Məhkəmə qərarları › İş №2(066)-707/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-707/2024

08.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-707/2024 08.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar və xx.xx.2010-cu ildə Daşkəsən rayon Qeydiyyat Şöbsində 123 saylı akt qeydi ilə nikahlarını rəsimləşdirmişlər, bu nikahdan xx.xx.2011-ci ildə anadan olmuş Damla adlı bir uşaqları var. Daşkəsən rayon məhkəməsinin xx.xx.2013cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur və X6 onun himayəsinə verilmişdir. Uşağı tək saxlayır və heç bir yerdə işləmir. Xəyal isə uşağın saxlanılmasında köməklik etmədiyi üçün Daşkəsən rayon məhkəməsinin 2(030)-472/2013 saylı xx.xx.2013cü il qətnaməsi ilə Damlanın saxlanılması üçün hər ay Cavabdeh 40 manat məbləğində alimentin tutulub ona verilməsi qət olunmuşdur. Cavabdeh 2013-cü ildən 40 manat alimenti ödəyir alimentdən başqa, uşağın saxlanılmasında heç bir köməklik etmir, 40 manat alimentlə uşağı saxlamaqda və maddi ehtiyaclarını təmin etməkdə çətinlik çəkir. Uşaq böyüdükcə onun maddi və digər tələbatlarıda artır. Özü heç bir yerdə işləmir və rəsmi gəlir yeri yoxdur. Buna görə də alimentin miqdarının artırılmasına zərurət yaranmışdır. Eyni zamanda bildirmək istəyir ki, qeyd olunan məsələ ilə bağlı tərəfindən Mediasiya Şurasına müraciət edilib və ilkin mediasiya sessiyası təyin edilmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməməsi ilə bağlı xx.xx.2024-cü tarixdə ilkin mediasiya sessiyasının MŞS/12024-00131 saylı arayışı verilmişdir. 50 manat məbləğində mediasiya xərci tam şəkildə onun tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iddiaçı Hüseynova (Qurbanova, Quluyeva) X7 Əlikərəm qızı iddia tələbinə uyğun ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh bu günədək ayda 40 manat aliment ödəmişdir. Hazırda qızının 14 yaşı var və onun xərcləri artmışdır. Cavabdeh Rusiya Federasiyasında işləyir və aylıq təxminən 1000 manata yaxın qazanc əldə edir. Cavabdehin yüksək qazanc əldə etməsi ilə bağlı onda heç bir sübut yoxdur. 51 manat məbləğində mediasiya xərci tam şəkildə onun tərəfindən ödənilmişdir və cavabdehdən məhkəmə xərclərini tələb edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehn anası X4 tərəfindən məhkəməyə ərizə göndərərək, hazırda Cavabdeh Ukranya Respublikasında yaşadığını, iddiaçının hər ay 40 manat aliment borcunun vaxtı-vaxtında ödənildiyini və iddiaçının onlara 9000 manat borcu olmasına əsasən razılaşıb 40 manat aliment ödədidiklərini, onların həmin borc məbləği ilə bağlı alimentin 40 manat olması ilə bağlı razılaşdıqlarını qeyd etmiş və işə ədalətli baxılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Daşkəsən rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş olan AZ-İİ seriyalı, 757624 nömrəli, 21 oktyabr 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 (Atası Cavabdeh, anası Hüseynova (Qurbanova, Quluyeva) Günay Əlikərəm qızı) xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin 10-cu ayının 21-ci günündə 369 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Daşkəsən rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 169797 nömrəli, 21 avqust 2013-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2013-cü ilin 8-ci ayının 21-ci günündə 28 nömrə ilə qeyd aparılmış, kişiyə Qurbanov arvada Quluyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 2(030)-472/2013 nömrəli, 25 dekabr 2013-cü il tarixli məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.2011-ci ildə anadan olmuş X1 üçün 25 dekabr 2013-cü il tarixdən başlayaraq hər ay borclu - Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsində yaşayan Cavabdeh uşaq üşün 40 (qırx) manat sabit pul məbləğində aliment tutulub tələbkar – Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi bina 24A, mənzil 20-də yaşayan Quluyeva (Qurbanova) Günay Əlikərəm qızına ödənilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, MŞS/1/2024-00131 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və qəbzdən görünür ki, vətəndaş İddiaçı Əlikram qızı və vətəndaş Cavabdeh ailə münasibətlərindən irəli gələn “alimentin artırılması” mübahisə üzrə xx.xx.2024-cü il tarixdə saat 10:00-da mediasiya prosesi həyata keçirilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, Hüseynova (Qurbanova, Quluyeva) Günay Əlikərəm qızı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiyaya dair xərci və mediasiya xidməti üçün 1 manat xidmət haqqı ödəmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-472/2013 nömrəli, 25 dekabr 2013-cü il tarixli məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.2011-ci ildə anadan olmuş X1 üçün 25 dekabr 2013-cü il tarixdən başlayaraq hər ay borclu - Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsində yaşayan Cavabdeh uşaq üçün 40 (qırx) manat sabit pul məbləğində aliment tutulub tələbkar – Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi bina 24A, mənzil 20-də yaşayan Quluyeva (Qurbanova) Günay Əlikərəm qızına ödənilməsi qərara alınmışdır. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş hər ay uşaq üçün 40 manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən 40 manat məbləğində aliment xx.xx.2013-cü il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 11 ilə yaxın müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatları və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh iddiaçı Hüseynova (Qurbanova, Quluyeva) Günay Əlikərəm qızının xeyrinə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(066)-472/2013 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş, 40 (qırx) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Hüseynova (Qurbanova, Quluyeva)Günay Əlikərəm qızının xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və artırılmış hissədə alimentin illik məbləği, həmçinin iş üzrə iddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 51 (əlli bir) manat məbləğində mediasiya dair xərci ödəməsi nəzərə alınmalı, cavabdehdən 51 (əlli bir) manat məbləğində mediasiya dair xərc tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(030)-472/2013 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü Damla adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün atası Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, anası İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 51 (əlli bir) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar