Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-666/2023 17.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlu sədrliyi və məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun iştirakı ilə, İddiaçı “ABC-Telecom “MMC-nin Cavabdeh qarşı pul tələbinə dair dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı “ABC-Telecom “MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək Cavabdeh cəmi 424 manat borc və 30 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəməyə iddiaçı ərizə gödərərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizələrini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin geri qaytarılması və işin baxılmamış saxlanılması barəsində ərizə verildiyindən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri tərəflərə izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı : İddiaçı ABC-Telecom “MMC-nin Cavabdeh qarşı pul tələbinə dair dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim:Qələmdar Abbasov İş № 2(066)-666/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Göygöl rayon məhkəməsi Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, İddiaçı “ABC-Telecom “MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə 17 may 2023-ci il tarixdə Göygöl rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 10:20-də başlandı. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 178-ci maddəsinə əsasən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən məruzə edərək bildirirki, “İddiaçı “ABC-Telecom “MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək Cavabdeh cəmi 424 manat borc və 30 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə müşavirə otağına gedir və qayıtdıqdan sonra, sədrlik edən iddia ərizəsinin məhkəmənin icraatında baxılmasından imtina edilməsinə dair qərardadı elan edir və onun məzmunu izah edir. Məhkəmə iclası 17:10-da bağlı elan olunur. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-50-65 İş № 2(066)-666/2023 17 may 2023-ci il ABC Telecom” MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 73 A Göygöl Rayon Məhkəməsinin 17 may 2023-ci il tarixli, 2(066)-666/2023 nömrəli qərardadına əsasən ərizəniz və ona əlavə edilmiş sənədləriniz özünüzə geri qaytarılır. Qoşma : qərardad və ona əlavə edilmiş sənədlər « » vərəq. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-666/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-666/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver