üzrə faizlərlə pulun verilərək gəlir əldə etməkdə səlahiyyətli deyil, həmçinin tərəflər arasında cavabdeh tərəfindən bağlanılmasından imtina edilmiş lombard müqaviləsindən irəli gələn müqavilə münasibət vardır. Bu səbəbdən cavabdehə borc kimi verilmiş pullara görə faiz borcu tələb etmək üçün qanuni əsaslar mövcud deyildir, faizlər üzrə yaranan borc tələbi hissədə iddianın təmin edilməsi üçün qanuni əsaslar olmadığından iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavlə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə iclasında müəyyən olunmuş hallar əsas götürülməli, Cavabdeh İddiaçı aldığı 6000 manat puldan, 2024-cü ilin iyun ayında 300 (üç yüz) manat, iyul ayında 170 manat, 02 dekabr 2024-cü il tarixdə 2800 (iki min səkkiz yüz) manat ödəmiş olduğu cəmi 3270 manat məbləğ nəzərə alınmalı, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2730 (iki min yeddi yüz otuz) manat pul məbləği tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 105 manat dövlət rüsumunun 48 (qırx səkkiz) manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını, 57 (əlli yeddi) manat hissəsinin isə iddiaçının özünə aid edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2730 (iki min yeddi yüz otuz) manat pul məbləği və məhkəmə xərci olaraq 48 (qırx səkkiz) manat dövlət rüsumu olmaqla ümumilikdə 2778 (iki min yeddi yüz yetmiş səkkiz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-63/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-63/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver