Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-67/2024 18.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə 7666 manat əsas, 638.68 manat faiz, 74.81 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8379.49 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 103.8 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini, ona hesablanmış borcla razılaşdığını, maddi imkanı olmadığı üçün "xxxx" X3 Səhmdar Cəmiyyətinə krdit borcundan ödəniş edə bilmədiyini, kredit götürən vaxtı Mingəçevir şəhəri yaxınlığındakı Gülöyşə kəndində şirkətdə işlədiyini,işdən çıxarıldığını, hal hazırda günü 20 manata taksi işlədiyini və ailədə tək gəlir gətirənin o olduğunu məhkəmə iclasında bildirmişdir. Məhkəmə Cavabdeh izahatını və iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" X3 Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit və Bank hesabı müqaviləsinin surətindən görünür ki, Cavabdeh illik 18 faiz olmaqla 36 (otuz altı) ay müddətinə 7666 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunan 17 iyul 2023-cü il tarixli bildiriş məktubunun surətindən görünür ki, Cavabdeh üzərinə düşən borc öhdəliyi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 7666 manat əsas, 638.68 manat faiz, 74.81 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8379.49 manat borcu vardır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən 103.80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 445.1. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1. maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən iş üzrə cavabdeh tərəfindən borc və həmin borc üzrə hesablanmış faiz qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 7666 manat əsas, 638.68 manat faiz, 74.81 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8379.49 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 103.8 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 2(066)-67/2024 18 yanvar 2024-cü il "xxxx" Kommersiya Bankı ASC Gəncə şəhəri Şahlar Hüseynov küçəsi bina 2 Cavabdeh, Göygöl şəh.,51-li kabel sahəsi Göygöl Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(066)-67/2024 nömrəli qətnaməsinin sürəti məlumat üçün Sizə göndərilir. Qoşma : Qətnamənin sürəti. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-67/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-67/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver