Məhkəmə qərarları › İş №2(066)-704/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-704/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-704/2024 07.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və 18 iyul 2018-ci il tarixdə anadan olmuş X3, hər uşağa ayda sabit məbləğdə 180 manat cəmi 360 manat məbləğində alimentin, 2024-cü il yaşayış minimumu və dolanışıq xərcləri nəzərə alınmaqla qaldırılaraq hər uşağa ayda sabit 300 manat, cəmi 600 manat məbləğində müəyyən edilməsi haqqında və mediasiya xidməti üçün ödədiyi 55 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edimiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruru tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Göygöl rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-20/2024 saylı qətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 və 18 iyul 2018-ci il təvəllüdlü X3 yetkinlik taşına çatana kimi hər birinin saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat olmaqla ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən qısa müddət keçmişdir, birinci instasniay məhkəməsi həmin qətnamənin qanuniliyini yoxlamaq səlahiyyətinə malik deyildir. Həmçinin iddiaçı aliment məbləğinin artırılması üçün yeni əsaslar irəli sürməmişdir. Belə ki, tərəflər arasında olan mübahisəyə artıq hüquqi qiymət verildiyindən və bu barədə Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, bundan sonra eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir. Həmçinin iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair sənədin əsli əlavə edilmədiyindən bu məsələyə münasibət bildirilməməlidir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlər birlikdə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev İş № 2(066)-704/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi X1 tərəfindən məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizənin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 14:40-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:50-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar