Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-636/2025 29.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 ilə rəsmi nigahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının 4/1 hissəsində miqdarında təyin edilmiş alimentin dəyişdirilərək, sabit məbləğdə hər ay 250 manat alimentin müəyyən edilməsi, qızı X6 3 yaşı tamam olana kimi saxlanmasına dair 30 manat məbləğdən 100 manat məbləğə artırılması tələbini və Mediasıya Təşkilatina ödədiyi 60 manat məbləğin ona verilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X8 ilə el adəti ilə evlənərək ailə həyatı qurmuşlar və xx.xx.2022-ci il tarixdə Gəncə Regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşlar. Uşaqlar onun himayəmdə yaşayırlar. Cavabdehdən Göygöl şəhər Məhkəməsin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən uşağın saxlanması üşün hər ay əmək haqqısının 4/1 hissəsində aliment tutulması və uşağın 3 yaşına kimi saxlanmasına görə 30 manat məbləğ müəyyən edilmişdir. Cavabdeh hal-hazırda Göygöl şəhəri Fövqalada Hallar Nazirliyində sürücü işlədiyi üçün o, alimenti hər ay vaxtı-vaxtında kart vasitəsi ilə almışdır. Hal-hazırda cavabdeh bundan başqa Göygöl şəhərində KAMAZ markalı avtomaşınlarla daş alveri ilə məşğul olur. Cavabdeh alimentdən başqa özü uşağına heç bir maddi köməklik göstərmir. Belə ki, 2025-ci ildən aliment üzrə uşaqlar üçün yaşayış minumu 246 manat müəyyən edilmişdir və yaşayış minumumu üzrə maddi meyar artırılmışdır. O, övladının saxlanılması üçün hər ay 1000 manatdan çox xərc çəkir. Başqa bir tərəfdən isə uşaq üçün çəkilən bütün əlavə xərcləridə o çəkir, uşağın geyimlərini, xəstəlik xərclərini və digər əlavə xərclərdə o, təkbaşına çəkməli olur. Cavabdeh heç bir əlavə xərcdə ona köməklik etmir və heç bir maddi köməklik göstəmir. Cavabdeh əmək qabiliyyətlidir və aliment ödəmək iqtidarındadır. "Yaşayış Minumumi" haqqında Azərbaycan Respublikası qanununa əsasən, ölkə ərazisində 2025-ci il üçün uşaqlar üçün yaşayış minumumu 246 manat miqdarında müəyyən edilmişdir. O, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının 4/1 hissəsində miqdarında təyin edilmiş alimentin dəyişdirilərək sabit məbləğdə aliment təyin edilməsi və uşağın 3 yaşı tamam olana kimi saxlanmasına dair alimentin miqdarının artırılması tələbi ilə bağlı Mediasiya Təşkilatina müraciət etmişdir. Cavabdeh mediasiya prosesinə gəlməmiş, aliment verməkdən və mediasiya xərclərini ödəməkdən imtina etdiyi üçün mübahisəni məhkəmədən kənarda həl edə bilməmişlər. Göygöl Rayon Məhkəməsinin 2(066)-636/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilməsi» tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)- 984/2023 saylı qətnaməsi ilə 03 may 2023-cü il tarixdə anadan olmuş X5 3 yaşı tamam olana kimi hər ay 30 manat tutularaq İddiaçı ödənilməsi hissəsində alimentin dəyişidirilməsinə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdeh İsmayıllı X1 İdarəsində işləyir, özü isə işə götürülməsi ilə bağlı "xxxx" MMC-yə CV göndərmiş, lakin hələ işə götürülməmişdir, hazırda heç yerdə işləmir. Eyni zamanda cavabdehin cəriməsi olduğu üçün ödənilən cərimə cavabdehdən tutulan alimentin məbləğinə təsir göstərmişdir. Belə ki, son 3 aydır ki, cavabdeh tərəfindən onun kartına 182 manat məbləğində aliment köçürülür. Bu səbəbdən məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləğinin sabit pul məbləği ilə dəyişdirilməsi üçün məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehin işləməsi ilə bağlı məhkəməyə təqdim edə biləcəyi sübutu yoxdur. Məkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (anası) Nümayəndə izahatında göstərdi ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin tutulması qaydasının dəyişdirilməsinə razı deyil, bundan sonra da aliment məbləğinin qazancın 1/4 hissəsində tutulmasını istıyir. Belə ki, oğlu X4 İdarəsində sürücü vəzifəsində işləməklə 730 manat məbləğində əmək haqqı almışdır, son 2-3 aydır ki, həmin əmək haqqı azaldılaraq 630 manat məbləğində müəyyən edilmişdir. Oğlu 730 manat əmək haqqı alan zaman təxmini ayda 200 manat aliment ödəmişdir. Hazırda hər ay Banklara kredit ödəyir, tək oğlunun maaşı ilə dolanırlar. Odur ki, aliment məbləğinin 200 manat həddində müəyyən edilməsinə razı olduğunu bildirdi. Göstərilənləri nəzərə alaraq aliment məbləğinin 200 manat həddində saxlanılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, İddiaçı və cavabdehin nümayəndəsi (anası) Nümayəndə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci ildə Göygöl rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 may 2023-cü il tarixli, AZ-İV 866804 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü ildə Göygöl rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 124 nömrəli qeyd aparılmışdır. (atası Cavabdeh, anası isə İddiaçıdır) İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-984/2023 saylı qətnaməsindən görünür ki, 03 may 2023-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment və 03 may 2023-cü il tarixdə anadan olmuş X5 3 yaşı tamam olana kimi hər ay 30 manat tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Göygöl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞG/1/2024-00054 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və qəbzdən görünür ki, vətəndaş Vəliyeva X3 Cavid Calal oğluna qarşı “uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarında təyin edilmiş alimentin dəyişdirilərək sabit məbləğdə aliment təyin edilməsi və uşağın 3 yaşına kimi saxlanılmasına dair təyin olunmuş aliment məbləğinin artırılması tələbi”nə dair mübahisə üzrə xx.xx.2025-ci il tarixdə saat 10:00-da mediasiya prosesi keçirilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiyaya dair xərcini ödəmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində nəzarətçi vəzifəsində işləməklə 554.19 manat əmək haqqı alır. Beləliklə məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Tərəflər ailə kimi bir müddət biy yerdə yaşasalar da, sonradan yaranmış narazılıqlara görə tərəflər ayrılmış və azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Bundan sonra iddiaçı aliment tələbi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-984/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 03 may 2023-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment və 03 may 2023-cü il tarixdə anadan olmuş X5 3 yaşı tamam olana kimi hər ay 30 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 ilə rəsmi nigahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının 4/1 hissəsində miqdarında təyin edilmiş alimentin dəyişdirilərək, sabit məbləğdə hər ay 250 manat alimentin müəyyən edilməsi, qızı X6 3 yaşı tamam olana kimi saxlanmasına dair 30 manat məbləğdən 100 manat məbləğə artırılması tələbini və Mediasıya Təşkilatina ödədiyi 60 manat məbləğin ona verilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia ərizənin təmin edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi (anası) aliment məbləğinin 200 manat həddində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın “8.11-1-ci bəndində göstərilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.”; “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023–cü il yanvar ayının 1– dən 345 manat müəyyən edilmişdir. Həmçinin, 2024–cü ildə də ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvar ayının 1– dən 400 manat müəyyən edilmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aliment məbləğinin dəyişdirilməsi tələbi qismən təmin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirlərini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, aliment ödəyən şəxsin sabit qazanca sahib olmasını və əmək haqqından tutulmasının mümkün olmasını nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, cavabdehin əmək haqqını, habelə digər halları nəzərə alaraq hesab edir ki, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin sabit pul məbləğində dəyişdirilməsi üçün əsaslar vardır. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Məhkəmə hesab edir ki, alimentin sabit pul məbləğində təyin edilməsi tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən aliment xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən ildən artıq müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatı və saxlanma xərcləri artmışdır. Bundan başqa məhkəmə uşağın marağını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının xx.xx.2025– ci il tarixdən, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,50 misli həddində sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşağın mənafeyinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2025–ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafeyinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Odur ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-984/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilərək sabit pul məbləğində, yəni xx.xx.2023-cü il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalı, dəyişdirilmiş hissədə alimentin tutulması, ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalı və iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiyaya çəkilən xərc iddiaçı tərəfindən ödənildiyindən, cavabdehin dəvət edilməsinə baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 60 (əlli) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-984/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilərək sabit pul məbləğində, yəni xx.xx.2023-cü il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Dəyişdirilmiş hissədə alimentin tutulması, ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-636/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-636/2025
29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver