Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-701/2024 02.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «nisyə götürülmüş malların pulunun ödənilməsi tələbinə dair» iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nisyə götürülmüş malların pulunun ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh nisyə götürmüş olduğu mobil telefona görə 600 (altı yüz) manat və qızıl-zinət əşyalarına görə 600 (altı yüz) manat pulun ödənilməsinə dair qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, Daşkəsən şəhərində yaşamaqla kiçik sahibkarlıqla məşğul olur. Belə ki, Daşkəsən şəhərində icarəyə götürdüyü mağazada mobil telefonların, qızıl-zinət əşyalarını və sair istehlak mallarının satışı ilə məşğul olur. Vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Cavabdeh çoxdan tanıyır. 09 mart 2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh nisyə olaraq 600 (altı yüz) manat dəyərində “Samsunq” markalı mobil telefon və 09 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh nisyə olaraq 600 (altı yüz) manat dəyərində 600 (altı yüz) manat və qızıl-zinət əşyaları satmışdır. Aralarında olan razılaşmaya əsasən Cavabdeh həmin müqavilələrin hər biri üçün, hər ay ona 100 (yüz) manat olmaqla, hər ay ona cəmi 200 (iki yüz) manat pul ödəməli idi. Ancaq Cavabdeh hal-hazıra kimi borcunu ödəməmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5ci maddəsinə əsasən hazırki mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxxx 1994-cü il tarixdə anadan olmuşdur, N saylı hərbi hissədə xitmət edir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 113212 nömrəli vəsiqəsindən məlum olur ki, İddiaçı müharibə veteranıdır. Mülki işə əlavə edilmiş İddiaçı Cavabdeh arasında bağlanmış 09 mart 2024-cü il tarixli kredit müqaviləsindən məlum olur ki, İddiaçı tərəfindən Cavabdeh nisyə olaraq, hər ay 100 (bir yüz) manat ödəmək şərti ilə “Samsunq” markalı mobil telefon satılmışdır. Mülki işə əlavə edilmiş İddiaçı Cavabdeh arasında bağlanmış 09 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsindən məlum olur ki, İddiaçı tərəfindən Cavabdeh nisyə olaraq, hər ay 100 (bir yüz) manat ödəmək şərti ilə 585 əyarında, 5 qram çəkidə qızıl qolbağ satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 324.1-ci maddəsinə müvafiq olaraq əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə görəşifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan RespublikasıMM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan RespublikasıMM-in 567-ci maddəsində qeyd olunub ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MM-in 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə qeyd edilir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə iclasında aydın oldu ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən İddiaçı tərəfindən Cavabdeh nisyə olaraq, hər ay 100 (bir yüz) manat ödəmək şərti ilə “Samsunq” markalı mobil telefon və hər ay 100 (bir yüz) manat ödəmək şərti ilə 585 əyarında, 5 qram çəkidə qızıl qolbağ satılmışdır. Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, cəmi 1200 (min iki yüz) manat pulu İddiaçı ödəməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən dövlət rüsumuna görə 35 (otuz beş) manat pul alınıb dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «nisyə götürülmüş malların pulunun ödənilməsi tələbinə dair» iddiası təmin olunsun. Cavabdeh nisyə götürmüş olduğu mobil telefona görə 600 (altı yüz) manat və qızılzinət əşyasına görə 600 (altı yüz) manat olmaqla cəmi 1200 (min iki yüz) manat pul alınıb, İddiaçı verilsin. Cavabdehdövlət rüsumuna görə 35 (otuz beş) manat pul alınıb dövlət büdcəsinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-701/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-701/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver