Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-72/2024 24.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X5 və maraqlı şəxs Daşınmaz əmlakin Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə içlasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh, X5 və maraqlı şəxs Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X8 ilə aralarında 15 dekabr 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin (yazılı qaydada tərtib olunmuş) bağlanmış hesab edilməsi və Göygöl rayonu Qızılqaya qəsıbısində yerləşən Cavabdeh və X3 adlarına olan 0,42 da torpaq sahəsinin adına rəsmiləşdirilməsi; əgər alqı-satqı müqaviləsi bağlanmış hesab edilməyəcəyi təqdirdə cavabdehlərə ödədiyi 1200 ABŞ dolları və həmin pula görə əldən çıxmış faydanın cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətmnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəməyə iddiasinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən Torpağa Mülkiyyət hüququna dair JN-0195 KOD 50806088 nömrəli Dövlət Aktına əsasən Cavabdeh mülkiyyətində olan 0.21 ha və Torpağa Mülkiyyət hüququna dair JN-0189 KOD 50806088 nömrəli Dövlət Aktına əsasən X3 mülkiyyətində olan 0.21 ha. cəmi 0.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onunla Cavabdeh və X8 arasında 15 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və qəbul edilmiş qətnamənin Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən Cavabdeh və X3 adına olan cəmi 0,42 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün əsas hesab edilməsi, əgər alqı-satqı müqaviləsi bağlanmış hesab edilməyəcəyi təqdirdə cavabdehlərə ödədiyi 1200 ABŞ dolların və həmin pula görə əldən çıxmış faydanın cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətmnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Qeyd olunanlara görə məhkəmə ərizəçi İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. İş üzrə cavabdehlər Cavabdeh və X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı işə qiyabi icraat qaydasında baxılmasını xahiş edərək, bu barədə məhkəməyə yazılı ərizəni təqdim etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edərək, bu barədə qərardad qəbul etdi. İddia onunla əsaslandırılmışdır ki, 15 dekabr 2004-cü il tarixdə cavabdehlər Cavabdeh və X8 ilə aralarındakı razılaşmaya əsasən cavabdehlər özlərinə məxsus Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən cəmi 0,42 ha torpaq sahəsini 1200 ABŞ dollarına ona satmışlar. Aralarındakı 15 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən o, cavabdehlərə pulu verir, onlarda torpaq sahəsini dərhal ona təhvil verir, gələcəkdə hər-hansı bir mübahisə çıxarsa bütün məsuliyyəti cavabdehlər daşıyır, əgər gələcəkdə cavabdehlər alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən boyun qaçırarsa onun ödədiyi pulu və həmin pula görə ona dəymiş maddi ziyan tələbini cavabdehlər ödəyəcəklər .Alqı-satqı müqaviləsi bağlandıqdan hal-hazıra kimi torpaq sahəsindən o, istifadə edir. Əlindəki alqı-satqı müqaviləsi ilə bir neçə dövlət orqanına müraciət etsə də ona həmin müqavilə ilə sənədləşmə işləri aparmanın mümkün olmadığı bildırılmişdir.Dəfələrlə cavabdehlərlə əlaqə saxlamaq istəsədə ünvanlarını bilmədiyindən torpaq sahəsini adına rəsmiləşdirə bilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib göstərdi ki, torpağı 1200 ABŞ dollarına almışdır. Adına rəsmiləşdirə bilmir. Aralarında akt tərtib olunub. Cavabdehlərin yaşadıqları ünvanı bilmir. İddianın təmin olunmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanldırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X6 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, satılan torpaq sahəsi ilə qonşudur. Torpaq sahəsini Starə xala əkib becərir və 2004-cü ildən torpaq sahəsi onun istifasindədir. Alqı-satqıda o da iştirak etmişdir. X1 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Starə onun anasıdır. Anası 2004-cü ildə 0,42 ha torpaq sahəsini 1200 ABŞ dollarına almışdır. Həmin torpaq sahəsini əkin yeri kimi istifadə edirlər. Pul onun yanında verilmişdir. X2 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Starə anasıdır. Həmin 0.42 ha torpaq sahəsini anası 2004-cü ildə 1200 ABŞ dollarına almışdır.Alqı-satqıda o, da iştirak etmiş, aralarında akt yazmışlar.1200 dollar pul veriblər. Həmin torpaq sahəsi anasının istifadəsindədir. İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-0195 seriyalı KOD 50806088 saylı Dövlət Aktından görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli 06 saylı qərarı ilə Xanlar rayonu Qızıqaya qəsəbə sakini Cavabdeh mülkiyyətinə 0,21 ha kənd təsəərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-0189 seriyalı KOD 50806088 saylı Dövlət Aktından görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli 06 saylı qərarı ilə Xanlar rayonu Qızıqaya qəsəbə sakini X3 mülkiyyətinə 0,21 ha kənd təsəərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 15 dekabr 2004-cü il tarixdə Cavabdeh, Dürdanə Qazıyevanın, İddiaçı, Paşa İbrahimovun və Samit Əliyevin iştirakları ilə tərtib olunub imzalanmış aktda Xanlar rayonu Qızılqaya qəsəbəsində yerləşən 0.42 sot torpaq sahəsinin şahidlər X4, X10 iştirakı ilə Cavabdeh və X8 tərəfindən İddiaçı 1200 ABŞ dollarına satıldığı göstərilmişdir. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1943-cü ildə ünvan 1 ünvanda qeydiyyatdadır. Məhkəmə yuxarıda şərh edilən sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakılara görə iddianın əsaslı olması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının MM-nin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdilənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Məhkəmədə müəyyən olur ki, Cavabdeh tərəfindən mülkiyyətində olan 0.21 ha. və X8 tərəfindən mülkiyyətində olan 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2004-cü ilin dekabr ayında İddiaçı 1200 ABŞ dollarına satılmış və torpaq sahəsi həmin vaxtdan sonuncunun istifadəsindədir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi işin faktiki hallarına və mövcud maddi və prosessual hüquq normalarına uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun İ. K. Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxır və yalnız onlardan istifadə edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi göstərdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən Torpağa Mülkiyyət hüququna dair JN-0195 KOD 50806088 nömrəli Dövlət Aktına əsasən Cavabdeh mülkiyyətində olan 0.21 ha, Torpağa Mülkiyyət hüququna dair JN-0189 KOD 50806088 nömrəli Dövlət Aktına əsasən X3 mülkiyyətində olan 0.21 ha, cəmi 0.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh və X8 arasında 15 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli və qəbul edilmiş qətnamə Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən Cavabdeh və X3 adına olan cəmi 0,42 ha torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi üçün əsas hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-244 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən Torpağa Mülkiyyət hüququna dair JN-0195 KOD 50806088 nömrəli Dövlət Aktına əsasən Cavabdeh mülkiyyətində olan 0.21 ha, Torpağa Mülkiyyət hüququna dair JN-0189 KOD 50806088 nömrəli Dövlət Aktına əsasən X3 mülkiyyətində olan 0.21 ha, cəmi 0.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh və X8 arasında 15 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qəbul edilmiş qətnamə Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən Cavabdeh və X3 adına olan cəmi 0,42 ha torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi üçün əsas hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra, 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğv etmə müddəti bitdikdən sonra, tərəflər 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-72/2024
Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(066)-72/2024
24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver