Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-784/2023 06.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı Zeynalabdin qızının etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Zeynalabdin qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında 06 iyul 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Zeynalabdin qızı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı 10 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlnılması üçün ödənilən 140 manat alimentin artırılaraq bir uşaq üçün 220 (iki qüz iyirmi) manat sabit pul məbləği miqdarinda olması va mediasiyaya ödədiyi 50 mamat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Zeynalabdin qızının etibarnamə üzrə nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Göygöl rayon məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(066)-1083/2020 saylı qətnaməsi ilə 10 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 140 manat alimentin tutulub İddiaçı Zeynalabdin qızına ödənilməsi qət edilmişdir. Cavabdehin maddi imkanı yaxşı olmasına baxmayaraq uşağının saxlanılmasına əlavə maddi köməklik göstərmir. Uşaq məktəblidir, məsrəfləri yetərincə artmışdır. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həmdə maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçı üçün çox çətindir. Cavabdehin verdiyi 140 manatla uşağın tələbatını ödəmək mümkün deyil. İddiaçı uşağını maddi çətinliklə saxlayır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iddiaçının tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş doğum şəhadətnaməsinin surətindən görünür ki, 10 iyun 2019-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçı Zeynalabdin qızıdır. İş materiallarına əlavə edilmiş qətnamənin sürətindən görünür ki, Göygöl rayon məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(066)-1083/2020 saylı qətnaməsi ilə Cavabdeh 10 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat aliment İddiaçı Zeynalabdin qızınin xeyrinə qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirk edilməməsi barədə 13 aprel 2023-cü il tarixli MSG/İ-01209 nörəli arayışdan görünür ki, İddiaçı Zeynalabdin qızı alimentin artırılması tələbi ilə bağlı müraciət etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı Zeynalabdin qızı 50 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın Maqsimum dərəcədə cəmiyyətdə normal inkişafına tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcldərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatının artmasını və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq, cavabdehin əlavə gəliri barədə məhkəməyə rəsmi məlumat təqdim edilmədiyindən iddianın qismən təmin edilərək uşaqların saxlanılması üçün alimentin miqdarının artırılaraq sabit məbləğdə bir uşağa 190 manat aliment qət edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, Göygöl rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(066)- 1083/2020 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən məhkəmə aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh mediasiya xidməti üçün ödənilmiş 50 manat alinib İddiaçı Zeynalabdin qızına və dövlət rüsumu hesabına 30 manat alınaraq Respublika büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 190 (bir yüz doxsan) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh mediasiya xidməti üçün ödənilmiş 50 manat alinib İddiaçı Zeynalabdin qızına və dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Göygöl rayon məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(066)-1083/2020 il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatina xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-784/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-784/2023
06.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver