Məhkəmə qərarları › İş №2(066)-792/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-792/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-792/2025 16.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulan zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulan zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 üç ildə 22500 (iyirmi iki min beş yüz) manat ziyanı ödəməsini və onun asan imzadan istifadə etmədiyi üçün ona məlumatların poçt vasitəsilə verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, Göygöl rayonu Qarabulaq kənd ərazisində yerləşən Fərəcovlar ailəsinin üzvlərinin razılığı əsasında notarial qaydada alqı-satqı müqaviləsi ilə 2005-ci ildə 5.38 ha əkənək və biçənək torpaq sahələrini almış, lakin B. Fərəcov hüquqi qüvvəsini itirmiş 1998-ci ildə tərtib olunmuş torpağın mülkiyyətinə verilməsinə dair dövlət aktı ilə Göygöl rayonu Qarabulaq kənd ərazisində yerləşən 5.38 ha torpaq sahəsinə dair saxta yolla xx.xx.2019-cu il tarixdə Cavabdeh1 (saxta sənəd çıxarması üçün ölmüş atası Vaqifin adını dəyişdirib Vahid kimi tanıtmışdır) özünün və digərlərin adına mülkiyyət hüququ verən çıxarışlar almışdır. Bundan sonra ona təzyiq göstərmiş təhrikçilərlə Cavabdeh2, Elşad Hüseynov adında olan kənd sakini və digərləri ilə birlikdə şumladığı torpağa buğda əkmiş və 3 il müddətində məhsul götürərək, onu əkindən gələn gəlirlərindən məhrum etmişlər. Gəncə inzibati Məhkəməsi (hakim cənab Emin Axundov) xx.xx.2022-ci il tarixli, iş № 2-1(114)-9/2022 qərarı ilə həmin çıxarışlar ləğv edilmiş, onun mülkiyyət hüququ həmin torpağa tanınmışdır. Məhkəmənin qərarı olmağına baxmayaraq Cavabdeh1 öz hərəkətini davam etdirərək ona, digər cavabdeh Göygöl Notarial ofisinə və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX 3 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun mülkiyyətində olan torpaq sahələrinə dair 2005-ci il tarixdən verilmiş “torpağa mülkiyyət hüququna dair” JN-0172 nömrəli kod 50808028 2005-ci ildə tərtib edilmiş Dövlət aktının etibarsız hesab edilməsinə dair Göygöl rayon məhkəməsində iddia qaldırmışdır. Cavabdeh1 Göygöl rayon məhkəməsinə verdiyi iddia ərizəsi təmin edilməməmiş, həmin qətnamədən onun verdiyi nə apellyasiya, nə də ki kassasiya şikayətləri təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi yekun qərar çıxartmışdır. Fərəcovlar ailəsinin ümumi razılığı ilə ona mülkün satılması təsdiq edilmiş, onun mülkiyyətçi olması tanınmışdır. Cavabdeh1 2022-ci ildə ərizə ilə Göygöl rayon Polis Şöbəsinə müraciət etmiş onun mülkiyyətinə verilmiş 2005-ci ildə dövlət aktının saxtalıqla əldə olunmasını bildirmişdir. Aparılan araşdırma zamanı onun əməlində heç bir saxtalıq müəyyən edilmədiyindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Eyni zamanda Cavabdeh1 fermer kimi özünü təqdim etmiş və fermerlərə nəzərdə tutulan dövlətdən subsidiya almışdır. Beləliklə, Cavabdeh1 saxta sənədlərlə əməllər etmiş o mülkiyyətçinin 2019-2022-ci illər ərzində onun Göygöl rayonu Qarabulaq kənd ərazisində yerləşən 5.38 ha torpaq sahəsinə dair istifadə və sahiblik hüquqlarından məhrum etmiş, gəlir əldə etməyə imkan verməmiş, ona küllü miqdarda ziyan vurmuş və əsassız olaraq varlanmışdır. Cavabdeh1 və digərləri cinayət yolu ilə əmlak hüquqlarını əldə etmiş, ona üç ildə 22500 (iyirmi iki min beş yüz) manat ziyan vurulmuşdur. Belə ki, vurulan zərər (ziyan) 3,06 ha əkənək torpaq və 2.3174 ha biçənək sahələrdən 3 il müddətində 36 ton taxıldan, 650x3=7500 ədəd saman presdən və 450x3=1350 ot presdən, o cümlədən almadığı subsidiyadan ibarətdir. Bildirir ki, Cavabdeh1 və digərlərinin cinayət əməllərindən o, hələ 2023-cü ilin yanvar ayından müraciət etmişdir. Material üzrə Təhqiqqat bölməsində araşdırma aparılmış xx.xx.2023-cü il tarixdə “cinayət işin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş, Göygöl rayon prokuroru 26 avqust 2023-cü il tarixli qərarı ilə təhqiqatçının qərarını ləğv etmiş, yenidən araşdırma aparılması üçün Göygöl RPŞ-nə göndərilmişdir. Təhqiqatçıların işi yubatdıqlarından və səriştəsizliyindən iş nəhayət 2023-cü ilin oktyabr ayında istintaqa daxil olmuşdur. İş polis kapitanı Rəşad Zeynalovun icraatında olmuş, lakin R.Zeynalov AR CPM-də nəzərdə tutulan ibtidai araşdırma zamanı bütün hallar üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, Göygöl rayon prokurorunun 26 avqust 2023-cü il tarixli qərarında “cinayət işin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında” 26 avqust 2023-cü il qərarında göstərilən xüsusatlar yoxlanılmadan təkrar material üzrə xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərardan məhkəməyə verdiyi şikayət Göygöl rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(066)-3/2024 nömrəli Qərarı ilə ləğv edilmiş və əlavə araşdırma aparılmasına dair Qərar qəbul etmişdir. Məhkəmənin Qərarından 1 il keçməsinə baxmayaraq hələ də heç bir araşdırma aparılmamışdır. Məlumdur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Müstəntiq cinayət prosesində iştirak edən hər bir şəxsə hüquq və vəzifələrini izah etmək, onların həyata keçirilməsinə imkan yaratmalı və nəzərdə tutulan ibtidai araşdırma müddətinə riayət etməlidir. O məhkəmənin qərarının icrası ilə və araşdırmanın aparılması ilə əlaqədar dəfələrlə Göygöl RPŞ-də olmuş. Məlum olmuşdur ki, iş müstəntiq polis kapitanı Royal Sadıqovun icraatındadır. Lakin, nəmalum səbəblərdən o, heç bir araşdırma aparmaq niyətində deyildir. Məsələyə aydınlıq gətirmək üçün o, Göygöl rayon prokuroru R.Həsənovun qəbulunda olmuş, prokuror ona bildirmişdir ki, Cavabdeh1 qarşı cinayət işin başlanması üçün o, mülki qaydada məhkəməyə müraciyət etsin. Məhkəmə Cavabdeh1 qarsı araşdırma aparmaq üçün xüsusi qərardad çıxardıqdan sonra onda cinayət işi başlana bilər!? Bu barədə Ali Məhkəmənin Plenumun Qərarı var. Hesab edir prokurorun dedikləri absurddur və təcüb gətirən bir şey deyil. Prokurorun məntiqi ilə hər mülkiyyətə dair törədilən cinayət əməllərinə görə məhkəmə xüsusi qərardad çıxarmasa cinayət isi başlanılmayacaq!? Bu günə kimi prokurora istintaqın aparılmaması ilə əlaqədar rəsmi ərizəsinə hədə cavab almamışdır. AR Konstitusiyasında imperativ qaydada qeyd olunur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Hesab edir ki, məhkəmənin qərarının icra edilməməsi həm Konstitusiyaya, həm də hakimə ən azı hörmətsizlikdir. Buna nə vaxtsa son qoyulmalıdır. AR Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. (71 və 72-ci maddələr) O, hazırkı iddia ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, iddia ərizəsinə vəsiqələrinin surətlərini əlavə etmədiyi üçün iş materiallarını geri götürmüşdür. Eyni zamanda vəsiqələrin surətlərini əlavə edərək yenidən xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmə AR MPM-nin 149.2.2-ci maddəsinə istinad edib (Cavabdeh1 atasının adı Vahid əvəzinə Vaqif kimi qeyd edildiyindən) xx.xx.2024-cü il tarixli qərardad qəbul etmiş, Göygöl rayon məhkəməsinin 2(066)- 605/2025 saylı xx.xx.2025-ci il tarixli aldığı qərardadın surətinə təqdim etdiyi iddia ərizəsi və əlavə edilən sənədlərin surətləri ona nə xx.xx.2025-ci il tarixdə, nə də ki 16 aprel 2025ci il tarixdə aldığı məktubla qaytarılmamış, o iddia ərizəsi ilə birlikdə ona 17 aprel 2025-ci il tarixdə göndərilən xx.xx.2025-ci il tarixli qərardaddan şikayət ərizəsi ilə birlikdə xx.xx.2025ci il tarixdə yenidən məkəməyə müraciət etmişdir. Lakin, onun şikayətinə, nə də ki iddia ərizəsinə baxılmamışdır. O, məhkəmənin köməkçisi Xəyalın qeyd etdiyiklərini nəzərə alıb yenidən müraciət etmişdir. Hesab edir ki, işə mahiyəti üzrə baxılmalıdır. Belə ki, Cavabdeh1la əlaqədar düzəlişlər edilmişdir. Cavabdeh1 atasının adı Vahid kimi qeyd edilməmişdir, digər cavabdehə dair heç bir irad olmamışdır. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək bildidi ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-9/2022 saylı qərarı əsasında onun iddiası təmin edilmiş, Cavabdeh1 adına verilmiş mübahisəli torpağa dair çıxarışlar ləğv edilmiş, bundan sonra öz adına çıxarış almışdır. O, İnizbati məhkəməyə müraciət edərkən Cavabdeh1 verilmiş 2019-cu il tarixli çıxarışların ləğv edilməsini xahiş etmiş və ona istinad etmişdir ki, 2005-ci ildə onların arasında alqı-satqı müqaviləsi olmuş və o həmin müqavilə əsasında qanuni olaraq 2005-ci ildə dövlət aktı almışdır. İnzibati məhkəməyə müraciət edərkən iddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonu, Qarabulaq kəndi ərazisində yerləşən Fərəcovlar ailəsinə - Fərəcov Vahid Həşim oğlunun, X4, Cavabdeh1 və Cavabdeh2 adlarına 5.38 ha əkənək və biçənək torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktında qeyd olunan 5.38 ha əkənək və biçənək torpaq sahələri Fərəcovlar ailəsinin üzvlərinin atası - Fərəcov Vahid Həşim oğlunun, anası - X4, Cavabdeh1 və arvadı - Cavabdeh2 razılığı əsasında notarial qaydada alqı-satqı müqaviləsindən sonra onun adına rəsmiləşdirilmişdir və onun torpağa mülkiyyətinə dair JN- 0172 kod 50808028 nömrəli 2005-ci ildə dövlət aktı tərtib edilmişdir. Bununla da qeyd olunan torpaq sahələrinə onun rəsmi 2005-ci ildən mülkiyyət hüququ tanınmışdır. Aktda qeyd olunan 5.38 ha torpaq sahələri iki hissədən ibarətdir. Mülkün nömrəsi 172 olan hissəni - 30619.59 kv.m torpaq sahəsini əkənək və mülkün nömrəsi 172C olan hissəsini - 23117.01 kv.m torpaq sahəsini biçənək kimi istifadə etmişdir. 2005-ci ildən o, mülkiyyətində olan torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 5.38 ha əkənək və biçənək torpaq sahələrinin torpaq vergisini ödəyir. Lakin, üçüncü şəxs Cavabdeh1 onun valideynlərinin vəfatından istifadə edərək saxta yolla Göygöl rayon polis şöbəsini və AR ƏM DK-nin yanında DƏDRX-nin 3 saylı Əİ-ni aldadaraq öz adına çıxarış çıxartdırmışdır. Cavabdeh1 dələduzluğu ondan ibarətdir ki, hüquqi qüvvəsini itirmiş torpağa mülkiyyət hüququna dair dövlət aktının “itirilməsinə” dair Göygöl qəzetinə verilmiş elan və Göygöl rayon polis şöbəsi tərəfindən verilmiş arayış əsasında Göygöl rayonu, Qarabulaq kəndi ərazisində yerləşən 5.38 ha torpaq sahəsi Fərəcovlar ailəsinə Fərəcov Vahid Həşim oğlunun, X4, Cavabdeh1 və X11 adlarına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq yenidən, Cavabdeh1 öz adına çıxarış çıxartdırmışdır. Bununla da qeyd olunan torpaq sahələri 14 ildən artıq onun mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh1 qeyd olunan torpaq sahələrinin onların mülkiyyətində olmasının yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları istər polisə müraciətində, istərsə də Qarabulaq kəndinin əhalisinə kütləvi yaymağa davam etmişdir. Polisin Cavabdeh1 qarşı tədbir görülməməsi, hərəkət və hərəkətsizliyi sayəsində Cavabdeh1 ona qarşı cinayət əməllərini davam etdirmişdir. Onun mülkiyyətində olan torpaq sahəsində 3 ildir ki, buğda əkmişdir. 2018-ci ildə o, 13 (on üç) ton buğda biçdirmiş 6000 (altı min) manat gəlir əldə etmişdir. Ona məxsus olan 5.38 ha əkənək və biçənək torpaq sahələrindən 30619.59 kv.m torpaq sahəsini 2019-cu ilin avqust ayında 120 (yüz iyirmi) manata şumlatdırmışdır. O həmin sahədə çuğundur əkmək fikrində olmuşdur. Onun hesabı ilə təxminən 8000-10000 manat gəlir əldə etməli idi. Cavabdeh1, onun arvadı Fəridə və baldızı Bahar birləşərək əvvəlcədən əlbir olaraq onun şumlatdırdığı torpaqda buğda əkmişlər. Qeyd edilənləri əsas gətirərək məhkəmədən Göygöl rayon Qarabulaq kənd ərazisində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” Cavabdeh1 adına qeyd olunmuş 14 oktyabr 2019-cu il tarxili ********** nömrəli qeydi və 14 oktyabr 2019-cu il tarixli ********** qeydlərin ləğv edilməsi, 2005-ci ildən onun mülkiyyətində olan “torpağa mülkiyyət hüququna dair” JN-0172 KOD50808028 nömrəli dövlət aktı əsasında ona mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə iddia tələbinə dair münasibət ünvanlayaraq bildirmişdir ki, İddiaçı “Torpağa mülkiyyət hüququna dair” JN-172 saylı dövlət aktında qeyd olunan 5,38 ha əkin və biçənək torpaq sahələrinə dair arayış verilməsi barədə 20 noyabr 2019-cu il tarixli müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Vətəndaş Cavabdeh1 tərəfindən təqdim olunmuş “Torpağa mülkiyyət hüququna dair” JN-0010 nömrəli dövlət aktının itməsi barədə Göygöl rayon Polis şöbəsi tərəfindən verilmiş arayış və Göygöl qəzetində verilmiş elan əsasında Göygöl rayonu, Qarabulaq kəndində yerləşən 5,38 ha (3,0619 ha və 2,3174 ha) torpaq sahəsi üzərində Cavabdeh1, X1, Cavabdeh2, X4 və Fərəcov Vahid Həşim oğlunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. İddiaçı ərazi idarəsinə daxil olmuş müraciəti araşdırılan zaman, “Torpağa mülkiyyət hüququna dair” JN-0010 saylı dövlət aktında qeyd olunan 5,38 ha torpaq sahəsi İddiaçı satdıqdan sonra ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib edilmiş və hal-hazırda qüvvədə olan “Torpağa mülkiyyət hüququna dair” JN-172 saylı dövlət aktı barədə məlumat ərazi idarəsinə təhvil verilmiş elektron xəritə materiallarında qeyd olunmadığı üçün torpaq sahəsinin satılmasını müəyyən etmək mümkün olmamışdır. Guya ki onun aldığı dövlət aktı daşınmaz əmlakda qeyd olunmaması barədə cavab verilmişdir. Orada bir nəfər işləmiş və o, belə işlərlə məşğul olaraq qanunu pozaraq bu kimi işlər görmüşdür. Adını qoymuşdular ki, guya ki onun aldığı dövlət aktı elektron bazada qeydə alınmadığı üçün Cavabdeh1 çıxarış verilmişdir. Digər tərəfdən Cavabdeh1 məhkəməyə iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, onlara pay torpağı verilmiş, evi və həyətyanı 0.52 ha torpaq sahəsini 500000 (beş milyon) manata satmışlar, lakin əkənək-biçənək torpaq sahəsini satmamışlar. Həmçinin həmin qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 27 noyabr 2019-cu il tarixli, **********92 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı ərazi idarəsinə daxil olmuş müraciəti araşdırılan zaman, “Torpağa mülkiyyət hüququna dair” JN0010 saylı dövlət aktında qeyd olunan 5,38 ha torpaq sahəsi İddiaçı satdıqdan sonra ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib edilmiş və hal-hazırda qüvvədə olan “Torpağa mülkiyyət hüququna dair” JN-172 saylı dövlət aktı barədə məlumat ərazi idarəsinə təhvil verilmiş elektron xəritə materiallarında qeyd olunmadığı üçün torpaq sahəsinin satılmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(102)-1150/2022 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2021-ci il tarixli, 2(104)-2372/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən Xanlar rayonu, Qarabulaq kəndində yerləşən 5.38 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Fərəcov Vahid Həşim oğluna, X7, Cavabdeh1, X3 və X8 verilmişdir. Daha sonra Fərəcov Vahid Həşim oğlu 02 may 2005-ci il tarixli, 4ə-1-185 nömrəli müqaviləsinə əsasən həmin torpaq sahəsini İddiaçı satmışdır və torpaq sahəsi satılan zaman yetkinlik yaşına çatmış digər mülkiyyətçilərin razılıqları alınmışdır. Lakin, 02 may 2005-ci il tarixli, 4ə-1-185 nömrəli alqı-satqı müqaviləsinin qüvvədə olmasına baxmayaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlara əsasən İddiaçı satılmış 5.38 ha torpaq sahəsi üzərində üçüncü şəxslər Cavabdeh1, Cavabdeh2, X1, X4 və Fərəcov Vahid Həşim oğlunun ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya satıldıqdan sonra həyata keçirilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 məhkəmədə cavabdeh İddiaçı və digərlərinə qarşı iddia qaldıraraq, Göygöl rayon notariat kontorunda mərhum atası Fərəcov Vahid Həşim oğlu və İddiaçı adından tərtib edilmiş 02 may 2005-ci il tarixli saxta alqı-satqı müqaviləsinin ləğv edilməsini və İddiaçı adına tərtib edilmiş JN172 nömrəli dövlət aktının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Göygöl Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Göygöl Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(102)-1150/2022 nömrəli qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan məhkəmə qərarları ilə Xanlar rayonu, Qarabulaq kəndində yerləşən 5,38 ha torpaq sahəsinin İddiaçı satılmasına dair 02 may 2005-ci il tarixli, 4ə-1-185 nömrəli alqı-satqı müqaviləsi qüvvədə qalmışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, 02 may 2005-ci il tarixli, 4ə-1-185 nömrəli alqısatqı müqaviləsi qüvvədə olduğu halda, hüquqi qüvvəsini itirmiş “Torpağa mülkiyyət hüququna dair” 25 avqust 1998-ci il tarixli, JN-0010 KOD 50808028 nömrəli dövlət aktı əsasında Xanlar rayonu, Qarabulaq kəndində yerləşən 5.38 ha torpaq sahəsi üzərində üçüncü şəxslər X9, X4, Cavabdeh1 Vaqif oğlunun, X1 və X5 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması qanunsuz və əsassız olmuşdur. Göstərilənlərə əsaslanaraq onun iddiası təmin edilmiş, Cavabdeh1, X1, Cavabdeh2, X4 və Fərəcov Vahid Həşim oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli və ********** nömrəli qeydlərin ləğv edilməsi, Göygöl rayonu, Qarabulaq kəndində yerləşən 5.38 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Hal-hazırda o ikinci ildir ki, o bir mülkiyyətçi kimi həmin torpağı istifadə etmiş və hazırda orada kartof məhsulu əkmişdir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh1 dələduzluq əməlləri əsasında onun mülkiyyət hüququnu pozmuş və qanunsuz varlanmışdır. O, Kənd Təsərüffatı Nazirliyi yanında olan idarəyə yayda buğdanın dəyərinin neçə olması, bir hektardan nə qədər buğda götürülməsi və 2019-2022-ci illər ərəfəsində dövlət subsidiyalarının neçə olması barədə ərizə yazmış, uzun müddət keçdikdən sonra oradan onun telefonuna məlumat göndərilmiş, lakin hazırda həmin məlumat telefonundadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə qanunsuz əkin torpağının hasarlanması və qanunsuz istifadə olunması məsuliyyətə səbəb olur. Digər tərəfdən Cinayət Məcəlləsinə görə aldatma yolu ilə özünə gəlir əldə etmək dələduzluqdur və Cavabdeh1 dələduz yolla onu gəlirdən məhrum etməklə özü gəlir əldə etmişdir. O həm prokurora, həm də polisə bu haqda araşdırılma aparılması barədə müraciət etmişdir. O iddia ərizəsini vermək istəməmiş, belə ki hesab etmişdir ki burada cinayət törədilərək ona zərər vurulmuşdur. X19 zəng vuraraq ona prokurorluqdan cavab verilib-verilməməsini və araşdırmasını bildirmiş, həmçinin prokuror ona onların cinayət işi başlamalarına ixtiyarlarının olmadığını, bununla bağlı məhkəmənin xüsusi qərar çıxarmasını bildirmişdir. O prokurordan dediklərini yazılı qaydada verməsini tələb etsə də verilməmişdir. Çıxarışın ləğv olunması barədə Birinci İnstansiya Məhkəməsinin qərarı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə qüvvədə qalmışdır. Əlavə olaraq bildirdi ki, o torpaqdan üç il istifadə edə bilməmişdir. 2019-cu ildən 2022-ci ildək həmin torpaqdan istifadə etməmiş, bundan sonra isə özü istifadə etmişdir. Sonuncu dəfə o 2018-ci ildə həmin torpaqda buğda əkərkən o 3 ha torpaq sahəsindən cəmi 16 tona yaxın buğda götürmüş və bununla bağlı onun yanında buğda əkən şəxslər şahiddir. Buğdadan xeyir götürə bilməmiş, həmçinin buğdanın samanını sata bilməmiş, həmçini həmin yerdə olan biçənək yerdən gəlir götürə bilməmiş, bundan başqa dövlət hər hektara 200 manat subsidiya verir və o bunları ala bilməmişdir. Məhkəmənin qərarı qüvvəsini adlıqdan sonra o rahat gəlib torpağından istifadə etmiş və heç bir mübahisə olamamışdır. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan və o, öz adına çıxarış çıxardıqdan sonra cavabdeh həmin torpaq sahəsindən çıxmış və həmin torpaq sahəsini əkməmiş, həmin vaxtdan torpaq sahəsini o əkmişdir. O iddia tələbini müdafiə edir, onun tərəfindən qoyulan tələblər haqlıdır. Həmçinin həm Cinayət Məcəlləsinə, həm də Mülki Məcəlləyə uyğun olaraq ona zərər vurulmuşdur. Belə ki, cavabdeh aldatma yolu ilə daşınmaz əmlakın nümayəndəsi ilə əlbir olaraq, öz adına dövlət aktı çıxartmış, onu üç il müddətinə mülkiyyət hüququndan və ifadəsində bildirdiyi gəlirlərdən məhrum etmiş və göstərilənlərə görə cavabdeh həm cinayət məsuliyyətinə cəlb edilməli, həmçinin vurulmuş zərər iddiaçı kimi ona ödənilməldir. O bunula əlaqədar xüsusi qərardad çıxarılmasını xahiş edir. Belə ki, prokurorluqda və istintaqda onun bununla bağlı ərizələrinə baxılmır və prokuror ona məhkəmə xüsusi qərardad çıxararsa işi araşdıracağını bildirir. O, məhkəmənin ədalətli qərarına, daxili inamına istinad edərək hüquqi qiymət verilməsini, onun iddiasının təmin edilməsini və cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, 2005-ci ildə atası ilə İddiaçı arasında ev alqı-satqısı olmuş, 2018-ci ildə atası rəhmətə getmiş atası rəhmətə getdikdən sonra İddiaçı onlara gəlmiş və onlar birlikdə Daşınmaz Əmlaka getmişlər. Daşınmaz Əmlakda Sahibə onun adına ev olmasını, lakin torpaq olmamasını bildirmişlər. Bundan sonra İddiaçı ona onu məhkəməyə verməsini guya ki, ona pul verməsini və pulu qaytara bilmədiyini və torpağı onun adına keçirmələrini bildimiş, o isə onun böyük qardaşı olmasını onunla məsləhətləşməsini və torpağı necə almışdır ki, adına olmamasını bildirmişdir. Bundan sonra İddiaçı onu məhkəməyə vermiş və o məhkəməyə çağrılmış, məhkəmədə işə baxılarkən torpağın sənədi çıxmamış və evin alqı-satqısının düzgün olmasını, lakin torpağın çıxmamasını bildirmişlər. Ondan soruşduqda Sahibin gəlib atasıgildən 5 ha torpaq sahəsinin sənədini alıb aparmasını bildirmişdir. Ondan evin və torpağın sənədini soruşduqda onlarda sənəd olmamış, bundan sonra ona axtarışa verilməsi bildirilmiş və o bundan sonra qanuni olaraq polis şöbəsinə müraciət etmiş, oradan daşınmaz əmlaka vermişlər və daşınmaz əmlakdan ona cavab gəlmişdir ki, onun adına 5 ha torpaq sahəsi vardır və ona bununla bağlı çıxarış verilmişdir. O həmin çıxarışa əsasən həmin torpaq sahəsini iki il yəni 2019-2020-ci illərdə əkmişdir. Həmin vaxtadək torpaq sahəsini İddiaçı özü əkmişdir. Bundan sonra İddiaçı onu məhkəməyə vermiş və məhkəmə qərarları İddiaçı xeyrinə çıxmışdır. Onun adına verilmiş çıxarış qüvvədə olan vaxt o torpaq sahəsindən istifadə etmiş, çıxarış ləğv edildikdən sonra isə o çəkilib qıraqda durmuş və onun heç kəsə maneəçiliyi olmamışdır. Əlavə olaraq bildirdi ki, çıxarışda adları olan başqa şəxslər onun ailə üzvləridir. 2019-cu ildə ona adına torpağın olub-olmaması barədə axtarışa verilməsini bildirmişlər, o bundan sonra müraciət etmiş və həmin vaxt adlarına torpaq sahəsi olması səbəbindən ona çıxarış verilmişdir. Dövlət aktının 2005-ci ildə İddiaçı adına necə işlənməsini bilmir. Dövlət aktı ola-ola reyestrin ona çıxarışın necə verilməsini bilmir. Həmin torpağa dair Sahibin adına dövlət aktı ola-ola reyestr onun adına torpaq olmasını bildirmiş və ona çıxarış verilmişdir. O, Daşınmaz Əmlaka adına torpaq olub-olmaması ilə bağlı müraciət etmiş, onların adına torpaq çıxmış və bu səbəbdən onlara çıxarış verilmişdir. Başqa heç bir sənətdə verilməmişdir. Bundan sonra iki il həmin torpaqdan istifadə etmiş və İddiaçı xeyrinə qətnamə çıxdıqdan sonra o həmin torpaq sahəsindən çıxmışdır. Onların adına torpaq olmasını İddiaçı onlara demiş və gedib torpağı onun adına keçirmələrini istəmiş, o isə İddiaçı 2018-ci ilədək atasının sağ olmasını əgər torpağı almışsa həmin vaxta kimi niyə öz adına keçirməməsini bildirmişdir. 2005-ci ildə İddiaçılə onların arasında ev alqı-satqısı olmuş, lakin torpaq alqı-satqısı olmamışdır. Onlar orada-burda, Bakıda olduqlarına görə İddiaçı torpaqdan istifadə etmişdir. Onlar atalarının evi satdıqlarını bilmişlər. Onların pula ehtiyacları olduqları üçün işləmişlər. O, Bakıda işlədiyinə görə İddiaçı həmin torpağı əkib becərməsini bilməmişdir. Onların imkanları olmadığına görə torpağı əkib-becərə bilməmişlər. Onların malları olmadığına görə otun presinin neçə olmasını bilməmişlər. O, Qarabulaqda yaşamış lakin mal-heyvan saxlamamışlar. Kənddə mal saxlayan olmuşdur. O, mal-heyvan saxlayanların əziyyətini görmüş və gedib Bakıda işləməyin bundan yaxşı olmasını fikirləşmişdir. O, İddiaçı adına dövlət aktı olmasını bilməmiş, əgər bunu bilsə idi gedib müraciət edib çıxarış almazdı. O, ədalətə sığınır və inanır. İddiaçı adına çıxarış verildikdən sonra o kənara çəkilmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 9/2022 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Cavabdeh1, X6, Cavabdeh2 və X12) qarşı qeydin ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə adına müvafiq çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1, X1, Cavabdeh2, X4 və Fərəcov Vahid Həşim oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli və ********** nömrəli qeydlərin ləğv edilməsi, Göygöl rayonu, Qarabulaq kəndində yerləşən 5.38 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1150/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə X10 Mülki Kollegiyasının 08 iyul 2021-ci il tarixli, 2(104)- 2372/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” 23 iyun 2005-ci il tarixli, JN-0172 KOD 50808028 nömrəli dövlət aktının surətindən görünür ki, Xanlar rayon DNK-nun 02 may 2005-ci il tarixli, 4ə-1-185 nömrəli tarixli müqaviləsinə əsasən Xanlar rayonu, Qarabulaq kəndində yerləşən 5.38 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı verilmişdir. İş materiallarına əlavə edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Qarabulaq kəndində yerləşən 3.0619 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1, Cavabdeh2, X1, X4 və Fərəcov Vahid Həşim oğlunun ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Göygöl rayonu, Qarabulaq kəndində yerləşən 2.3174 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1, Cavabdeh2, X1, X4 və Fərəcov Vahid Həşim oğlunun ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş N saylı hərbi hissənin veteranın TJ № N nömrəli vəsiqəsindən görünür ki, İddiaçı müharibə veteranıdır. Məhkəmə iclasında tərəflərin izahatları və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən Xanlar rayonu, Qarabulaq kəndində yerləşən 5.38 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Fərəcov Vahid Həşim oğluna, X7, Cavabdeh1, X3 və X8 verilmişdir. Daha sonra Fərəcov Vahid Həşim oğlu 02 may 2005-ci il tarixli, 4ə-1-185 nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi İddiaçı satmış, lakin alıcı olan iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmamışdır. Satıcı Fərəcov Vahid Həşim oğlu öldükdən sonra onun ailə üzvləri olan cavabdehlər daşınmaz əmlakın dövlət reyestrinə müraciət edən zaman adlarına qeyd alınmış torpaq sahəsi olmasını müəyyən etdiklərindən müraciətləri əsasında həmin torpaq sahəsi üzərində torpağın ilk sahibləri olan Cavabdeh1, Cavabdeh2, X1, X4 və Fərəcov Vahid Həşim oğlunun ümumi birgə mülkiyyət hüquqları “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində çıxarış verilmiş və həmin torpaq sahəsinə sahiblik etməyə başlamışlar. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Cavabdeh1, X6, Cavabdeh2 və X12) qarşı qeydin ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə adına müvafiq çıxarışın verilməsi tələbinə dair iddiası Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-9/2022 saylı qərarı ilə təmin edilmiş, Cavabdeh1, X1, Cavabdeh2, X4 və Fərəcov Vahid Həşim oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli və ********** nömrəli qeydlərin ləğv edilməsi, Göygöl rayonu, Qarabulaq kəndində yerləşən 5.38 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin həmin qərarı qanuni qüvvəsini almış və icra edilmişdir. Cavabdeh1 mübahisəli torpaq sahəsini xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar əsasında onun mülkiyyətində olduğu müddətdə, yəni 2019-2022-ci illərdə həmin torpaq sahəsindən istifadə etmiş, daha sonra isə adlarına verilmiş çıxarış ləğv edildikdən sonra torpaq sahəsini İddiaçı təhvil vermişlər. Hazırda İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onu torpaq sahəsinə dair istifadə və sahiblik hüquqlarından məhrum edərək, gəlir əldə etməyə imkan vermədiklərini, ona küllü miqdarda ziyan vurduqlarını və əsassız olaraq varlandıqlarını iddia edərək, cavabdehlərdən maddi ziyan tələb edir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində ona maddi ziyan dəydiyini və cavabdehlərin onun hesabına əsassız varlandıqlarını qeyd edərək, onlardan maddi ziyan tələb etmiş olsa da, o, ümumiyyətlə cavabdehlərin qərəzli və məqsədli hərəkətləri nəticəsində onun sahiblik hüququnun pozulması, maddi zərərin vurulmasını təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi üzərində “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlara əsasən Cavabdeh1, Cavabdeh2, X1, X4 və Fərəcov Vahid Həşim oğlunun ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər 14 oktyabr 2019-cu il tarixdə mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alındıqdan sonra həmin torpaq sahəsindən istifadə etməyə başlamışlar. 2019-2022-ci illərdə tərəflər arasında torpaq sahəsi ilə müxtəlif məhkəmə instansiyalarında məhkəmə mübahisəsi olmuş, nəhayət yekun məhkəmə qərarı qəbul edilərək, Cavabdeh1, Cavabdeh2, X1, X4 və Fərəcov Vahid Həşim oğlunun adına olan “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına olan mülkiyyət hüququna dair Çıxarışlar ləğv edildikdən sonra onlar mübahisəli torpaq sahəsini İddiaçıa təhvil verərək torpaq sahəsindən çıxmışlar. Cavabdehlər mübahisəli torpaq sahəsi yalnız onların mülkiyyətində olduğu müddətdə həmin torpaq sahəsindən istifadə etmişlər. Mülki işin məhkəmə araşdırması zamanı İddiaçı cavabdehlər tərəfindən qərəzli olaraq onun mülkiyyət hüquqlarının pozulması, onun iradəsinə zidd onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsini, torpaq sahəsini boşaltmaqdan imtina etmələri və bu hərəkətləri ilə ona maddi ziyan vurmaları ilə bağlı hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, məhkəmə iclasında araşdırılmış sübutlarla (tərəflərin izahatları və iş materialları) cavabdehlərin mübahisəli torpaq sahəsindən həmin torpaq sahəsinin yalnız onların mülkiyyətində olduğu, eyni zamanda məhkəmə mübahisləri getdiyi müddətdə, yəni 2019-2022-ci illərdə istifadə etdikləri müəyyən edilmişdir ki, həmin müddətdə də torpaq sahəsi İddiaçı deyil, cavabdehlərin mülkiyyətində olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin məcəllənin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir» Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin, qanunla və ya müqavilədə daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, tam ödənilməsini tələb edə bilər. İddiaçı, cavabdehlərin hansı qərəzli və qeyri-qanuni hərəkətləri nəticəsində onun hüquqlarının pozulması, maddi ziyan vurulması ilə bağlı qanunvericiliklə dairəsi müəyyən edilmiş mötəbər sübutlarını iddia ərizəsində əsaslandırmamaqla əlavə etməmiş və həmçinin işə baxılarkən də məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddiaçının cavabdehlərdən zərər məbləğinin alınaraq ona ödənilməsini tələb etməsi əsassızdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rəd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulan zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar